20.11.2011

Rafiq Tağıya çoxlu bıçaq zərbələri endirilib

Yazıçı boynundan və kürəyindən zərbələr alıb

Bir az əvvəl Rafiq Tağı işdən çıxarkən bıçaqlanıb. Bu barədə “Alatoran” jurnalının baş redaktoru Rasim Qaraca məlumat verib. Naməlum adamlar ona dayanacaqda hücum edərək boynundan və kürəyindən bir neçə bıçaq zərbəsi endirirək qaçıblar.

Rafiq Tağı isə çox halsız olduğu üçün hadisə barədə geniş məlumat verə bilməyərək faktı təsdiq edib və hal-hazırda Təcili Yardım maşınında olduğunu bildirib.
***
Rafiq Tağının üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Ailə üzvləri yazıçının 5-6 bıçaq zərbəsi aldığını, zərbələrdən birinin boynuna, qalanlarının isə kürəyinə saplandığını bildiriblər.

Yazıçı çox qan itirdiyindən ailə üzvləri ona qan veriblər. Həkimlərin ilkin məlumatına görə, bıçaq zərbələri daxili orqanları zədələməyib.

Hadisə ilə bağlı polis məlumatlandırılıb.
***
Tibb bacısı əməliyyatın yaxşı getdiyini bildirib. Əməliyyat davam edir.

***
Həkimlər bildirib ki, yazıçının həyatına təhlükə yoxdur.

Hal-hazırda R.Tağının oğlu xəstəxanaya gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirirlər.

***
Məlumatlara görə, R.Tağıya hücum edən şəxs ilk zərbəni onun ürəyinə endirsə də, yazıçını qovluğu onu xilas edib.



kulis.az

Комментариев нет:

Отправить комментарий