Bəxtiyar Hidayət
Siyasilər necə sayasi oldu
Sonda hamısı siyasətin içinə siyəsi oldu
Baş qoşma, boş şeydi, boşş.
Amerika özü gətirdiyi demokratiyanı
Özü yedi Pis Məmməd kimi
Rusiya durdu qarşımızda Mıx Məmməd kimi
Avropa da basməmmədi bəyanatlarla başımızı qatdı
Baş qoşma, boş şeydi, boşş.
Yenə baş qoşarsan
Yenə adam yerinə qomaz adamcıqlar səni
Yenə aldadar sandıqlar səni
Yenə it kimi sürüyər DİN DQ-lar səni
Baş qoşma boş şeydi, boşş.
Nə qədər ki bu baştutanlar var
Sən deyənlər baş tutmayacaq
Baş qoşma, boş şeydi, boşş.
Qısası budur
Bu Ana Vətən
Bizə ögeydi
Heç nədən özgə
Hər şey boş şeydi
Комментариев нет:
Отправить комментарий