06.10.2011

Cəzasız cinayət


Nağızadə

Artıq məhkəmənin başlamasından 1 saat keçmişdi. Son sözlərini demək üçün hakim təqsirləndirilən şəxsə müraciət etdi. Müddəhim ayağa qalxaraq sözlərinə başladı:
-Uşaq yaşlarımdan  elə bil cəmiyyətdən təcrid olunmuşam. Nə ailədə, nə də ki, müəllimlərim tərəfindən qayğı görməmişəm. Hər zaman danlağ nöqtəsi olmuşam. Hər kəs tərəfindən təhqir edilər və döyülərdim.  Tapdalanmış haqqımı tələb edəndə isə böyüklər tərəfindən cəzalandırılırdım. Axı mənimdə hər bir şəxs kimi öz uşaqlığımı keçirmək haqqım vardı. Amma nədənsə hamı bunu mənə çox görürdü. Kimlərinsə etdiyi günahın cəzasını mən çəkirdim. Onların mənə etdikləri  və dedikləri artıq mənim beynimdə idi və özümü cəmiyyətə yararsız biri kimi hiss edirdim.Müsbət xarakterli insan olmaq əvəzinə mənfi obrazda görürdüm özümü. Mənə edilmiş haqsızlıqların əvəzini günahsız insanlardan çıxmağa başladım. Mənim üçün həyat eşqi artıq sönmüşdü. Heç özümdə dərk etmirdim ki, günahsız insanları nə üçün qətlə yetirirəm. Sonuncu törətdiyim cinayətdə qurbanımın gözüyaşlı gözlərimin içinə baxması : “ Mənim günahım nə idi.deməsi  sanki məni uzun illərdən bu yana yatdığım yuxudan oyatdı.
Cənab hakim, mənim bu gün  burada olmağımın səbəbi törətdiyim cinayətlərdi. Onların cəzası nə idisə mən çəkəcəm. Bəziləri deyir həyat gözəldir, şirindir, lakin mən bunu hiss etmədim. Yaşadığım bu illər ərzində acılı günlər, kədər, göz yaşlarıdan başqa bir şey görmədim. Mənə ən yaxın dost dərd oldu.Mənə ölüm cəzası verilsə belə azdı, çün ki, mən həyata gəldiyim gündən ölmüşəm… Dəyərli hakim, sizə 1 sual verim, bəs məni bu günə düşürdənlərin, arzumu ürəyimdə qoyanların cəzasını kim verəcək?  Axı mən də istəyirdim ki, hamı kimi xoşbəxt olum. Özüm görmədiyim xoş günləri övladlarım yaşasın…..
Bu sözləri deyib  təqsirləndirilən şəxs susdu və yaşlı gözləri ilə hakimə sanki, nəisə demək istəyirdi.

Комментариев нет:

Отправить комментарий