Yasin Türksoy
Nurçuluğun prinsipləri sünniliyə yaxın olduğundan Azərbaycanda yayımında təriqət faktoru əsas götürülərək çoxluqla sünni bölgələrinin seçilməsi da əvvəlcədən hesablanmış plandır. Hadisələrin bu qədər uyğun,üst-üst düşməsi xeyli ip ucları ələ verir. Nurçuluğun Azərbaycan yayımcılığı haqda bir qədər sonra...
Balalarımızın beyninə
təhsildə yeridilən psixoloji əsarət – Sakit işğal
Nurçuların
iziylə...
Zamanımızda, Vətənimizin
sürətlə özgələşdirildiyi bir vaxtda nəzarətsiz Azərbaycanda eninə-boyuna
yayılan təriqətlərdən biri də Nurçuluqdur (“Nur tələbəsi”).
Türkiyədə başlayıb, ABŞ-da qərarlaşan, Avropaya sızan
şəbəkə Qafqazı aşıb Mərkəzi Asiya ölkələrinə də geniş yayılmaqdadır.
Nurçuluğun prinsipləri sünniliyə yaxın olduğundan Azərbaycanda yayımında təriqət faktoru əsas götürülərək çoxluqla sünni bölgələrinin seçilməsi da əvvəlcədən hesablanmış plandır. Hadisələrin bu qədər uyğun,üst-üst düşməsi xeyli ip ucları ələ verir. Nurçuluğun Azərbaycan yayımcılığı haqda bir qədər sonra...
Qısa bir
arayış: Siyasi hədəflər... Məqsədlər
Təriqət mənsubları – Nur
Camaatı, əshabələr isə – Nur tələbələri
adlanır. Türkiyədə Səid Nursinin əsəsını qoyduğu və Fəthullah
Gülən tərəfindən geniş yayılmağa başladılan Nurçuluq təriqətinin yönətimciləri
hədəflərinə çatana kimi “ılımlı və xoşgöru İslam” (mülayim və liberal İslam)
görüntüsünü davam etdirməkdərirlər.
ABŞ-n
dəstəklədiyi Türkiyənin
Xomeynisi Fətullah Gülən sisteminin
məqsədi Turkiyə dövlət idarəçiliyini devirib,
Osmanlı Xəlifətliyi coğrafiyası tipində dini (teokratik) dövlətə – Türk
İslam Dövlətinə çevirmək, anayasanı (konstitusiya) dəyişmək əsasında şəriət
dövləti qurmaq durur. İran İslam İnqilabı kimi Türkiyəyə biçilmiş işlər gedir.
İran İslam İnqilabında xalq Xomeyninin istiqamətləndirməsində İslam İnqilabına
inanmışdı. Sonra nə oldu, olan Xalqa oldu. Xalq haqq və hüquqlarından məhrum
oldu. Nə qədər dövri mücadilələr edilsə də hədər oldu, nəticəsi olmadı.
Turkiyəni “beşinci kolon” deyilən içdən parçalamaq yönündə Qərb – ABŞ birliyi
Nurçuların rəhbərlərinə iqtisadi-maliyyə yardımını əsirgəmir. Perspektivdə
“Kürdüstan” məsələsi qərarlaşıb. Qərb siyasi dairələri yaxşı bilir ki, Türk
ruhunu öldürmək üçün dini əsarət Türkiyəni Qərbdən asılı salmağın, məqsədləri
reallaşdırmağın ən yaxşı yoludur. Və beləliklə yol başladılar... Türkiyədə bu
işin gerçəkləşməsinə rəvac verən, özünü Yaxın Şərqdə “Ərəb atası” kimi
sərgiləyən Türkiyənin Qorbaçovu (ifadə Soylu Atalı’nındır) Ərdoğandır. Ərbakandan
Ərdoğana Türkiyədə ciddi Ruhani Dirçəliş, Türk Ruhunun oyanması
getməyib, tam tormozlanıb.
