07.09.2011

Lars fon Trier porno çəkir


Rejissor Lars fon Trier nəhayət ki, çəkəcəyi “Nimfomanka” pornoqrafik filmində baş rolu oynayacaq kişi ifaçısını tapıb. 

Kulis.azın “The Independent” qəzetinə istinadən verdiyi xəbərə görə bu, “Dalğaları yararkən” dramında baş rolun ifaçısı isveçli Stellan Skarsqord olacaq. Aktyorun sözlərinə görə, rejissor ona zəng edərək deyib: ”Stellan mənim yeni filmim porno olacaq, istəyirəm sən baş rolu ifa edəsən”. Aktyor Trierin təklifinə sevinclə razılaşıb. 


Trier pornofilm çəkmək istədiyini hələ Kann festivalında bildirmişdi. Filmdə baş rolu oynayacaq qadın ifaçısı hələ bəlli deyil. Ola bilsin, o Trierin “Melanxoliya” filmində əsas rolun ifaçısı Kristen Danst olsun. Trier bunu Danstın çılpaq çəkilməkdən xoşu gəlməsi ilə əlaqələndirib.

Hazırda material üzərində işləyən rejissor deyib: “Əgər hansısa səbəblərdən film alınmasa belə mən vaxtımı əla keçiririm. Bu layihə məni ehtirasa gətirir.” 

Rəna NEVZAT                               kulis.az

Комментариев нет:

Отправить комментарий