04.12.2011

İranla media əməkdaşlıqlarının potensialları araşdırıldı


Ölkəsinin İİR ilə media əməkdaşlıqlarının araşdırılması üçün Tehrana səfər etmiş Az. R-nın prezident aparatının ictimai-siyasi şöbə müdiri şənbə günü(3 dekabr) səhər İİR tele-radio təşkilatının sərhəd aşırı bölməsinin müavini Məhəmməd Sərəfraz ilə görüşüb.
Bu görüşdə Əli Həsənov Az. R. prezident İlham Əliyev tərəfindən ölkəsilə İran arasında media əməkdaşlıqlarının potensiallarının araşdırılması üzrə missiyaya malik olduğunu bildirərək rəsmi Bakının media əməkdaşlıqları, xəbər və informasiya mübadiləsi habelə informasiya çatdırma və mədəni televiziya verilişləri haqda İİR il tele-radio təşkilatı ilə razılıq sənədi imzalamaq üzrə hazırlığına təkid edib.

İİR tele-radio təşkilatı sədrinin sərhədaşırı məsələlər üzrə müavini də bu görüşdə Amerika və sionist rejimin qonşu ölkələr o cümlədən Az. R-nin ərazisi media fəzasından İİR-na qarşı müxtəlif sui-istifadələr üzrə hədəflərini bildirərək deyib: Əgər sionist rejim və Amerika öz başlarına buraxılsalar başqa ölkələrin media fəzasından İrana qarşı sui-istifadələrdə əlavə İran zərbə vurmaq üçün hər gün bomba və təxribatçılıq cihazları daxil etmək istəyəcəklər. Amma biz belə inanırıq ki, Az. R. hökumətinin siyasəti o qədər ağıllıcasınadır ki, sionist rejim və Amerikanın bu istəyi ilə razılaşmasın.
Məhəmməd Sərəfraz həmçinin belə əlavə edib: Misal üçün sionistlər öz medialarında Az. R. ərazilərində özlərinin pilotsuz təyyarələrindən İrana qarşı sui-istifadə etmək istədiklərini bildirirlər ki, düşmənlərin bu proqramları qarşısında ayıq olmaq zəruridir.
İİR tele-radio təşkilatının sərhədaşırı bölməsi üzrə sədr müavini də bu görüşdə İranın tele-radio təşkilatının modern televiziya texnologiyaları o cümlədən niyuzrum sistemi, məcazi studiyalar, televiziya proqramları istehsalı habelə müştərək tele-serialların istehsalı haqdakı təcrübələrini Az. R-nın ixtiyarına vermək üzrə tam hazırlığına təkid etdi. Bu görüşdə tərəflər media əməkdaşlıqları o cümlədən xəbər və informasiya mübadilələri xəbər və informasiya çatdırma fəaliyyətləri habelə film və tele-serial istehsalı üzrə zəminlərin hazırlanması həmin sərhəd məntəqələrində tele dalğaların bir-birinə qarışmasının qarşısının alınması və başqa ferekans çatdırma fəaliyyətlərində davamlı əməkdaşlıqların həyata keçirilməsinə təkid etdilər.

Комментариев нет:

Отправить комментарий