Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin təşəbbüsü ilə, Məlihə Əzizpurun "Mənə bir küçə bağışla" adlı kitabı çapa verildi. Qeyd edək ki, bu kitab şöbənin Güney Azərbaycan ədəbiyyatı seriyasının 13-cü və Məlihə xanımın ikinci kitabıdır. Yaxın günlərdə kitab oxuculara təqdim olunacaq və təqdimatı keçiriləcəkdir. AYB-nin Güney Azərbaycan şöbəsi bütün Güneyli soydaşlarımıza müraciət edərək onların kitablarının çap edilməsinə hazir olduğunu bildirir. Milli-mədəni haqq və varlıqlarımızın qorunması yolunda fəaliyyətlərimizi daha da güclü şəkildə dəvam etdirəcəyik.
Tanrı millətimizi qorusun!
AYB-nin Güney Azərbaycan Şöbəsinin müdiri:
Sayman Aruz
Комментариев нет:
Отправить комментарий