25.12.2011

YƏHUDİ TERRORÇUNU "DƏLİ" ADI İLƏ EVƏ BURAXDILAR


Norveçi qana bulayan Anders Behring Breivikin psixoloji vəziyyəti ilə bağlı hesabat açıqlanıb


FaktXeber.com-un verdiyi məlumata görə,  Norveçin paytaxtı Osloda iyulun 22-də təşkil etdiyi 2 terror aktı ilə ölkə tarixinin ən qanlı aksiyalarından birini həyata keçirən İslam əleyhdarı Anders Behring Breivikin ötən həftə məhkəməyə təqdim edilən mübahisəli psixiatriya hesabatı yeddi həkimdən ibarət Ədliyyə Tibb Komissiyasının səs çoxluğuyla qəbul olunub.

Komissiya üzvləri psixiatrlar Torger Husby və Synne Serheimin hazırladığı, "Breivikin şizofreniya xəstəliyinə tutulduğu və buna görə terror ittihamı ilə mühakimə oluna bilməyəcəyi" istiqamətindəki hesabatı heç bir dəyişiklik etmədən təsdiqləyib.

Bu gün qərarlarını açıqlayan Ədliyyə Tibb Komissiyası başçısı Tarjei Rygnestad əlavə şərh vermədən hesabatın yekdilliklə qəbul edildiyi söyləyib.


Prokurorun Komissiyanın hesabatını qəbul edəcəyi halında, Oslodakı hökumət binası və Utöya adasında İşçi Partiyasının gənclik düşərgəsinə təşkil edilən hücumlarda 77 nəfəri öldürən və 96 adam da yaralayan Breivik, həbsxana əvəzinə psixiatriya xəstəxanasına göndəriləcək.

Qeyd edək ki, hadisə baş verən bir müddət sonra məsələnin elə bu cür də sonunclanacağı bildirilmişdi. Çünki dünyada demokratik dəyərlərin ən çox inkişaf etdiyi ölkə kimi tanıtdırılan Norveçdə terrorçunun olması, dinc insanları qətliam etməsi demokratiya adına zidddir. Buna görə də, hadisənin hansısa bir terror aktı deyil, bir şizofreniya xəstəsinin adı ilə bağlanması lazım idi. Və bu belə də oldu.

Комментариев нет:

Отправить комментарий