Страницы

05.06.2023

Moskvada beynəlxalq tədbir


Azərbaycan avrasiyaçıları Moskvada beynəlxalq tədbirdə iştirak etdilər.

Moskvada Beynəlxalq Avrasiya Hərəkatının və Geopolitik Ekspertizalar Mərkəzinin keçirdiyi növbəti tədbirin mövzusu “Zaqafqaziya siyasətində Türkiyə faktoru: Azərbaycana təsir, Ermənistan və Gürcüstanın xristian dövlətləri kimi rolları” olmuşdur.
Tədbirdə MDB ölkələrinin politoloqları, ekspertləri, analitikləri, alimləri və jurnalistləri iştirak etmişlər.
Onlar Cənubi Qafqazın geopolitik məhvərini və inkişaf vektorunu, Avrasiya proyektini, Türkiyənin avrasiyaçı və ya atlantik seçiminin plyus və minuslarını, Zaqafqaziya üçün Turan proyektinin əhəmiyyətini, Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması fonunda Ermənistan-Azərbaycan münasibətlərini, Gürcüstanın atlantik təsirin altından çıxmasını, Türkiyənin gürcü iqtisadiyyatına təsirini müzakirə etmişlər.
Tədbirdə Azərbaycanı Avrasiya Hərəkatı Azərbaycan təşkilatının sədri İbrahim Sel, politoloq Elşən Manafov və jurnalist İbrahim Fərhadoğlu təmsil etmişlər.








Комментариев нет:

Отправить комментарий