22.12.2011

Fransa parlamentinin erməni qələti


                      
İlqar Salmanlı
"Yeni xəbər" qəzeti

Azərbaycan ictimaiyyəti təcili şəkildə Fransanın həmsədrlikdən uzaqlaşdırılmasına dair məsələni gündəmə gətirməlidir

Fransa şirkətləri ölkəmizdən çıxarılmalı, fransız malları boykot olunmalıdır

 Fransanın paytaxtı Parisin yaxınlığındakı Klamart şəhərinin Sosialist Partiyasından olan senatoru, erməni əslli Filip Kaltenbax “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsini yenidən Senatın gündəminə çıxarıb. Senator və eyni zamanda Paris Bölgə Parlamentinin rəhbərinin müavini olan Kaltenbax qondarma soyqırımla bağlı uzun müddətdir ki, yaxasını didib dağıdır. O öz bloqunda da bu məsələni aktiv şəkildə piar edir.

 Qeyd edək ki, həmin qanun layihəsi 2006-cı ildə Fransa parlamentindən keçib və müzakirə edilmək üçün Fransa Senatına göndərilib. 4 may 2011-ci il tarixində isə səs çoxluğu ilə “konstitusiyaya zidd” olduğu üçün rədd edilib.
 Filip Kaltenbax öz bloqunda yazır ki, artıq Fransa Senatı, Sosialist Partiyasının əlinə keçib və sosialistlərdən prezidentliyə namizəd və prezident qanun layihəsinə dəstək olacaqları barədə söz veriblər. Qanun layihəsi artıq 7-ci dəfə idi ki, erməni diasporuna yaxın fransız siyasətçilər tərəfindən təklif edilirdi. Qanuna görə, “soyqırımı”nı inkar edən şəxslər cinayət məsuliyyəti daşıyırlar. Sənəddə “soyqırımı”nı inkar edənlərin bir il müddətinə azadlıqdan məhrum edilməsi və 45 min avro məbləğində cərimə olunması nəzərdə tutulur. Təkcə Fransada deyil, iudey-mason əsarətində olan bir çöx ölkələrdə insanların ifadə azadlığını məhdudlaşdıran belə qanunlar təbii qarşılanır.
 Lakin bütün dünyanın mütərəqqi ictimaiyyəti gözəl bilir ki, ermənilərin təkidlə dünya ölkələrinə, xalqlarına qəbul etdirməyə çalışdıqları bu iddia qondarmadır, saxtadır və tarixi reallıqla heç bir əsası yoxdur. Ona görə də hansı ölkənin parlamentinin müzakirəsinə çıxarılmasından və hansı səviyyədə müzakirə edilməsindən asılı olmayaraq, “erməni soyqırımı” nağılı ayaq tutub yeriməyəcək. Tarixi diqqətlə araşdırdıqda bunun əksini görürük. Sadəcə ermənilərin uydurduğu, bəzi maraqlı dairələrin də dəstəklədiyi antitürk siyasətidir. Necə ki, yəhudilər Xolokost uyduraraq alman xalqının cibinə girdilər, Almaniyanı yəhudilərə külli-miqdarda təzminat ödəməyə məcbur etdilər, həmin olay erməniləri də iştaha gətirib.
 Eyni zamanda, məlumdur ki, biz Ermənistanla neçə ildir müharibə şəraitində yaşayırıq. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalı kimi dəhşətli cinayətlər bu gün Ermənistanı idarə edən Qarabağ klanının məsuliyyətinə daxildir. Onlar bu hadisələrin bilavasitə iştirakçılarıdır. Ona görə də onlar tərəfindən qaldırılan və dünyanın istənilən yerində dəstəklənən bu tipli ixtiyari məsələlər heçə endirilməlidir.
 Budur, “Soyqırım olmadı” deyənə 1 il həbs və 45 min avro pul cəzası nəzərdə tutan qanun layihəsi. Maddə 1: 29 İyul 1881-ci il qanununun 24-cü maddəsinin birinci bəndi aşağıdakı yeni 5 bəndlə dəyişdirilmişdir:
"24-cü maddənin altıncı bəndi istiqamətində soyqırım cinayətini və ya bəşəri və müharibə cinayətini müdafiə edən, inkar edən və ya ictimai sahədə dəyərdən salmağa çalışan aşağıdakı əsaslarla cəzalandırılacaqdır:
1) “Beynəlxalq Məhkəmənin Roma Statusu”nun 6-cı, 7-ci, 8-ci maddəsi
2) Cinayət Məcəlləsinin 211-1 və 212-1 maddəsi
3) Beynəlxalq hərbi tribunalın statusunun 6-cı maddəsi və qanunla tanınmış, Fransa tərəfindən imzalanmış və təsdiqlənmiş beynəlxalq konvensiyanın, yaxud beynəlxalq və ya Avropa qurumlarına bağlı bir qərara aid, Fransa məhkəməsi tərəfindən xarakterizə edilmiş qərar Fransada icra oluna bilər".
