13.08.2011

""TOY OLSUN"A BAXANDA QUSMAĞIM GƏLİR"

Türkiyə baş nazirinin köməkçisi Bülənt Arınç, televiziyalarda yayımlanan izdivac proqramlarını tənqid edərək "Bağışlayın, qusmaq istəyirəm" - deyib



Türkiyənin TRT kanalının xəbərində, TRT və Anadolu Universitetinin əməkdaşlıq konfransında çıxış edən Arınç, reytinq uğruna hazırlanan evlilik proqramlarına görə, Radio-Televiziya Ali Şurasını tədbir görməyə dəvət edib.
Müxtəlif formatlarda fərqli televiziya kanallarında hazırlanan proqramları "reytinq xatirinə" olaraq xarakterizə edən Arınç bildirib ki, özlərini xeyirli işə vəsilə sayan proqramların qonaqları isə kanala-kanal gəzirlər. Dörd beş dənə avara tapırlar, orada onları cəvahirata çevirirlər. O qadınlara görə kədərlənirəm. O ağılsız kişilərə görə kədərlənirəm. İzdivac proqramları cəmiyyətin əxlaqi dəyərlərinə mənfi təsir edir."

Bu proqramları izləyərkən "bağışlayın, qusmaq istəyirəm" - deyən Arınç "Radio-Televiziya Ali Şurasını tədbir görməyə dəvət edib.
Qeyd edək ki, Azərbaycan telekanallarnda da eyni tipli proqramlar yayımlanmaqdadır.

xazar.tv

Комментариев нет:

Отправить комментарий