22.12.2011

"Hicab məsələsi Atamın ölümüylə həll olacaqsa, ölümünə razıyam"


haber

"Onsuzda Allah yolunda şəhid olanlar ölü deyillər!”

Bismillahirrəhmanirrəhim

“Hicab məsələsi Atamın ölümüylə həll olacaqsa, ölümünə razıyam. Onsuz da Allah yolunda şəhid olanlar ölü deyillər!” Bu sözləri Hicab məhbusu olan, Hacı Abgül Süleymanovun oğlu, Muhəmməd Cavad Süleymanov deyir. Onun hələ 6 yaşı var, amma atasının ona verdiyi tərbiyə, onu vaxtından əvvəl, sözün əsl mənasında “Kişi”-ləşdirib.O, atasının "Hicab Məhbusu" olmağıyla fəxr edir və özünündə dediyi kimi bu barədə heç bir narahatçılığı yoxdur. Onun yaxını olaraq mən onu bu mövzuya görə ağladığı ya narahat olduğunu görməmişəm. Əksinə onun halı və sözləri məni çox təəccübləndirir və fikir etməyə vadar edir.


O, deyir: “Hərdən atam yadıma düşəndə ağlamaq istəyirəm, lakin atamın sözünü xatırlayıb bunu etmirəm. O, mənə belə demişdi: “Mən bilirəm ki, Bakıya getsəm məni həbs edəcəklər. Oğlum! əgər məni tutsalar qorxub ağlamayasan. Çünki tutulsam Allah yolunda tutulacam.”Bu sözlər bu balaca vücuddan necə çıxır? Məlum olur ki, ona bu sözləri öyrədənin qəlbi, Allah eşqiylə alışır.Atası həmişə ona məxsusi vaxtlar ayırıb, onunla söhbət edirdi. Onun İrana gəlib, “Quran Hafizi” olmasını da atası istəyib. Bu ruhiyə ilə böyüyən uşaq, gələcəkdə ən azı atasının tutduğu yolu gedib zalımların zülmünün qarşısında əyilməyəcək.O, “Atan yanında olsun, amma bacılarımızın Hicabı açılsın? Ya atan dünyadan getsin, amma Hicab problemi həll olsun?” sualına belə cavab verdi: “Atam ölsə də olar, əsas Hicab problemi həll olsun. Onsuzda ölsə də şəhiddir və şəhidlər ölü deyillər ki!”

Ölümü son deyil, başlanğıc bilən bu uşağın gələcəkdə Allah üçün nələr edəcəyi doğrudan da ağıla sığmazdır. Axı O, Allahı öz məşuqu və ölümü Allahla görüş hesab edir.Yəqin ki, bu ata və oğul, Allahın Qurani-Kərimin Bələd surəsi 3-cü ayəsində, ata və oğula olan andına şamil olubdurlar “Və and olsun ataya və onun dünyaya gətirdiyi övlada”

Bu cür qəlbi mənəviyyatla dolu uşağın, sonda atası üçün etdiyi duaya hamımız fikir verək: “Atamın ən çox sevdiyi duanı edəcəm: Allahım! Atamı aqibət xeyr olanlardan elə, və ona şəhadət qismət elə...”Amin Muhəmməd Cavad! Allah atanı və digər "Hicab məhbuslarının" aqibətini xeyir etsin və onlara şəhadət şərbətindən dadmaya kömək olsun.

Vəssəlamu ələykum və əla ibadillahis salihin!



http://islam-azeri.az/

Комментариев нет:

Отправить комментарий