Страницы

06.05.2012

Bir stəkan kofe, siqaret, Şopen...

Ədil Emin Məmmədsoy

Musiqi səslənir, başlayır konsert,
Yenə də tamaşa, uzun gecədir.
Aktyorlar burda, hər zaman eyni,
Bir stəkan kofe, siqaret, Şopen

Pərdələr açılır, səhnə görünür,
Mənzərəni təsvir edə bilmirəm.
Bir gənc əyləşibdir dostları yalnız,
Bir stəkan kofe, siqaret, Şopen.

Otaq tüstülüdü çox şey görünmür,
Gecələr hər dəyqə küsür-barışır.
Yalnız ondan küsmür onun sevdiyi,
Bir stəkan kofe, siqaret, Şopen.

Bir sima görünür işıq altında,
Deyəsən oynayır son tamaşanı.
İnciyib dostları bu gənc-qocadan,
Bir stəkan kofe, siqaret, Şopen.

Комментариев нет:

Отправить комментарий