09.08.2011

“MƏRKƏZ”İN SABİQ İŞÇİSİNDƏN SABİQ BAŞ REDAKTORA AĞIR İTTİHAMLAR


DEPUTAT GÜLƏR ƏHMƏDOVANIN QƏZETİNDƏKİ QALMAQAL FƏRQLİ MƏCRAYA YÖN ALIR
 
“Mərkəz” qəzeti ətrafında cərəyan edən qalmaqal davam etməkdədir. Bu dəfə də redaksiyamıza çox ilginc faktlar daxil olub. Belə ki, «Mərkəz»dən ayrılan jurnalistlər arasında bir jurnalist dostumuzla iftar süfrəsi arxasında görüşərkən qəzetin keçmiş baş redaktoru Nigar Almanqızı ilə bağlı maraqlı faktlar açıqlayıb.
 
Keçmiş “Mərkəzçi jurnalistin dediyinə görə, N.Almanqızı millət vəkili, qəzetin təsisçisi Gülər Əhmədovanın ətrafında çoxdan hörümçək toru qururmuş. Onun etimadından istifadə edərək özü üçün pul qazanırmış:Nigar zaman-zaman iş adamları, bələdiyyə sədrləri, icra başçıları yanında oturub həmin məsul şəxslərdən şantaj vasitəsilə pul çəkirdi. Bu sırada Səbael rayon keçmiş bələdiyyə sədri Əhməd müəllim, iş adamı Aydın Heydərov, hazırda həbsdə olapn Nadir Orucov, adını çəkmək istəmədiyim, hazırda iş başında olan məmurlar var. Belə adamın qəzetə baş redaktor gəlməsi heç də təsadüfi olmayıb”.
 
Bununla da yetinməyən sabiq “Mərkəz”çi Nigar Almanqızının “Mərkəz” qəzetinə hansı şəkildə gəlməsinə də aydınlıq gətirib: “Bildiyimə görə, qəzetə o, zamanında düşmən olduğu, sonra hansısa səbəbdən münasibətləri istiləşən bir diaspora nümayəndəsinin əli ilə müxbir kimi gəlib. Gəldiyi gündən də qəzetin ondan əvvəlki baş redaktoru Vüqar Qaradağlı və G.Əhmədovanın keçmiş mətbuat katibi Zaur Mirzə-zadənin Gülər xanımla münsabitələrini korlamağa başladı. Onların hər ikisi barədə böhtan dolu informasiyaları təsisçiyə çatdıraraq onların arasını vurmağa cəhd göstərdi. Nəticədə onların hər ikisi özünü bu qızdan qoru deyib işdən gediblər”.
 
Hal-hazırda sabiq baş redaktorun xanım millət vəkilinə savaş elan etməsinin səbəblərini də anlamadığını bildirən həmkarımız bunları söylədi: “O həmin Nigardır ki, Gülər xanımdan ağlaya-ağlaya «mənə kömək edin, qardaşım evimizi banka girov qoyub, atam ağır xəstədir, evimiz alınsa atamı itirəcəyik» deyəndə G. Əhmədova onun yalvarışlarına dözməyərək çox böyük çətinliklərlə evlərini geri qaytardı. Banka olan borcları isə G. Əhmədova tərəfindən qapadıldı. Qəzetə baş redaktor gəldikdən sonra Nigar Gülər xanımın bu xeyirxah xarakterindən istifadə etməyə başladı. Qəzetin işçisi olan Müşviq evdə ağır xəstə yatarkən ona millət vəkilinin etdiyi maddi yardımı mənimsədi. Qırmızı-qırmızı hamının yanında «pulu Müşfiqə verdim, o da sizə dua etdi» deyib Gülər xanımı aldatdı. Sonra əslən millət vəkilinin Türkiyəli Atilla adlı əsgərə hərbi hospitala göndərdiyi maddi pul yardımını da öz cibinə qoydu”.
 
