11.08.2011

Onun ürəyi dördbucaqdı


Mir Bağır
"Çərçivəsiz" ədəbi qrupu

İmkanlar  məhduddur.
Çox  məhdud.
Lakin  ürək  bacarmır.
Hisslərim  bulud bulud
Hər kəs məni qınayar,
ən murdar məxluq deyər.
Ama sənsiz də qalsam
Mənə kim verər dəyər.
Məni kim sevər axı,
Belə dəlicəsinə.
əyər  çökməsəm hər gun
həsrətin sinəsinə.

Bu şeiri deyə-deyə gözlərim ulduzları axtarırdı. mən həmişə özumə yer tapa bilməyəndə şeir oxuyar,sonu bilinməyən kəşkəşana baxardım.xəyallarım ulduzlar qədər parlaq olmasa da yalqiz və tənha görunsələr də onları elə ulduzlar qədər sevərdim.İnci kimi səmaya duzulmuş ulduzlara baxarkən xəyalən də olsa surət yığıb oralara uçmaq istəyirdim.Lakin yığdığım surət birinci kosmik surətdən belə az olduğundan,ancaq,öz xəyallarımın orbitində dövrə vurub qalırdım...
     Eh,namutənahi arzular insanı lap əldən salır,hətta,üzünü qırxmağa,başını daramağa,səliqəylə ütülənmiş şalvar və köynək geyib küçəyə çıxmağa belə vaxt tapa bilmirsən.yaşamaq mənim kimilər üçün elə ancaq arzulamaq deməkdir.dənizdə yaxta,xüsusi helikopter,heç olmasa,son model roul roys(bəlkə,heç adını da düz bilmirəm)və bu kimi neçə-neçə xırda-xuruş arzular...
o qədər xırda-xuruş ki,bunlara nail olmaq üçün heç cəhd belə etmirəm.
      Mənim bir qonşum var.adı İlkindir.Ağıldankəm olsa da bütün növ pullardan xəbərdardı.
Daim küçədən keçənlərdən pul istəyir,pul verməyənlərdən ən azı bir siqaret qoparır.bəzən bəxti gətirmədiyi anlar da olur,nə pul ala bilir nə də siqaret...Əvvəllər bazarda fırlanardı, lakin, qaraçılarla bazardakı toçkalar uğrunda apardığı amansız mübarizədən sonra məğlub olan İlkin bir daha bazara üz tutmadı.qaraçılar yığışıb bazar müdirliyinə şikayət etdilər,hətta,öz dediyinə görə,pul pasıb onu bazardan çixartdırdılar.(axrıncı sözün oxunuşunda yaranan müvəqqəti çətinliyə görə,üzr istəyirəm)sözüm onda yox,bir dəfə bu İlkinlə oturub dərdləşirdik.yanımızdan xarici növ maşınlardan biri keçəndə mən dərindən köks ötürdüm,ardınca bir xeyli baxdım,
bütün kədərimlə baxdım,sanki,ən əziz və doğma bir insanla vidalaşırdım.bu vaxt İlkin –Mibağır -dedi (O,mənə belə deyirdi) həyatda belə mənasız şeylərə baxıb vaxt öldürməkdənsə 5-6 yaxşı dost qazan, sən öldükdən sonra cəsədini yerdən götürən olsun –dedi.Bu vaxt sanki,məni 50 voltluq cərəyan vurdu,bədənim birazca gizildədi.haqlısan-dedim,lakin kənddir.  