07.12.2011

Dünyanın nəbzinə çevrilmiş səs-avaz sahibi: Ququş...

Aydın Xan Əbilov


Qonşu ölkədəki ötən əsrin son inqlabı mahnını mərsiyyəyə dəyişən zamandan Ququş kimi Şərqin ən fitri istedadını da məhv etdi: İnternetdən də onun ilkin yaradıcılıq yolu əsl ulduzu xatırladır (düzdür bütün Şah sistemi ona işləyirdi, amma insafən özü də son dərəcə kreativ və sənət eksperimenləri edirdi...) ilə Qərbdə yaşayan zaman sonrakı yaradıcılıq axtarışları sönən kometə bənzəyir...
İlahi səs, dəhşətli dərəcədə səhnə mədəniyyəti, musiqi duyumu, repertuar seçimi, estetik-kreativ sərbəstliyi və modern musiqi axtarışları ilə bu azərisoylu fenomenə görə zaman haçansa Şərqdən böyük intiqamını alacaq...


P.S. Mən öləndən sonra məclisimdə pulxor mollar əvəzinə mütləq Ququşun bu şərqisini səsləndirərsiz... Bütün dualar əvəzinə onun həzin və kədərli səsi gəlsin qoy. 

O səs bir daha sübut edəcək ki, mən haçansa bu dünyanın min sifətini görmək, 1001-ci yanağına çevrilmək üçün işıqlı həyata desant kimi atılmışdım...

http://www.youtube.com/watch?v=xyIacxm5OgA&feature=related

Комментариев нет:

Отправить комментарий