Страницы

23.06.2023

AMERİKAN SANKSİYALARI – ABŞ NƏZARƏTİNDƏN ÇIXMAQ ÜÇÜN YAXŞI FÜRSƏTDİR


Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin ilə müsahibə

—ABŞ təklif edir ki, Azərbaycana qarşı sanksiyalar tətbiq olunsun. Bunu Azərbaycanın Rusiya ilə, Vaşinqtonun fikrincə, həddən artıq sıx əlaqələrinə, o cümlədən Bakının antirusiya sanksiyaları yeritməkdən imtinasına görə özünəməxsus təzyiq kimi qiymətləndirmək çətin deyil. Amerikanlar özləri buna həmişəki kimi “insan hüquqlarının” və “demokratiyanın” qayğısına qalmaqları ilə haqq qazandırırlar. Lakin əsl səbəblər artıq hamıya aydındır: Azərbaycanın Rusiya ilə münasibətlərinə xələl gətirmək. Mümkündür ki Azərbaycan üçün bu hərəkətin ilk baxışda göründüyü kimi təkcə mənfi aspektlləri yox, həm də müsbət aspektləri də var?
—Mənim fikrimcə amerikan sanksiyaları altına düşmək, yəni bu yolla amerikan vassalları düşərgəsindən çıxmaq hər bir dövlət üçün şərəf olmalıdır. Amerika bu gün mütləq şəri, bütün dünyada xaos və konfliklər mənbəyini təmsil edir, xaincəsinə, dövlətlərin milli maraqları ilə, xalqların maraqları ilə hesablaşmadan hər yerə öz yaşam obrazını və hətta öz düşüncə obrazını yeridir. Yəni planetin bütöv böyük məkanlarını amerikan elitaları ilə nəinki eyni sinxron yaşamağa, həta düşünməyə belə zorən məcbur edir. Əlbəttə bu istənilən sağlam adam üçün olduğu kimi istənilən sağlam dövlət üçün də ikrahdoğuran yanaşmadır. Odur ki amerikan xainliyindən və özbaşınalığından narazıların camiəsi günü günə artmaqdadır. Və bu gün çoxqütblü quruluşu özündə əks etdirən daha ədalətli dünya quruluşuna can atan dövlətlərin sırası Azərbaycanla da artmışdır ki, artıq bu statusda onu amerikan xainliyi ilə əlbirlikdə heç bir şəkildə günahlandırmaq olmaz. İndi Azərbaycan ədalət uğrunda mübarizə aparan dünya dövlətləri birliyi qarşısında təmizdir, baxmayaraq ki bəzi çıxıntılar var, bunlar müvəqqəti, ani xarakter daşıyır. Azərbaycan bu gün çöxqütblülüyü dəstəkləyən Rusiya, Çin, Hindistan, İran, Braziliya və digər dövlətlərin həmin çoxqütblü alternativ modeilinə tam oturuşa bilər.

—Hesab etmək olarmı ki, amerikan sanksiyaları altında olan yeni dövlət statusu Azərbaycana həm də Avrasiya Birliyi və Gömrük İttifaqı çərçivəsində iqtisadi əlaqələri daha intensiv genişləndirməyə imkan verəcək?
—Düşünürəm ki, uzunmüdətli perspektivdə məhz bu istiqamət əhəmiyyətli artım verəcək. Xüsusən də nəzərə alsaq ki, Qərb ilə istənilən iqtisadi inteqrasiya həmişə Qərb tərəfdən çoxlu miqdarda tələblərlə müşayiət olunur, amma Qərbə sədaqət andı içmiş həmin dövlətin iqtisadiyyatını sözdə deyil, reallıqda inkişaf etdirəcək heç bir maliyyə köməyi ilə və ya hansısa sanballı investisiya ilə bağlı olmur.
ABŞ daim amerikan qlobalist dəyirmanının yeminə çevrilmiş ölkə iqtisadiyyatının maksimal dərəcədə gücdən salınması ilə bağlı istismarçı, kolonial prinsip həyata keçirir. Və bu zaman heç vaxt insanların taleyi ilə maraqlanmır, kolonizasiya etdiyi, öz sivil maşını ilə qula çevirdiyi dövlətin həqiqi rifahı ilə bağlı narahat olmur.
Amerika sanksiyalar yeridilməsi ilə Azərbaycanı qlobalist Qərb proyektindən tam uzaqlaşdırdı. O cümlədən ABŞ-ın özündən uzaqlaşdırdı, hansı ki bu gün dünyada hamıya aydın olduğu kimi terrorizmin ortağıdır, İŞİD təşkilatının terror aktivliyini dəstəkləyir, Suriyada, İraqda və ümumən Yaxın Şərqdə islamçı şəbəkələrin sonuna çıxmağın istənilən cəhdlərinə qarşı hər cür müqavimət göstərir. Öz yetirmələri olan terrorçuları qorumaq üçün amerikanlar baş qatırlar, yalan danışırlar özlərini qeyri-ardıcıl və mücərrəd aparırlar. Əlbəttə ki bütün dünyada terrorizmin sponsoru olan belə dövlətlə Azərbaycan bir yolun yolçusu ola bilməz. Qərb Azərbaycanın özündə də başqa yerlərdə olduğu kimi aktiv şəkildə terrorçu şəbəkələr yaradırdı. Azərbaycan necə ki terrorçuları dəstəkləyən istənilən dövlətlə, eləcə onun reputasiyasına ciddi zərbə vuran islamçı qüvvələrlə də eyni yolun yolçusu ola bilməz.

—Azərbaycana qarşı amerikan sanksiyaları tətbiq olunandan sonra hansı nəticələri çıxarmaq vacibdir?
—Fikrimcə indi ən uyğun vaxtdır ki, Azərbaycan ona qarşı sanksiyalar yeridilməsindən istifadə edərək öz xarici siyasətini yenidən qursun. Məhz prioritetləri dəyişsin, inkişaf vektorunu atlantik və amerikanyönlü istiqamətdən avrasiyaçı istiqamətə dəyişsin. Avrasiya sivilizasion qütbü yaradılmasının yeni modelinə uyğunlaşmağa başlasın, hansına ki, yeri gəlmişkən, Azərbaycan tarixən daxil olub, hansında ki daim maksimal inkişafa malik olub. Yəni indi dünyanın daha ədalətli çoxqütblü sisteminin yaradılmasında iştiraka fürsət var ki, batmaqda olan amerikan təkqütblü dünya düzənini əvəzləyəcək.


“SPUTNİK” RADİOSTANSİYASINA MÜSAHİBƏ, 18.12.2015

Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından

Комментариев нет:

Отправить комментарий