Onsuzda  hec  kim  evində  qalmır  öldükdən  sonra,  bizlərdən  iraq  itə  qiymət  verməsələr də,tarixən itin  yiyəsinə  qiymət  verən  tapılıb  dedim. O, yerdən  tapdığı  siqaret  kötüyünü  ağzına  qoyub, ( əgər  mən  siqaret  çəksəydim  buna  imkan  verməzdim)  bilirsən    var  dedi: həyatda  it  olaqdansa  it  kimi  gəbərmək  daha  yaxşıdır, hə bir    əlində  itin  sahibi  olmaq  kimi  imkan  varsa  niyə    olmayasan  dedi. Mən  bu   ağıldankəm  insanın  arıq, lakin  ən  məşhur  rəssamların  belə  çəkərkən  aciz  qala  biləcəkləri  üz  cizgilərinə  baxıb,  heyrətlə: “ İlkin,  itin  sahibi  olmaq  boyük  məsuliyyətdir,  əgər,  bu  it  kimisə  qapdı  ilk  növbədə  sən  söyülürsən,  günahı  sən  daşıyırsan,  çünki, yaxşı  tərbiyyə  etməmisən” – dedim.
     İlkin   gözlərini  məndən  çəkib  hardasa  uzaqlara,   ulduzlar  qədər  uzaqlara  baxırmış  kimi “ nə  qədər  hörmətli  sahib  olursan  ol, itin  nəyinki  insana,  hər  hansı  bir   pişiyə  ağız  atmasa  belə  söyüləcəksən, çünki,  sən  insansan” – dedi.  Hətta    peyğəmbərləri    söyənlər  olub”  dedi.  “ən  əsası  sən  it  saxlayırsan  deyə  söyüləcəksən” dedi.  “ ilk  söyən  insan  birinci  öz  doğmasını  söymüş,  ilk  aldadan   insan  birinci  olaraq  öz  doğmasını  aldatmış,  ilk  oğru  birinci  öz  doğmasından  oğurlamış    nəhayət  ilk  qatil  birinci  öz  doğmasını  öldürmüşdür, çünki,  biz  bütün  bunlara  məhkum  edilmiş  insanıq”  dedi. “ məncə  tanrı  şeytanı  öz  dərgahından  qovmaq  məqsədiylə  insanı  yaratdı”  dedi.
    Tanrının   mərhəməti    rəhməti  qədər  qəzəbi    sonsuzdur.  Əlbəttə,  şeytanı  cəhənnəmə vasil  etmək  üçün   milyardlarla   insanın  cəhənnəm  odunda  yanması  gərək  imiş dedim. Yoxsa   bu  qələbənin  ləzzəti    olardı  ki? Həə  İlkin – qələbənin  alt  qatında  məğlubiyyətin  faciyyəsindən  doğan  bir  qorxaqlıq  gizlənir  dedim    beləcə  qəddarlıq  meydana  gəlməyə  başlayır.
    “Əslində  bu  qəddarlıq  cəsarət  şərti  adı  altında  təzahür  etməyə  çalışır”dedi.  Bəzən  daxilən, təbiətən  qəddar  olan  insanların  özlərini  məsum  kimi  göstərmələri  məndə  yəyrət  doğurur  dedi. Bu  sənin  təbiətindən  irəli  gəlirsə  içindəki  qəddarlığı  zorakılıqla  ört-basdır  etmək,  onu  hər  vəchlə  gizlətmək   nəyə  lazımdır  axı! Məncə  belə  olmaqdansa  elə  qəddar  olmaq  yaxşıdır  dedi.
      Mən  söz  tapa  bilməyib  hansısa  bir  filimdən  yadımda  qalan  bu  sözləri  astaca  söyləməyə  başladım: “ hər  şeylə  maraqlanmaq  çox  təhlükəli  narkotikdir”  bəlkə  sağollaşaq?  Elə  bu  vaxt  İlkinin  anası   Şəkərin  tükürpədici  səsini  eşitdim “ İlkin  uuuy! Gəl  xürəyüü ye”  İlkin    qonşu  mən  gedim  xörəyimi  yeməyə, gedək  qonaq  ol  dedi.  Mən  təşəkkürümü   bildirib: “yaxşı, İlkin,  imkan  olsa  görüşərik”  deyib  onunla  sağollaşdım.

Комментариев нет:

Отправить комментарий