Emil Quliyev Azərbaycan Müəllimlər İnstitutu
Azərbaycan zəngin tarixə malik olan qədim ölkədir. Arxeoloji, etnoqrafik toponim və s. Tədqiqatlar bunu sübut edir. Azərbaycan qədim dövrdən indiyə kimi Şərqdən Qərbə gedən yolun üstündə yerləşir. Bu baxımdan Azərbaycan inancının əsası olan “Avesta” ilə hind riqvedalarının tədqiqi çox maraqlıdır. Hər iki abidənin ta qədimdən XIX əsrə qədər Azərbaycan – Hindistan əlaqələrinin dərin qatlarını aşkarlandırır.
“Riqveda” “Avesta” əlaqələrini müqayisə etdikcə adama belə fikirləşir ki, hər iki abidənin kökündə duran od kultunun üç min ildən artıq yaşı vardır, hindlilər və azərbaycanlılar qədimdən oda sitayiş etmişlər.
1925-ci ildə Suraxanıda olmuş Hindistan alimi Modi yazırdı ki, 300 il bundan əvvəl tikilmiş Suraxanı məbədində olarkən belə yəqin etdim ki, bu qədim İran tikintisi deyil, əksinə, atəşpərəs induslar tərəfindən tikilmişdir.
Bir rus hindoloqu “Avesta” ilə “Riqveda”ların oxşarlığı haqqında bildirirdi ki, “Riqveda”lar dil cəhətcə Avesta ilə çox yaxındır.
Hər iki abidə də nəyin ki miflərin, hətta adların da genetik oxşarlığı vardır. Avestadakı “Hotar” vedalardakı “Zootlar” hər iki abidə də dua oxuyanlardır. Vedalrdakı Əhriman Xeyir allahı Avestada Şər allahıdır.
1924-cü ildə Fituni Şamaxı rayonu ərazisində müxtəlif dövrlərə aid daşlar, işarə və damğalar aşkar etmişdir. Bakıda Qız qalasında, karvansaralarda da belə belə işarələr aşkar edilmişdir. Bəzi tarixçilər bunların dini mərasimlərlə əlaqəsi olduğunu iddia edir, bəziləri isə qobustanın ilk sakinlərinin iqtisadi həyatı ilə əlaqəli olduğunu. Amma bir sıra araşdırmalar bu fikiri rədd edir. İşarə damğa hesab edilən bu abidələr, əslində hərflərdir. Hindistanda və Orxon – Yenisey yazılarında belə əlifba var. Bu əlifbalar Hindistandan tutmuş Orta Asiyaya qədər, o cümlədən qədim Aərbaycan ərazilərində işlənən çox qədim əlifbalardır.
Комментариев нет:
Отправить комментарий