Nurçuluq Türkiyədə ordudan sonrakı ən güclü
təşkilatlanmış şəbəkədir. Hakimiyyət
sıralarına yol tapmaq, hakimiyyətdə təmsil olunan məmurlarla əlaqələr qurmaq,
yeni tərəfdaşlar tapmaq, dövlət obyektlərində qərarlaşma Camaata
tapşırıqlardandır. F. Gülən hərbi, hüquqi, təhsil və mülki təşkilatların ələ
keçirilməsini vacib bilir. Ərdoğanın məqsədi də Türkiyənin əsrlərlə formalaşan
Ordusuna əl qoymaqdır. Yüksək rütbəli hərbiçilərin həbsi, “Ərgənəkon”
iddianaməsi, “Demokratik açılım” ( “Kürd açılımı”) sistemli işin davamıdır. Türkiyə ictimaiyyəti
iqtisadi sıçrayış inkişafı ilə tovlanıb. Türkiyə ictimaiyyətinin yuxuya
verilməsi, gözlərinin bağlanmasını da iqtisadi rifah çaşdırıb. Nurçuların
kommersiya şirkətlərinin bu qədər uğurlu olması kommunist düşüncəsinə dayanır;
özündən al, özünə ver.
Sosial Fəaliyyətləri – Təşkilatlanma
Dühalara da əl atmaq, hami
çıxmaq maraqları yenə də məqsədlərini kamuflyaj edir. Məsələn;
Mövlana Cəlaləddin Ruminin xatisinə həsr olunmuş beynəlxalq simpozium, Atatürk
haqqında yazılar, lobbiçilikdə iştirak, ümumtürk ağrı və acılarını dilə
gətirmək, TV-Media sahəsində baza yaratmaq, əməkdaşlıq etmək, tərəfdaşlıq
qurmaq, dünyanın bir çox ölkələrində türk məktəblərinin qurulması, təhsil üzrə
respublika və beynəlxalq olimpiadalarda iştirak, Türk Dili Olimpiadaları
(Beynəlxalq Türkcə Olimpiadalar) təşkili, ictimai-siyasi hadisələrdə,
hərakatlarda yaxından iştirak, konsert proqramları təşkil etmək və s...
Fəthullah Gülənin istiqamətləndirməsi ilə indiyədək
90-dan çox ölkədə təxminən 500 lisey, özəl məktəblər (ibtidai təhsil
məktəbləri), 400-dən çox təhsil və dil
kursları, universitetlər, tələbə yataqxanaları (nurçu yurdları), vəqflər
(idarə), biznes şirkətləri açılmışdır. Bu təşkilatlar vasitəçiliyi ilə
100.000-dən çox şagirdə təhsil verildiyi təxmin edilməkdədir.
Türkiyədən Azərbaycana təhsil almağa gələn
tələbələrin bir hissəsini Nur Camaatı təşkil edir və Şəbəkə tərəfindən
maliyyələşdirilir.
“Zaman” Türkiyənin ən çox satılan qəzetlərindəndir. Gündəlik
tirajı 1 milyona (!!!) yaxındır. Həm də Türkiyənin ilk İnternet qəzetidir.
Ayrıca olaraq ABŞ, Avropa, Azərbaycan, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan və
Rumıniyada yerli buraxılışda nəşr olunur. Nur Camaatı şəbəkəsi 10-dan artıq
müxtəlif jurnal nəşr edir və İnternet
resursları kifayət qədərdir. Məşhur
“Aksiyon” junalı da nəşrlərinə aiddir.
Sistemin iş
prinsipi gizliliyə meyilli fəaliyyət (ən
önəmli tapşırıq), tərəfdarlarının son dərəcə quruma bağlılığı, təsirli və
qərarlı mərkəzi idarəetmə sistemi ilə çalışan şəbəkənin olmasıdır.
Daxildə və Xaricdə
Dövlətin və Millətin içinə təhsildən yerimək hərəkəti ön xətdə durur.
Türk təşəbbüskarlar tərəfindən Türkiyə xaricində
məktəb açılmasında Fəthullah Gülənin təşviqləri təsirli olmuşdur.
İndi fətullahçıların görəvi camaatı – Xalqı kapsamaq
və kontrolda saxlamaqdır. Maliyyə bazaları imkan verir.
