25.12.2011

Aclar üçün Böyük Tort

Cavidan


Buninin unikal qəhrəmanları var: "Evdə yeməyə heç nə yoxdur, amma ata ilə qız fransızca danışırlar".
Bu, kübarlıq, zadəganlıq, bir az da öz qınından çıxıb, sonra onu bəyənməməkdi.
Və mən bunu qəbul edirəm.
Dünənki Tort müsibəti isə hələ də mənə çatmır.
Ölkə prezidentinin doğum günü münasibətilə hazırlanmış 50kq-lıq və 12 tonluq, Sumqayıt İcra başçısının özü demiş, Avropada tək və yeganə olan bu nəhənglikdə Tortun ətrafında baş verənlərin videogörüntülərini, sonra da ən müxtəlif adlar və niklər altında şərh yazanların fikirlərini oxuduqca adam bilmir, ağlasınmı, gülsünmü.



Zatən bu şərh yazmağa daraşanların da o Tortun başına oyun gətirənlərdən elə bir fərqi yoxdur, məncə.
Əllərinə deyinmək fürsəti düşənlər də ancaq elə "bu xalqın acından o hala düşməsini qeyd eləməyə tələsir, bu xalqın bir tikə çörək üçün ac qalıb indi Tort qırıqlarına görə bir-birinin başına çıxmağa vadar olmaqlarını" önə çəkirlər, "acından" Tort davasına çıxan camaata "ürək yandırırlar".
Bu linkdə açıb izləyin, hələ də xəbəriniz yoxdursa olanlardan.
Baxın, burada acından halı olmayan birisi varmı?
Mən görmədim.
Əyinləri yerində, başları üstündə, gözləri qaynayan adamlardı, vəssalam.
Acdırlarmı?
Məncə yox!
Acgözdürlər!
Görməmişdirlər!
Özlərinə, süfrələrinə, Allah ruzisindən halal nemət qəbul etmək üçün olan mədələrinə hörmət etməyən mənasız adamlardır, vəssalam!
Və çox da səmimidirlər, sevinirlər, atılıb-düşürlər, Tort üstə dalaşırlar, kremə bulaşmaqdan həzz içindədirlər, bir sözlə, necədirlərsə, o cür də varlar!
O xanım-xatın görkəmli qadınlar, tfu, arvadlar, təsəvvür edirəm, özlərindən kasıb hesab etdikləri qonşuları və qohumları üçün necə forslu və qaba, az qala zadəgan əsilli biriləri kimi göstərirlər özlərini adi günlərdə.
Burda isə, part! bu boyda Tort var və həm də müftə, ibtidai sürü şüurun, heyvani nəfsin, vəhşi xislətin oyanmasın, neyləsin???
Yenə deyirəm, mənə çatmır bu insanların o vay-şivənliyi, özlərini biabır etmələri.
Bəlkə Sumqayıt əhalisi əsasən ordan-burdan gəlmələrdən ibarətdi, buna görə belə göründülər.
Həm bu bir yığcam insan toplusuna da Sumqayıtın bütün insanlarını aid etmək də düz olmaz.
Amma bir şeydən əminəm ki, həqiqətən kasıb olan insanların həm də qüruru olur, nə özlərinə, nə balalarına belə sırtıqca görməmişlik etməyi qıymırlar.
Mənsə bu dünyanın ən axırıncı axmağıyam ki varam, buralarda Bunin qəhrəmanları axtarırmışam, o boyda Mizə Cəlil külliyyatı gözlərimin içinə girib də kor olmuşam heç demə...
Ax, sizi, danabaşlar!!!

Комментариев нет:

Отправить комментарий