FAİQ BALABƏYLİ
Qırğındı. Aləm
bir-birinə dəyib. Razılarla narazılar söz savaşına çıxıblar. Hər kəs bu
hay-harayda nə isə əldə etmək istəyir. Razılar nəyə görə razı qaldıqlarını,
narazılar isə niyə narazı olduqlarını gündəmə gətirməklə, əslində özlərini gündəmdə
saxlayırlar. Minnətdarlıq hisslərini bildirməyin başqa yolu da yoxdu. Fürsət
var ikən niyə də deməyək –düşüncəsi bir çoxlarına hakim kəsilib. Yaxşıdır,
vallah, insanda minnətdarlıq hissini çatdırmaq qabiliyyəti də olmalıdır. Narazı
cəbhənin sərvaxtları da vaxtı fötə, yəni boşa vermir. Fürsət qazanıblar, əsaslandırlar
dürüst olmayan fikirlərini. AYB-yə qarşı qaragüruhcasına hücuma keçənlər, indi
də bu xoş olan xəbərdən naxoş olublar. Gör iş nə yerə çatıb ki, bir qrup
yazarın mənzil şəraitinin yaxşılaşdırllması üçün atılan əməli addım, əməlli
başlı kal armud olub tıxanıb digər bir qrupun boğazına. Düyünlənmiş boğazdan
çıxan səs isə xalq artisti İlhamə Quliyevanın səsi kimi adamın olan-qalan ətini
də “vibirasiyaya salıb” sümüyündən ayırır; ağızı geniş açmaqla deyil ki, gərək
o geniş ağızdan çıxan səs də ürək bulandırmaya.
Yaxşı, yormayım
sizləri, keçim mətləbə. Neynəyim, ta keçid dövründən heç bir tərəfə keçməmişəm,
qalmışam ancaq və ancaq haqq olan tərəfdə. Elə, mətləbə keçməyim də haqqın
yanında olmağımdandır. Demək, hər şey bildiyiniz kimidir; aylar, illər çəkilən
zəhmətin, gərgin danışıqların, pozulan əsəblərin, vurulan iynələrin, içilən həblərin
son ucu olaraq AYB-yi nəhayət ki, üzvlərinin və işçilərinin mənzil şəraitinin
yaxşılaşdırlması üçün “Abidə” Mənzil Tikmə Kombinatından 9 mənzil əldə edə
bildi. Düzgün olanı odur ki, binanın tikilməsi üçünn ayrılan yer AYB-yə,
Birliyin sədri Anar müəllimin xahişi ilə mərhum prezident Heydər Əliyev tərəfindən
verilmişdi, amma qurumun ev tikmək imkanı olmadığı üçün, müqavilə ilə yuxarıda
adı şəkilən MTK ilə saziş imzalanmışdı. Bina hazır olandan sonra AYB-yə mənzillər
veriləcək. “Abidəçilər” isə, deyilənə görə yerin müqabilində, daha çox mənzil
verəcəklərinə söz versələrdə, sözlərinin üstündə durmayıblar. Məmləkətdə kor
atı minib köndələn çapanlar xeyli var. Nəticədə AYB-nin sədri, xalq yazıçısı
Anar “dava-dalaşla” 9 mənzili adı çəkilən “atlılardan” ala bildi. Hansı
ki, həmin mənzillərə görə təşəkkür qəbul etmək, “sağ ol” əvəzinə haqsız
hücumlarla qarşılaşdı. Və bu 9 mənzilin mübarək sorağı gəlcək də “qırğın”
başladı…
“DÖRD KİŞİYƏ BİR
ARVAD”
Şair Şaiq Vəlinin
sözləridir. İllərdir evsizlikdən və işsizlikdən əziyyət çəkən qələm dostumuz
ayb-nin mənzil kommissiyasının və növbədəki yazarların birgə keçirdikləri
iclasda 9 mənzilin 36 nəfər arasında bölünməsindən razı qalıb, bu ədalətli
bölgüyə görə AYB rəhbərliyinə minnətdarlıq etsə də, nədənsə “Azadlıq”
radiosunun canlı efirində bu bölgüdən narazılığını bəyan etdi və yuxarıdakı
yarımbaşlığa çxartdığım ifadəni işlətdi. Əlbətdə, yaxşı olardı ki, mənzillərin
sayı daha çox olaydı və hər yazara bir ev düşəydi. Amma nə etmək olar ki, dövr
həmin dövr, zaman həmin zaman deyil ki, yazıçılara xüsusi diqqət ayrılsın,
onlara ev verilsin və digər imtiyazlar şamil edilsin. Bu, ötənlərdə olub. Indilərdə
isə, hər şey göz qabağındadır. Ölkənin iqtisadi cəhətdən çiçəklənməsinin
yazıçılara az təsir etməsi, dedi-qoduların çoxalmasına gətirib şıxarır. Yazçı
idmançı deyil ki, onlar üçün bütün respublikada Olimpiya komleksləri tikilsin və
qapıları da daima bağlı qalsın. Dünya çempionatlarına, olimpiyadalara isə
milyonlar hesabına transfer edilən legionerlər göndərilsin. Legionerlərə küllü
miqdarda pullar, evlər, maşınlar bağışlansın və müqavilələri bitdikdən sonra tərk
edib getdikləri, ölkəmizə həqarət etsinlər. Belə hallar çox olub. Çörəyimizi