“Azərbaycan planı” –
Strateji məqsədlər
“Asiya Dialoqu” İctimai
Birliyi və “Qafqaz Media Mərkəzi”nin
fəaliyyəti haqqında
Əsasən iç bölgədaxili və
region ətrafı ölkələrin tələbələrinin, jurnalistika və TV jurnalistika
sahəsində çalışan şəxslərin seminar müzakirələrini təşkil etmək, təcrübə
mübadiləsi, staj proqramları – ixtisas təkmilləşdirmə kursları, sertifikatla
təmin olunma, layihə çərçivəsində Türkiyənin nüfuzlu TV-Media qurumlarına işlə
təmin olunma, ali məktəblərdə təhsil almaq, ezamiyyət səfərləni gerçəkləşdirmə
imkanının yaradılması kimi ən müxtəlif maarifləndirici funksiya yerinə
yetirirmiş kimi görüntülənib . Üzdə hər şey yaxşı görsənir, əsasda isə köklü
dəyişikliklər gedir. Və bu “maarifləndirmə” işində iştiraka ünlü şəxsləri dəvət
etməklə, öz tərəflərinə çəkməklə özlərinə pərəstişkar, tərəfdaş toplayırlar. Bu
isə işin təbliğat maşınıdır.
Tanış isimlərdən
– “ANS”-dən tanınan, 2005 –ci
ildə təsis edilən “Asiya Dialoqu” İctimai Birliyinin həmtəsisçisi və başqanı
(eyni zamanda Qafqaz Media Mərkəzinin də başqanı) Sevil Nuriyeva, bu birliyin
2007-ci ildən yaradılan layihəsi – Qafqaz Media Mərkəzinin koordinatoru və
“Asiya Dialoqu” İctimai Birliyinin icraçı direktoru, jurnalist Könül Şamilqızı və s. Birliyin adı
– “Asiya Dialoqu” özlüyündə işartılar yaradır. Açımı – təriqətin Asiyaya
yayıcılığına işarədir.
Nurçuluq Azərbaycan
təbliğatına hiss edilməyəcək tərzdə təhsil sistemindən başladılıb, çox ağıllı
bir düşüncədir toxum əkmək. Azərbaycanda Nurçuluğun özəyini “Çağ” Öyrətim İşlətmələri” Məhdud
Məsuliyyətli Müəssisə nəzdində fəaliyyət göstərən şirkətlər qrupu təşkil edir.
Türkiyədən gəlmiş iş adamlarının “müştərək təhsil müəssisələri açmaq”
təklifləri xeyli şübhələr yaradır.
Türkiyənin dünyada açılan ilk Türk Liseyi – “Naxçıvan
Özəl Türk Liseyi”! Azərbaycana
yönəlik gözlərin 1991-ci il 18 oktyabrında burada Sovet idarə üsulunun
ləğvindən, Müstəqilliyin yenidən bərpa aktı – “AR Dövlət Müstəqilliyi haqqında
Konstitusiya aktı”ndan 14 gün sonra, 1 noyabrda
ilk dəfə Naxçıvanda fəaliyyətə başladılar. Azərbaycana gətirilən bir çox
pozuculuğun adı Heydər Əliyevlə bağlı olduğu kimi, bunun da razılıq gəlişi
Əliyevlə bağlıdır.
Fəaliyyətlərini cilalamaq üçün hakim rejimin
maraqlarına uyğun davranışı yaddan çıxatmayıb üsulluca müdafiə edirlər. Bu
sırınmalara bir neçə misal; “Şirkətin fəaliyyətə başlaması görkəmli siyasi və
ictimai xadim, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır... Muxtar
Respublika Parlamentinə sədrlik edərkən Türkiyə maarifçilərinin müştərək təhsil
müəssisələri açmaq barədə təkliflərini qəbul etmiş...” , “Prezident İlham Əliyevin diqqət və qayğısını
daima hiss edən Universitet kollektivi...” ,
“Azərbaycanda elm və təhsilə daima himayədarlıq etmiş Heydər Əliyevin şəxsi göstərişi ilə...”
, “Universitet Elmi Şurasının qərarı ilə
ümummilli lider Heydər Əliyevin adına təsis olunmuş xüsusi təqaüd və digər təqaüdlər...” və b.
İlk yerləşməyə
Naxçıxan (“Naxçıvan Özəl Türk Kolleci” adıyla. 1 dekabr, 1991), Bakı və Sumqayıt şəhərlərində
başlamışlar.
Azərbaycan-Türkiyə
Özəl Ümumtəhsil Müəssisələri (“Çağ” Öyrətim Şirkətinin layihələrindən):
“Araz” Hazırlıq” Kursları – Zaqatala,
Qax, Şəki, Gəncə, Mingəçevir, Şamaxı, Şirvan, Lənkəran, Sumqayıt, Bakı (Bakıda
əsas korpus, Nəsimi rayonunda), Xətai, Sabunçu (Bakıxanov qəsəbəsində).
Bakının Nizami rayonunda da fəaliyyət göstərirlər,
Bərdə rayonunda isə kursun aşılış işləri gedir.
