10.09.2011

Gözəl bir şeir ilə başladıq

Oktay Hacımusalı
OKtay Hacımusalı
gözəl bir şeirdən başladıq səninlə
daha doğrusu gözəl bir şeir tək
alt üst edən bir şəkillə həyatım
yenə əvvəlki yeknəsəkliyinə qayıtdı sonra
sən təsəlli edə bilmirdin məni
dərdin başından aşırdı onsuz da
mən də bir tərəfdən

gözəl bir şeirdən başladıq səninlə
yəqin əvvəlcə üzümə baxıb
ürəyində nəyi var gülmüşdün mənə
şeir vaxtıdı
sən Allahın boşla getsin
sonra alışdın
sonra öyrəşdin
lap axırda soruşdun
təzə nəsə yazmamısan ki

gözəl bir şeirdən başladıq səninlə
sənə bir sirr açım da
yeganə qadınsan ki
sıxılmadan şeir oxuyaram sənə
səhər axşam

Комментариев нет:

Отправить комментарий