18.11.2011

Abbas Barizin yolunu və əsərlərini dəyərləndirmək niyyətindəyik


Hörmətli soydaşlar!

Azərbaycan Yazıçılar Birliyinin Günay Azərbaycan şöbəsi, Güney Azərbaycanın dəyərli şairi Abbas Barizin vəfat etməsi ilə bağlı sizlərə təsliyət deyir və millətimizin azadlığı yolunda çalışan hər bir şəxsin əlini sıxaraq, Bütöv Azərbaycanımıza bağımsızlıq və özgürlük arzu edir. Azadlığın yaxın olduğunu düşünərək, soydaşlarımıza səbr və dözüm diləyirik. Biz, AYB-nin Güney Azərbaycan şöbəsi olaraq, Abbas Barizin yolunu və əsərlərini dəyərləndirmək niyyətindəyik. Millətimizin və eyni zamanda ədəbiyyatımızın dirçəlişi uğrunda çalışırıq və bu yolda olan hər bir ziyalımızı Güney Azərbaycan şöbəsinə mənəvi yardım etməyə çağırırıq. Tanrı millətimizin bütün bəlalardan qorusun!

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsi
Sayman Aruz

Комментариев нет:

Отправить комментарий