yeyib, üryimizə xal salıblar.Yazıçılar isə bizim özümüzünkülərdir. Yazarlar
millətin dərdlərini, problemlərini görür, qələmə alır, yanır-yaxılır və həmişədə
diqqətdən kənarda qalırlar. Baxmayaraq ki, hər il siyahı ilə müəyyən qədər
yazıçıya prezident təqaüdü verilir, buna şükür etməklə yanaşı, yetərli
olmadığını da demək heç də pis olmaz. Yaxud, yazıçıya heç bəzi qadın müğənnilərə
ayrılan diqqət də yoxdur. Çünkü yazıçı dərddən –sərdən yaza bilər, mənəvi dəyərlərimizi
qoruyub saxlayar, yazıçı ombasını, əndamını silkələməz ki, ona hansısa oliqarx
“SPONSORLUQ” etsin. Heç gərək də deyil. Yenə də sağ olsun Anar müəllimi ki, şəxsi
nüfuzundan istifadə edərək ölkə rəhbərliyi qarşısında sədri olduğu AYB-nin üzvlərinin
və işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində nəsə edə bildi
və edir də.Buna görə onu mütləqmi çərlətmək lazımdır? Ayıb deyil?. Doqquz mənzilin
36 nəfər növbədə olan yazar arasında ədalətli şəkildə bölünməsinə ədalətsizlik
rəngi qatmaq isə, əslində rəngdən-rəngə düşməkdir. Bu baxımdan Sumqayıtda, Hacı
Zeynalabdin qəsəbəsində kommunal vəziyyəti, yolu-rizi acınacaqlı şəraitdə olan
bir yerdə “ömür çürüdən”, həyatının müəyyən hissəsini vətəndən uzaqda keçirən
istedadlı qələm dostumuz Şaiq Vəlinin narazılığı həm başa düşüləndir, həm də
yox.Adı mənzil alanların siyahısında olan şairi təbrik edirəm, və kiçik qardaşı
kimi fürsətdən istifadə edib məznilinin və yaşam tərzinin yaxşılaşdırmasını
arzulayıram.
YAXINLAR YAXINDAN
VURUR…
Mənzil növbəsində
olmayan qələm adamlarının gileyini isə başa düşmək bir qədər çətindir. Demək
lazımdır, bir növbəyə durun, sonra günahkar axtarın, görülən və görünən işdə
korrupsiya elementləri gəzin. Bəzən heç gözləmədiyin yerdən tənələrə, qınaqlara
tuş gəlirsən. Yaxın bildiyinin haqsız hücumu adamı incidir. Adama təsir edən
odur ki YAXINDA OLANLAR ELƏ, ADAMI YAXINDAN NİŞANA ALIB, VURA BİLƏR. Mən də
varam, və kimi isə tənqid edə bilərəm, fikri ilə gündəmə düşmək istəyənlər isə,
düşünürəm ki, papaqlarını qabaqlarına qoyub fikirləşsələr yaxşıdır – BƏLKƏ, BU
ƏMƏLİ
ADDIMI ALQIŞLAYAQ Kİ DAVAMI DA OLSUN?
Mən, bundan qabaq
dediyim fikirlərimin üstündə dururam, və mənzil şəraitlərinin yaxşılaşdırılması
üçün adları siyahıya salınanların hamısını ürəkdən təbrik edirəm. Siyahıda olan
texniki işçilərin adlarına iradlarını bildirənlərə də münasibətimi bildirmək
istərdim; Məgər Nazirlər kabineti işçilərinə mənzil verəndə ancaq nazirlərə və
şöbə müdürlürinə ev verir? Bəs burada işləyən texniki işçilər, katibələr,
sürücülər və digər kiçik vəzifə sahibləri necə olsun? Onların mənzil almaq
hüquqlarlını pozmaq olar? Eləcə də Neft Şirkətinin evləri, bu məntiqlə təkcə mədənlərdə
işləyənlərə verilməlidir? Bəlkə, məsələni belə qoyağın ki, Azərbaycan Yazıçılar
Birliyi üçün dövlət dotasiya aylrsin, ev versin, Necə ki Jurnalistlər üçün bu
addım atılıb. Digər tərəfdən, AYB-nin üzvü olan və olmayan, bu mənzil
qalmaqalında gündəmə gəlmək istəyən yazarların əksəriyyəti həm də jurnalist fəaliyyəti
ilə məşğuldurlar. Az qalıb, 5- 6 aya Jurnalistlərin binası hazır olacaq, səsinizi
indidən çıxarın ki, bəlkə nəsə əldə edəsiniz. Heç inanmıram, Jurnalistlər
üçün tikilən binanın ətrafında bu qədər hay-küy yarana.
Nə isə, bu
qalmaqalların ürək bulandırması, dedi–qoduların, cəfəng iradların bu qədər şişməsi
heç də ürək açan məsələ deyil. Düşünürəm ki, AYB-nin son mənzil paylaması gələcəkdə
bu istiqamətdə atılacaq addımların başlanğıcıdır… Əgər imkan versək…
Dedi-qodu səngiməyib.
Yerli-yersiz hücumlar baş alıb getməkdədir. Görəsən adları mənzil alanların
siyahısında olmayan yazarlardan neçəsi bu xoş xəbərə sevinib?
Mən sevindim, bəs
siz?…
Комментариев нет:
Отправить комментарий