Ədil Emin Məmmədsoy
Musiqi səslənir, başlayır
konsert,
Yenə də tamaşa,
uzun gecədir.
Aktyorlar burda, hər
zaman eyni,
Bir stəkan kofe,
siqaret, Şopen
Pərdələr açılır, səhnə
görünür,
Mənzərəni təsvir edə
bilmirəm.
Bir gənc əyləşibdir
dostları yalnız,
Bir stəkan kofe,
siqaret, Şopen.
Otaq tüstülüdü çox şey
görünmür,
Gecələr hər dəyqə
küsür-barışır.
Yalnız ondan küsmür
onun sevdiyi,
Bir stəkan kofe,
siqaret, Şopen.
Bir sima görünür işıq
altında,
Deyəsən oynayır son
tamaşanı.
İnciyib dostları bu
gənc-qocadan,
Bir stəkan kofe,
siqaret, Şopen.
Комментариев нет:
Отправить комментарий