Страницы

23.06.2023

ANKARA VƏ BAKI: MOSKVANIN XEYRİNƏ SEÇKİ


Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin ilə müsahibə

—Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirdi ki, prezidentlər İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüşünlə hazırlıq aparılır. Siz bu görüşü necə qiymətləndirirsiz və regional məsələlərin həllində Bakı-Ankara-Moskva oxu nə qədər məhsuldar olacaq?
—Rusiya, Türkiyə və Azərbaycan prezidentlərinin görüşü Türkiyənin ABŞ ilə qeyd-şərtsiz tərəfdaşlığa yenidən baxmasından və Ankaranın orientasiyasını Moskva ilə əməkdaşlığa dəyişməsindən sonra atılan növbəti addımdır. Növbəti period göstərdi ki, ABŞ-ın regionun işlərinə müdaxilə etməsi yalnız destabilizasiyaya və onun partnyorlarının zəifləməsinə gətirib çıxarır, hansılara ki ABŞ rəhbərliyi sırf alət kimi, onların dövlətlərinə isə Rusiyaya zərbələr endirməyə hazırlıq üçün plasdarm kimi, amerikan xarici siyasətinin məsrəf materialı kimi baxır.
ABŞ-ın öz müttəfiqlərinə kolonial yanaşmasını öz üzərlərində təkcə Türkiyə və Azərbaycan deyil, hətta avropalı “müttəfiqləri” də sınaqdan çıxarıblar. Bununla yanaşı postsovet ölkələrinin çoxu ABŞ-a üz tutmaqdan umduqları iqtisadi üstünlüyü onunla əməkdaşlıqdan heç cür ala bilməyiblər, belə ki dəniz “imperiyası” olan ABŞ-ın koloniyası olan dövlət ondan imtina etdiyi təqdirdə demokratiyanın zorla yeridilməsindən və “sivil” Qərbin humanitar bombardmanından başqa heç nəyə iddia edə bilməz.
Amerika ilə əməkdaşlığın fəsadları ilə üzləşən Ankara və Bakı Moskvanın xeyrinə praqmatik seçim etdilər. Moskva bərabərhüquqlu qarşılıqlı əlaqəni və inkişafı elə ilk növbədə iqtisadi sahədə təklif edir. Baxmayaraq ki təhlükəsizlik məsələləri də arxa plana keçirilmir, lakin daha masştablı, uzunmüddətli məsələ iqtisadiyyatdır.

—Belə üçtərəfli görüşün gözlənilən nəticələri necə olacaq?
—Rusiya, Azərbaycan və Türkiyə rəhbərlərinin görüşü regionda yeni geopolitik mənzərəni fiksasiya edir ki, ilk növbədə təhlükəsizlik məsələlərinin həllinə yönəlmişdir. Amerikan cəhdlərindən fərqli olaraq. Amerika təkcə Şərqi Aralıq dənizi regionunu və Qafqazı destabilizasiya etmir, həm də Sovet bloku dövründən formalaşdırılmış qlobal təhlükəsizliyin və geopolitik tarazlığın yerinə bütünlüklə “təhlükəli dünya” yaradır.
Bundan əlavə, gözümüz özündə formalaşmaqda olan Moskva-Bakı-Ankara oxu cənub istiqamətində “Anakonda” həlqəsini – permanent qeyri-stabillik zonasını da dəlir. Bu həlqənin köməyi ilə ABŞ zolaqda “sanitar kordon” adlandırılan kordon yaratmaqla Avrasiyanı isti dənizlərdən ayırırdı. Bu kordona Türkiyə və Azərbaycan da aid idilər.
Yaranmış vəziyyətdə Türkiyə və Azərbaycan qlobal qeyri-stabillik və regionda idarəolunan amerikan xaosu yaradılması ilə bağlı amerikan proyektindən çıxmaqla həmin qeyri-stabillik zolağını yarırlar. Ankara və Bakı daha Vaşinqtonun dağıdıcı direktivlərini itaətkarcasına yerinə yetirərək onun marionetkası olmaq istəmirlər.

NOVOSTİ.AZ SAYTI ÜÇÜN MÜSAHİBƏ, 15.11.2016

Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından

Комментариев нет:

Отправить комментарий