27.12.2011

Şəffaflıq


Антикризисные обои - Денежное деревоÜlvi Məmmədli
Professional Oxucu Liqası

Adamların günahları artıq sərhədləri aşıb, dövlətlərin günahına çevrilib

 Alimlər yenə də başlayıblar. Deyirlər ki, göydən böyük bir asteroid düşəcək. Yəni göydən daş yağacaq. Bunun elmi anlayışını verməyə çalşanlar deyir ki, "etməmiz lazım olan şey dünyanı bir araya gətirmək və bu qlobal təhdidi qəbul etməkdir. Bu yalnız Almaniya, Amerika Birləşmiş Ştatları ya da BMT-nin problemi deyil. Bu, qlobal bir təhdiddir".
 Necə bilirsiniz, bu kim tərəfindən olan təhdiddir? Bu qədər günahın olduğu yerə cənab Allah necə daş yağdırmasın?

Oturur, siqaret yandırıb fikirləşir ki, neçə illərdi, neçə əsrlərdi anbaan xəbərdarlıq edirəm, düzlüyə, əxlaqa səsləyirəm, eşitmirlər, bəs daş tökməyim, neynəyim? Alim də deyir ki, dünya dövlətləri bir yerdə bu problemi aradan qaldırmağa cəhd etməlidir. Yəni adamların günahları artıq sərhədləri aşıb, dövlətlərin günahına çevrilib, Tanrının səbr kasası daşıb. Nə deyirsiniz, problemi aradan qaldırmağa cəhd edək, yoxsa?..
 Əşşi, boş şeylərdi, fikir verməyin, keyfinizi çəkin. Dünya onsuz da beş günlükdü. Kolumbiyada bir tutuquşunu həbs eləyiblər. "Rossiya" telekanalı xəbər verir ki, cinayətkar tutuquşu dəmir barmaqlıqlar(!) arasına salınıb. Olay narkomafiya əleyhinə aparılan növbəti reyd zamanı baş verib. Tutuquşu polislər gələn zaman "Qaçın, sizi heç kim tutmasın" deyə qışqırırmış. Xəbərçi tutuquşu yaxalanıb.
 Polis zabiti deyib ki, lələkli cinayətkar bir neçə saat eyni ifadəni təkrarlayıb və bu, birinci belə hal deyil. Polis zabitinin sözlərinə görə, ölkədə narkodilerlər tərəfindən xüsusi təlim keçilmiş 1000-dən çox belə quş var.
Антикризисные обои - Готов работать за еду
 Narkotiklərdən danışdım, yadıma çətənə bitkisi düşdü. Buna kənaf da deyirlər. Yenə xatırlamadınız? Konoplyanı deyirəm, qurudub marixuana düzəldirlər. Hə, həmin kətandan Kanadada da istifadə edirlər. Amma bir balaca başqa məqsədlə. Sən demə kanadalı mühəndislərin layihələndirdiyi "Motiv Kastrel" avtomobilinin kuzası ...çətənə liflərindən hazırlanıb. 600 kq kütləsi olan elektromobil 135 km/saat sürətlə hərəkət edə bilir. Litium ion batareyalar bir dolumla 160 km qət etməyə imkan verir.
 Mühəndislər kuzovun materialı üçün çətənə lifinin tətbiqini onun yüngül, davamlı və təkrar istifadəyə yararlı olması ilə izah edirlər. Əşi boş verin getsin, gül kimi malı kakoy-nibud maşın kuzovuna niyə sərf eləyərlər, başım çıxmır. Kanadalılar ağızlarının ləzzətlərini heeeç billmirlərmiş...
 Amma bir xəbərə heç boş verə bilmirəm. Sumqayıtın keçmiş raykom, indiki İcra Hakimiyyətinin binasını yəqin ki, görmüşdünüz. Görməsəniz də eşitmiş olardınız, bina başdan başa həmişəyaşıl bitkiyə bürünmüşdü. İllərlə əziyyət çəkib, qulluq edib yetişdirmişdilər.İndi həmin sarmaşıqları kökündən silərək, binanı yaşıl örtükdən təmizləyiblər. Niyəsini bilmirəm, amma yəqin ki bunlar da şəffaflığı, açıqlığı böylə başa düşürlər.
Heyf...

Комментариев нет:

Отправить комментарий