Azərbaycan - Türkiyə Özəl Türk Liseyləri – Şəki, Mingəçevir, Gəncə, Ağdaş, Quba,
Şirvan, Lənkəran, Sumqayıt, Bakı.
“Zaman” Öyrətim Şirkəti nəzdində Naxçıvan Türk Liseyləri
– Naxçıvan Türk Liseyi, Ordubad Qız Liseyi, Ak. Əhməd Mahmudov adına Şərur Türk Liseyi. Naxçıvandakı təhsil
müəssisələrinin adı qeyri-dövri və virtual nəşr prospektlərində əksər hallarda
göstərilmir.
Bakı Özəl Türk Liseyinin regional filialları –
Mingəçevir filialı, Ağdaş filialı, Quba
filialı, Şirvan filialı, Lənkəran filialı, Bakı Özəl Türk Liseyi “Dədə Qorqud”
filial (Bakı şəhərində).
Öz məlumatlarına görə hər il liseylərinə orta
hyesabla 8-10 min şagird müraciət edir.
“Qafqaz”
Azərbaycan-Türkiyə Özəl Gimnaziyası –
I-XI sinif şagirdlərini əhatə edir. Azərbaycan Respublikasının təhsil
standartları əsasında aparılır.
“Qafqaz” İlköğretim Okulu (ibtidai təhsil məktəbi)
– I-VIII sinif şagirdlərini əhatə edir.
Məktəbə Türkiyə Cümhuriyyəti vətəndaşlarının uşaqları qəbul edilir və
təlim-tərbiyə işi Türkiyə Cümhuriyyətinin təhsil standartları əsasında
aparılır.
Şagirdlərə yay tətilində müxtəlif müddətli istirahət
düşərgəsi, İngiltərədə və ABŞ-da dil kursları təşkil edilməsi bu qədər
maliyyələrinin olmasına şaşqınlıq yaradır!
Diqqət yetirsəz görəcəksiz, bölgələr üzrə paylanmada
Sünnilik faktoru əsas götürülüb.
“Araz”
Hazırlıq” Kurslarında vəziyyətlə bağlı
“Nur evləri”
Oğlanlar üçün qruplara
“abi”lər, qızlar üçün qruplara “abla”lar başçılq və nəzarət edir. Abilər
“Çağ”-ın yeni vaxtlarında Türkiyədən gətirilirdi, şirkət püxtələşmə mərhələsin
adlaynadan sonra, artıq “yerli kadrlardan” seçilməyə başladı. Az qala hərbi
rejim xarakterli kurs və yataqxanalarında şəriət qaydaları əsasında yaşam
tədbiq edilir. Məs.: çörəyi sağ əl ilə kəsmək, “sinikers” şokoladı yeməmək ...
Abituriyentlər
“Zaman-AZƏR” MMC firmasının nəşr məhsulları və dini ədəbiyyatla pulsuz
təmin edilir. Psixoloji təsir o qədər yeriyir ki, “Kərbəla-Aşura” məzmunlu
filimlərin nümayişi zamanı zalda oturub ağlayanlar da olur, kursun təhsil
müddətini tam bitirib evlərinə dönməyən məzunlar da olur.
Abituriyentləri şirnikləndirmək, abilərin
tapşırıqlarını, buyruqlarını yerinə yetirmələrinə mənəvi borc yaratmaq üçün
abilər abituriyentlərin bufet xərclərini öz istəklərindən gələn hal kimi
ödəyirlər. Naşı abilər abituriyentlərə təpinsələr, vursalar belə “tələbələrin”
onların üzünə ağ olmağa, çəmkirməyə mənəvi haqları çatmır. Abilər özləri də
rəhbərliyə hesabat verirlər. (Çox mütəşəkkil iş qurulub).
“Araz” Hazırlıq” Kurslarında təhsil alan
abituriyentlərdən kursda “yaxşı oxuyanlar”, dini təsirə düşənlər (“Nur
Tələbələri”) – namaz qılmağı öyrənən, şəriət buyruqlarına əmal edənlər müəyyən
vaxtdan sonra xüsusi evlərə – “Nur evləri”nə yerləşdirilir. Burada mədrəsə
tipli molla təhsili verilir.
“Nur evləri”nin birinci məqsədi sosial baza – insan qaynağı qazanmaq və yeni təsirə
düşənlərin beyninə Camaatın təlimlərini yeritməkdir.