Həmkarımız ittihamlarını davam etdirir: “Bu, hələ harasıdı. Gülər xanımın pulu ilə dişlərini düzəltdirdi,qardaşlarına pul yardımı etdi. Özü deyirdi ki, Gülər xanım ona əyin-başda alırmış ki, ictimaiyyət arasında utanmasın. Hətta millət vəkilinin pulu ilə iş adı ilə dəfələrlə Türkiyəyə gedib orada qalıb. Bu ölkədə parlamentə seçki ərəfəsində oraya getmək və qalmaq xərclərini də hər dəfə Gülər xanım qarşılayıb. Amma Nigar seçki ilə bağlı hec bir məlumatı ortayaçıxarmadıƏvəzində isə həmin pullarışəxsi məqsədləüçün xərclədi. İşin üstü isə iyunun 12-ində açıldı. Bu biabırçılıqlardan uzaq olmaq ucun qəzetdətəftişin aparılması yeni gələn redaktor Səbuhiyə tapşırıldı. Belə ki tez-tez texniki məsələlər üçün Gülər xanımdan Nigarın pul çəkdiyini görən, redaktor təsisçini baş redaktorun əməllərindən xəbərdar etdi. Bir gün Kanadadan qəzetin saytına Nigarın qardaşlarının narkoman, özünü isə əxlaqsız olması barədə məlumat daxil oldu. Qəzetin redaktoru Səbuhi həmin məlumatları Gülər xanıma göstərdi. G. Əhmədova isə dərhal həmin məlumatların silinməsi barədə göstəriş verdi. Amma Nigar bütün bu günahları kompyuterin yaxşı başı çıxan, Gülər xanımın köməkçisinin üstünə atdı.Halbuki o məlumatların kanadadan bir güneyli tərəfindən göndərildiyinin şahidi idim. Sadəcə olaraq bu məlumat Nigarın iç üzünü ortaya qoydu”. 
 
Sabiq “Mərkəz”çi eyni zamanda Nigar Almanqızı ilə bağlı çox ilginc faktları da ortaya qoydu: “Nigarın hansı əməllərindən danışım? Əziz gündə qiybətə yazmasın Allah. Amma inandırım ki, onun fırıldaqlarının sayı-hesabı yoxdur. Nigar Mərkəz.tv-nin yaradılması adı ilə də xeyli pul mənimsədi. Gülər xanım hesabat tələb edəndə isə qəzetdən qaçıb getdi. Əlbəttə bunu deməkdə gecikmişəm. Çünki Gülər xanım onunla əlbir olduğumuz üçün bizi günahlandıraraq cəzalandırdı. Bəlkədə vaxtında ona hər şeyi açıb desəydik nə işdən aralanmazdıq, nədə onun qarşısında özümüzü günahkar hiss etməzdik. İndi Ramazan ayıdır güman edirəm Nigar da öz səhvlərini başa düşəcək. Ən çətin anlarında ona, ailəsinə dəstək olan Gülər xanımın yaxşılığını yada salıb böhtan kampaniyasını dayandıracaq. Ən dəhşətlisi odur ki, xalası qızı adı ilə işdə tanıtdığı balaca qızcığazın da taleyi ilə oynayıb. Onun ata-anasından külli miqdarda pul qopararaq güya onu inustituta düzəltdiyinə inandırıb. İndi yol polisində işləyən qızın atası bilsə ki, qızı heç bir yerdə oxumur, o ailədə baş verəcək dava-qırğını təsəvvür etmək belə mümkün deyil. Bu harasıdır. Nigar hamilə vəziyyətdə olan işçisini də bəhanə ilə təhqir edərək işdən uzaqlaşdırdı. Yazıq gəlini az qala döyəcəkdi. Ona görə ki, həmin qız onun keçmişini gözəl bilirdi. Həmin qız işdən gedərkən Nigarın iç üzünü Gülər xanıma açmaq üçün təsisçinin qəbuluna da düşdü. Amma eşitdiyimə görə, Gülər xanım onun baş redaktorun haqqında artıq-əskik danışmasına icazə verməyib».
 
Keçmiş Mərkəzçi deyir ki, hazırda onun Nigarla heç bir əlasi yoxdur. Amma o, bizim sayt vasitətəsilə ona mesaj da göndərdi: «Nigar şər və böhtan kampaniyasını dayandır. Gec-tez həqiqət ortaya çıxacaq. İnsan nankor olmaz. Yaxşılığı itirən adamları Allah da bağışlamır».
 
pia.az

Комментариев нет:

Отправить комментарий