15.09.2011

Torpaqları necə müsadirə edirlər?


"Yeni xəbər"in poçtundan

   Yazıb sizə bildirirəm ki, respublikada 2001-ci ildə torpaq şəhadətləndirilməsi zamanı genosid siyasəti həyata keçirilmiş, Sovet vaxtı əhaliyə verilmiş torpaqlar əlindən alınmışdır. 1956-cı ildən mənim 0,63 hektar torpağım olmuşdur. Hal-hazırda həmin torpaq məndədir, həyətimdir, əkib becərirəm, evim var. Lakin 2002-ci ildə şəhadətnamə gəlib ki, guya mənim həyətim 0,31-dır, bu qədər torpaq sahəm var. Bizim savadsızlığımızdan istifadə edərək “Sion müdriklərinin protokolları”ndakı qoy vəziyyətinə salıblar. İndi 0,31 ha-dan başqa qalan torpağım əlimdən çıxıb.
   Uzun müddətdir ki, torpağımı bərpa etmək üçün əlləşirəm. Çoxlu nomenklatur sistem qəsdən yaradılıb ki, əhali əziyyət çəksin. Dövlət arxivindən lazımi arayış, kənd icrasından kağız, qaytanlanmış kitabdan çıxarış və digər lazım olan sənədləri toplamışam. Respublika Torpaq və Xəritəçəkmə Komitəsindən Soltanəli müəllim sənədlərimizə baxdı, kömək edəcəyini bildirdi. Qarazəncirə məxsus xəritəni gətirməyimizi tapşırdı. Səhəri gün həyətimizə baxış keçirdilər, ölçülərini götürdülər, lakin məlum oldu ki, xəritədə həyətlər hamısı səhv-sühv çəkilib. Çox adamın torpağı düzgün qeyd olunmayıb, yarımçıq verilib. Məlum oldu ki, mənim işimin düzəlməsi üçün gərək bizim massivdə, qonşuluqda olan həyətlər hamısı yenidən ölçülüb, şəhadətnamələr dəyişməlidir. Bu qədər evin yeni şəhadətnamələrini mənmi düzəltməliyəm? Dövlət məmurları 2001-ci ildə səhv buraxmışlarsa, mənəmmi günahkar? Mən öz haqqımı tələb edirəm. Xahiş edirəm ki, mənim həyətim yerindəcə yoxlanılsın, mən heç kimin həyətinə girməmişəm, heç kimlə də mübahisəli məsələm yoxdur. Sadəcə Sovet hökumətinin mənə verdiyi və əkib becərdiyim torpağımın sənədləşdirilməsini tələb edirəm. Sağ olsun ruslar, bizə imkan qədər lazımi torpaqlar verdilər, indiki qəsbkarlar isə həmin torpaqlara göz dikib əlimizdən almaq istəyir. Bizim kəndin 90 faiz əhalisinin torpağ bu cür altdan-altdan, gizlicə sənəddə əlindən alınıb. Biz artıq mitinq keçirmək qərarına gəlmişik. Kəndimizin digər bir sakini də bu məsələ ilə əlaqədar müraciət etmişdi. Guya məsələ qanuni həllini tapıb: indi o qədər bürokratik maneə keçməlidir ki, buna bir ömür çatmaz. Beləcə onun da işi tilsimə düşüb. Xahiş edirəm ki, hüquqlarımızın bərpa olunmasında və qanuni torpaq sahəmizin bürokratik əngəllərsiz qaytarılmasında bizə dəstək olasınız.

Bayramov Ağalar İsa oğlu             

Комментариев нет:

Отправить комментарий