07.01.2011

Azərbaycan xatirələri - I Yazı

Əfşar Süleymani 

Saytdan: İranın Azərbaycandakı sabiq səfiri, tanınmış diplomat Əfşar Süleymani xatirələrini yazıb. O, xatirələrində uzun illər diplomat kimi çalışdığı MDB ölkələrində qarşılaşdığı maraqlı hadisələr, başına gələnlər, keçirdiyi görüşlər, diplomatik münasibətləri və digər olduqca mühüm məqamlardan bəhs edib. Onun xatirələri seriyasından ilk yazını təqdim edirik.

Mən 1990-cı ildə İranda Tehran Universitetində hüquq və siyasət elmləri fakultəsində siyasət elmi ixtisasında magistr dərəcəsini bitirən zaman SSRİ dağılmaq üzrəydi. Dərslərin biri “İran İslam İnqilabı və onun beynəlxalq əlaqələrə təsiri” adlanırdı və bu dərs seminar şəkilində tələbələr tərəfindən təqdim olunurdu.

Mən o ərəfədə Azərbaycanla bağlı mövzunu seçib onun Çarlar və SSRİ zamani vəziyyətini araşdıraraq, gələcəyi ilə bağlı təxminən 100 səhifəlik bir yazı yazdım. Həmin yazımı seminar şəkilində fakültədə mühazirə etdim.

O zamanlar Azərbaycanın gələcəyi haqqında müxtəlif fikirlər var idi necə ki, indi də var...

Bəziləri heç SSRİ-nin dağılmağına inanmırdılar və hesab edirdilər ki yaranan hay-küy müvəqqətidir, gec-tez sabitlik olmalıdır. Hətta bəziləri SSRİ dağılandan sonra da hesab edirdi ki, yenə də bu birlik bərpa olunacaq.

İranda və Azərbaycanda Azərbaycanla bağlı baxışlar, düşüncələr fərqlidir. Bəziləri din və mədəniyyət prizmasından Azərbaycan hadisələrini analiz edirdilər, digərləri milli baxışla olayları şərh edir, başqaları da ancaq strateji baxımdan regional və beynəlxalq məsələləri nəzərə alaraq Azərbaycanda gedən proseslərə münasibət bildirirdilər.

Mən isə fakültədə yazımda və çıxışımda Azərbaycanın keçmişini region və beynəlxalq müstəvidə gedən prosesləri həmçinin İran-Azərbaycan müştərək tarixini və mədəniyyətini, iki ölkənin və xalqın əlaqələrini nəzərə alıb öz fikrimi açıqladım. Çıxışımda dedim ki, İran və Azərbaycan əlaqələri 2 tərəfin daxili işlərinə qarışmadan, müştərək ənənələr üzərində, iqtisadi münasibətləri inkişaf etdirməklə aparılmalıdır və beləliklə bu mədəni münasibətlərin güclənməsinə səbəb ola bilər.

Mən onda hələ Xarici İşlər Nazirliyində çalışmırdım. Müdafiə Nazirliyində Tədqiqat baş idarəsinin rəisi idim. Ondan öncə də 6 il Tehran şəhərində orta məktəbdə dərs demişdim.

1991 ildə SSRİ rəsmən dağılan zaman mən artıq İranın Xarici İşlər Nazirliyində Şərqi Avropa idarəsində işləyərdin. SSRİ dağıldı və yeni müstəqil olan ölkələrlə bağlı İran XİN-də bir təşkilat yarandı. 6 ay dan sonra da o təşkilatın yerinə MDB ölkələri baş idarə yaradıldı. Bu idarənin tərkibində 2 qurum fəaliyyət göstərirdi. Mən ekspert vəzifəsində 2-ci idarədəki Orta Asiya ölkələrinin və Azərbaycanın İranla əlaqələri sahəsində çalışırdım. Beləliklə, İran azərbaycanlısı olaraq Azərbaycan dilində, öz ana dilimdə iki ölkənin münasibətləri ilə məşğul olurdum.

Birinci idarə isə Rusiya, Ukrayna, Belarus, Ermənistan, Gürcüstan və Moldova məsələləri ilə məşğul olurdu.


     qafqazinfo.az                                                                                                        (Ardı var)

Комментариев нет:

Отправить комментарий