Страницы

15.07.2023

QAFQAZ: ZİDDİYYƏTLƏR ZONASI, YOXSA İNTEQRASİYA QOVŞAĞI?


Valeri Korovin
QARABAĞDA AZƏRBAYCAN NƏŞRİNƏ MÜSAHİBƏ, 1.07.2018

—Üç Qafqaz respublikasından ikisi xristian respublikasıdır, biri isə fars, türk və rus sivilizasiyalarının müəyyən sintezidir. Yəni indiki dövr olduqca çətin dövrdür. Bu ərazi həmişə Rusiya, Persiya və Osmanlı arasında qarşıdurma arenası olub. Burda Türkiyənin də hətta elə həmin gürcülərlə bağlı təsiri kifayət qədərdir, iranlıların Azərbaycana həm dil, həm mədəni təsiri var, o cümlədən ermənilərə də var. Yəni Qafqaz bütün bu üç ölkənin qarşıdurma ərazisidir, hansına ki xarici oyunçular da təsir göstərirlər?

—Tam elə deyil. Qafqaz təkcə Qərb paradiqmasında qarşıdurmalar məkanıdır. Əgər Qərbin sivilizasion rasizmi, unifikasiya cəhdi, öz Qərbi Avropa sosial-siyasi şablonu altına hər şeyi yönəltməyə can atması nəzəri ilə Qafqaza baxsaq, onda bəli, Qafqazın mədəni, dil və etnik rəngarəngliyi problem kəsb edir ki, bu da eyni zamanda Qərbin öz maraqları çərçivəsində çoxsaylı konfliktlər yaratması üçün vasitədir. Konfliktogenlik, hamını hamı ilə toqquşdurmaq, hamını öz sivilizasion standartı altına qovub salmaq – Qərbin siyasəti bax budur. Qərb məsələlərə belə yanaşır.

Rusiya Qafqazı tam başqa şəkildə görür: Avrasiya məkanı qismində ki, türklərin, müsəlmanların, rus xristanlarının, pravoslavların qarşılıqlı anlaşmasına və zənginləşməsinə əsaslanmışdır. Bu mənada Qafqaz tam əksinə, Avrasiyanın çiçəklənən camiəsidir, mədəni-sivil inkişaf və qarşılıqlı anlaşma nöqtəsidir. Bu tam başqa baxışdır, burda heç bir konfliktogenlik yoxdur. Ruslar Qafqazda heç bir müharibə istəmirlər, əksinə istənilən didişmələrdə, etnik konfliktlərdə və ya hansısa digər anlaşılmazlıqlarda həmişə stabillik faktoru kimi çıxış edirlər. Ruslar – Qafqazda barışdırıcı gücdürlər.

—Demək istəyirsiz ruslar bir növ sementdirlər.

—Ruslar Qafqaza rəngarəngliyin strateji birliyi prizmasından baxırlar. Rəngarənglik ruslar üçün normativ sayılır, çünki Rusiya dövlətçiliyinin özü polietnikdir, multikulturaldır, polikonfessionaldır. Rusiya üçün rəngarənglik normadır ki, özü özlüyündə təbii haldır. Qərb üçün isə belə deyil. Qərb yalnız öz sivilizasion standartlarını yeridir. Qafqaza bax bu cür iki müxtəlif yanaşma var.

—Buna əsaslansaq, belə çıxır ki Qərb Qafqazın parça-parça olmasına çalışır, yəni mədəni, dini sahələrdə olduğu kimi, siyasi planda da müəyyən ziddiyyətlər yaradır?

—Parçalama, siyasi təzyiq Qərbin öz strateji nəzarətini və iştirakını qurması üçün yoludur. Rus təfəkkürü isə Qazqazı əksinə, inteqrasiya, birləşmə zonası kimi qəbul edir.

—Amerikanlar Zbiqnev Bjezinskinin vəsiyyətnaməsinə uyğun hərəkət edirlər?

—Bjezinski sadəcə müəyyən modeli, amerikan geopolitik yanaşmasının konseptini təsvir etmişdir ki, geostrategiya adlanır və hərbi strateji maraqlar yolunda həyata keçirilir. Belə yanaşma rus yanaşması deyil. Tamamilə rus yanaşması deyil. Və nə vaxt ki Qafqaz Qərblə hansısa işbirliyinə, qarşılıqlı münasibətə, yaxınlaşmaya başlayır, yerindəcə özünü xaosa qərq olmaq, parça-parça olmaq, siyasi ziddiyyətlərə tuş gəlmək təhlükəsinə atır. Axı Qarabağ konflikti də siyasi ziddiyyətlərin, iki milli dövlətin qarşıdurmasının nəticəsidir. Milli dövlət anlayının özü Qərb konseptidir. Bu Qərb modelidir, dövlətçiliyin qeyri-ənənəvi formasıdır. Bu sonradan yaranmışdır, Modern dövrünün məhsuludur, 300 ildir ortalığa çıxmışdır. Belə dövlət modelinin yaranması Qərbin bunu dövlətçiliyin yeganə mümkün forması kimi sırımağından irəli gəlmişdir. Bu sırf Qərb yanaşmasıdır, Qərbin sivizasion tarixi sınaqları nəticəsində doğulmuşdur. Bu bizim deyil, onların dövlətçilik formasıdır.

Bizim dövlətçiliyimiz ənənəvidir, tam başqa prinsiplərə əsaslanır. Lakin bu gün bir növ kortəbii olaraq milli dövlət modeli norma kimi qəbul olunur – sanki bu yeganə mümkün yol imiş kimi. Və bu gün dünyada mövcud olan bütün konfliktlər milli dövlətçilikdən yaranmış konfliktlərdir ki, belə dövlətçilik xalqların, etnosların, mədəniyyətlərin kollektiv identikliyini normativ kimi nəzərə almır, hesab edir ki, bunları adlamaq lazımdır. Milli dövlətçiliyin hesablaşdığı millətdir, hansı ki tam siyasiləşmişdir, insanı isə kollektiv identiklikdən təmizlənmiş müəyyən atomar individuum kimi görür. İnsan hansı ölkənin vətəndaşıdırsa, həmin identikliyi də özünə götürərək qəbul edir. Dünya insanı. Bu bizim deyil, Qərbin konseptidir. Və burda, bizdə, Avrasiya məkanında, ümumiyyətlə Qərbdən başqa heç yerdə heç vaxt bu prinsip həyata keçirilə bilməz.

Dünyada mövcud olan çoxsaylı konfliktlər də bununla əlaqədardır. Çünki insana hansısa kollektiv identikliyindən məhrum atomlaşdırılmış individuum kimi mexaniki münasibət ortalıqdadır. Konfliktlər də burdan doğulur.

Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından

Комментариев нет:

Отправить комментарий