İlqar Salmanlı
İsrailin xarici işlər
naziri Aviqdor Libermanın KİV-də “məxfi” adını alan 22-23 aprel səfəri öz
yekunları ilə məxfilik pərdəsini qaldırmadı və arxada İsrailin siyasi üfüqündə
qırğı kimi tanınan xarici siyasət qurumu başçısının Bakıdan uçan təyyarəsinin
şelfi qaldı.
Azca aşağı
endirilmiş məxfilik pərdəsi boşuna deyil. Üç il əvəl prezident Əliyev qeyd edib
ki, gözlə görünən Azərbaycan-İsrail təmasları ikitərəfli münasibətlərin onda
biridir. Бу barədə WikiLeaks yazışmalarında da məlumat verilib. Əliyev düz
deyib. İsrail mətbuatının diplomatik mənbələrə istinadən məlumatına görə, məhz
Azərbaycan tərəfi səfərin məxfiliyinin təşəbbüsçüsüdür.
Məxfilik motivləri ilk növbədə İran xüsusi xidmət orqanlarının Bakıda XABAD yəhudi məktəbinin müəllimlərinə qarşı terror aktı cəhdinin bu yaxınlarda ifşa edilməsi barədə məlumatlarla diktə edilmiş ola bilər. Bunu Libermanın və onun getdiyi yerlərin İsrail xüsusi xidmət orqanları tərəfindən güclü mühafizəsi də sübut edir. İsrail xüsusi xidmət orqanları təmsilçiləri qonağın Bakı yaxt klubunda təhlükəsiziliyini təmin edən Azərbaycan məxfi agentlərindən daha çox sezilirdi.
Libermanıın
Bakıdakı görüşləri və açıq bəyanatları göstərdi ki, hər iki tərəf iki günlük səfər
zamanı Azərbaycan-İsrail münasibətləri aysberqinin yalnız suüstü hissəsini
nümayiş etdirdilər. Cəmiyyətə diplomat və biznesmenlər üçün sadələşdirilmiş
viza rejimi və gömrük proseduru, mədəniyyət, turizm sahəsində əməkdaşlığın
perspektivi kimi klassik dövlətlərarası münasibətlərin aysberqüstü mövzuları
üzrə informasiyalar verildi.
“Məxfi” münasibətlərin
sualtı hissəsinə nüfuz etmək istəyən mətbuat diqqəti İran problemi, Azərbaycana
yüksək texnologiyalı silah tədarükü, İsrailin ölkə ərazisindən İrana qarşı
istiafdə etməsi, eləcə də Təl-Əviv üçün əhəmiyyətli olan enerji təhlükəsizliyi
məsələlərinə diqqət yetirdi.
Liberman Bakıda Azərbaycan
aerodromlarından İrana qarşı mümkün istifadə və İsrail ixracatının əsas maddəsi
olan iki milyardlıq hərbi texnika tədarükünə beynəlxalq diqqəti azaltmağa cəhd
etsə də, səfərdən sonra da hərbi mövzu aktuallığını saxladı.
Vacibliyə görə
maraqlar sırasında ikinci olan energetika məsələsi göstərdi ki, İsrail XİN
başçısı Bakıda Azərbaycanın Yaxın Şərq regionuna bundan sonra nufuz etməsi hədəfi
ilə tərəfdaşlıq münasibətlərinin ardıcıl inkişafına zəmanət istəyə bilərdi.
Söhbət təkcə Azərbaycanın Med Ashdod dəniz yatağının işlənməsinə cəlb edilməsindən
yox, həm də ərəb-İsrail münasibətlərinin yumşaldılmasında müsəlman amilindən
istifadədən gedir. Bir tərəfdən, sazişin şərtləri Azərbaycanın İranla münasibətlərinin
məhdudlaşdırılmasını nəzərdə tutur. Bu, İranın nüvə proqramı ilə bağlı sahələrdə
Azərbaycan şirkətlərinin təmaslarının aşkarlandığı təqdirdə sazişin pozulmasını
nəzərdə tutur. Digər tərəfdən İsrail əvvəllər olduğu kimi Təl-Əvivdə Azərbaycan
səfirliyinin açılmasına diqqət ayırmadı. Bununla Bakının Fələstinlə həmrəy olan
bir sıra ölkələrdə mövqeyni qorudu.
Liberman XİN rəhbəri
və prezident Əliyevlə görüşdən sonra Bakıdan razı halda getdi. Azərbaycan və
İsrailin 20 illik münasibətlərinə nəzər salan qonaq yaxt klubda qeyd edib ki,
1992-ci ildə diplomatik münasibətlər yaranandan iki ölkənin ticarət-iqtisadi
münasibətləri iki yüz min dollardan 4 mlrd dollara yüksəlib.
İkitərəfli münasibətlərin
tarixi isə göstərir ki, əməkdaşlıq dinamikası bu yaxınlarda artmağa başlayıb və
yüksəliş mərhələsindədir.
Комментариев нет:
Отправить комментарий