Maddə 2: 29 İyul 1881-ci il mətbuat azadlığına söykənən qanunun 48-2 maddəsi dəyişdirilmişdir:
1) "Sürgün" kəlməsindən sonra "ya da soyqırımı qurbanı, müharibə cinayəti, düşmənlə həmkarlığı və bəşəri cinayət qurbanı" kimi kəlmələr əlavə edilmişdir.
2) "Müdafiə" kəlməsindən sonra "soyqırımlar" kəlməsi əlavə edilib. 
 Bu, təkcə qardaş Türkiyənin deyil, həm də Azərbaycanın milli maraqlarına qarşı yönələn bir addımdır. Bu məsələ Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri olan Fransaya Azərbaycan ictimai rəyində inamı kəskin şəkildə sarsıdır. Azərbaycan ictimaiyyəti təcili şəkildə Fransanın həmsədrlikdən uzaqlaşdırılmasına dair məsələnin gündəmə gətirməlidir. Bəsdir öz evimizin içində düşmənləri yemlədik! Fransanın Ermənistana göstərdiyi birtərəfli dəstək istər-istəməz onun ATƏT-in Minsk qrupunda həmsədr ölkə olması statusuna kölgə salır, obyektiv və tərəfsiz vasitəçi olmaq mandatını heçə endirir.
 Qəbul olunmuş məntiqsiz və biabırçı qanun özünün absurdluğu ilə Ginnesin rekordlar kitabına düşə bilər. Çünki qanun vətəndaşı heç vaxt şahidi olmadığı və ya doğruluğu sübut olunmayan bir faktı inkar etdiyinə görə 1 il azadlıqdan mərhumetmə və ya 45 min avro məbləğində cərimə cəzasına məhkum edir. Bu, Fransa demokratiyası və parlamentarizmi üçün çox böyük rəzalət və biabırçılıqdır. Bu da Qərbin mənfur siması! Həmin qanun tarixi gerçəkliyə və hüquq qaydalarına zidd olmaqla yanaşı, elə Fransanın öz vətəndaşlarının dasöz və fikir azadlıqlarına qarşı yönəlmiş bir təhdiddir.
 Fransanın erməniləri keçici də olsa məmnun etmək naminə bölgənin güclü dövləti olan Türkiyə ilə münasibətlərini əsassız iddialara görə korlaması ağılsız və düşünülməmiş addımdan başqa bir şey deyil. Biz qardaş türk xalqı ilə yanaşı olmalı, öz müvafiq reaksiyamızı verməliyik. Çünki bu, həm də bizə hesablanan zərbədir. Bu qanun eləcə də Avropa dəyərlərinə qarşı bir cəhddir. Ölkədə söz və ifadə azadlığının məhdudlaşdırılmasına bundan böyük nümunə ola bilməz
 Nəinki Türkiyə, bütün türk dünyası bu rəzilliyə qarşı susmamalı, reaksiya göstərməlidir. Fransa şirkətləri ölkəmizdən çıxarılmalı, fransız malları boykot olunmalıdır. Belə hadisələrin dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcəyini Fransa hökuməti qabaqcadan fikirləşməliydi.
 Fransada yarım milyonadək etnik erməni yaşayır. Həmin yarım milyona görə Fransa Türkiyə kimi mühüm iqtisadi partnyoru özündən uzaqlaşdırır.
Elə məhz bu səbəbə görə Fransa alimləri qanun layihəsinə qəzəbli reaksiya veriblər. Onlar parlament deputatlarını tarixə hökm çıxarmaqda ittiham ediblər.
 İşğalçı Ermənistan rejimi isə təbii ki Fransa parlamentində qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi ilə bağlı olaraq Fransaya təşəkkür etdi. Xarici işlər naziri Edvard Nalbandyan "France Press"ə açıqlamasında ölkəsinin duyduğu minnətdarlığı bildirdi.
 Artıq bütün dünya ictimaiyyəti Fransanın iudey-mason niyyətini dərk edir. Avropa ölkələrində də gözəl başa düşürlər ki, “erməni soyqırımı” məsələsi məqsədli şəkildə ortalığa atılan siyasi oyundur. Erməni diasporasını və hakimiyyətini qoruyan siyasi qüvvələr də bu oyundan çox məharətlə istifadə edirlər. Düşünürəm ki, Türkiyə bu istiqamətdə adekvat addımlar atacaq. Təbii ki, Azərbaycan xalqı hər zaman Türkiyənin yanında olmalıdır. Çünki biz ermənilərin azərbaycanlıların və bəşəriyyətin digər nümayəndələrinin başına gətirdiyi hadisələrin çox yaxşı şahidiyik.
 Ermənistan və İsrail kimi işğalçı dövlətlərə beynəlxalq birlik tərəfindən ciddi sanksiyaların tətbiq edilməsinə nail olmalıyıq. Çünki təzyiqlər olmasa, Ermənistan “erməni soyqırımı kartı”ndan hələ çox istifadə edəcək.

Комментариев нет:

Отправить комментарий