Nikah məsələsi də önəmli sayılır. Öz şəbəkələri
daxilində ailə həyatı qurmaları üstünlük yaradır. Bu, nəzarətçi müəllimlər –
“Abi” və “abla”lara da aiddir.
• Kursun adının hallanmaması üçün polisə girşmirlər.
Hətta kursu bitirib təhsil haqqını ödəməyən məzunları belə polisə şikayət
etmirlər.
Kursun məzunlarından 400-dən, 500-dən, 600-dən çox
bal toplayanlar Qafqaz Universitetin ixtisaslarını seçməyə təhrik edilir.
100-dən, 200-dən aşağı və bundan yuxarı bal toplayanlara isə Bakı İslam
Universitetinin Zaqatala filialı, AMİ-nin Şəki filalını və BDU-nun
“Dinşünaslıq” fakultəsini seçim tapşırılır.
Bakıda “Damla”, Sumqayıtda Nizami Gəncəvi adına
tələbə yataqxanaları (nurçu yurdları) fəaliyyət göstərir.
Azərbaycanda “Zaman-AZƏR”
MMC firması, “Nurlar” mətbəəsi, “Zaman –
Azərbaycan” qəzeti, “Ailəm” jurnalı mətbu orqanları, “Quba “Nur” Studiyası”,
quzey zonasını əhatə edən “Nurlu Sabah” Uşaq-Gənclər təşkilatı (Quba r.), “Araz” Hazırlıq” Kursları, “Araz” Yayınları”
MMC, “Araz” dərgiləri, dərsliklər, test
bankları, Qafqaz Universiteti, tələbə yataqxanaları, Türkiyə İşbirliyi və
Kalkınma İdarəsinin Azərbaycan üzrə Koordinatorluğu, Azərbaycanda yayımı
dayandırılan “STV” (Azərbaycandakı mərkəzində həmən baza əsasınad “Xəzər”
TV təsis edildi) və d. şəbəkənin
əhatəsinə aiddir. Qafqaz Universitetinin əməkdaşlıq siyahısını əsasən
Türkiyə iş adamlarının təsis etdiyi şirkətlər təşkil edir.
İşin yayıcılığını stimullaşdırmaq üçün adların
seçilməsində hərəkətdə olmağı bildirən əlamətlərə, nəsnələrə önəm verilir.
Mətbu orqanlarında məhsulun tirajının göstərilməməsi
müəssisədaxili sirr kimi saxlanılır.Təhsil müəssisələrinin yerləşdiyi bölgələrdə mətbu orqanlarının
təmsilçilikləri təşkil olunub. Təhsil
müəssisələrini mətbu orqanlarla pulsus təmin edirlər.
6-11-ci sinif şagirdlərini qəbul edən liseylərdə
oxuyanlara və hazırlıq kurslarında 2-3 il hazırlaşanlara daha ciddi yanaşılır.
Sevindirici hal budur ki, hərbi və güc
strukturlarından – Hərbi həkimlik, Polis Akademiyası, MTN və b. liseyin attestatın qəbul etmir.
Bircə bu fakt fətullahçıların nə qədər təhlükə olduğuna kifayət dərəcədə
sübutdur.
Yenicə formalaşan xam beyinlərə təsirdən, beyinlərə
hakim olub oturuşandan sonra isə dövlətin total işğalına lap az qalır.
Bu sadalan faktlar
işin bəlli olan, bilinən tərəfləridir. Dövlət baba “Çağ” Öyrətim
İşlətmələrinin müqaviləsinə yenidən əl gəzdirməli və ya “Çağ”-ın hüquqlarını məhdudlaşdırmalıdır.
Sözün sonunda
Fətullahçılığa bağlı
kadrların yetişdirilməsi gələcəkdə mühüm dövlət postlarının ələ keçirilməsini
nəzərdə saxlayıb. Yadlığa qarşı dirəniş Millətin özümlü kişiləri
tərəfindən sipər çəkilməlidir. Bu günün xırda bir güzəşti sabahın bölünmə,
parçalanma, vətəndaş itaətsizliyinə gətirib çıxaracaq. Sistem qarşısına
milli-mənəvi özüllü sistem qoyulmasa qarşısıalınma hədər olacaq. İnamsız, əsassız, sistemsiz şəriətlər,
təriqətlər, məzhəblər, sektalar burulğanı çıxılmazlığından bir yol var, –
İnsanlığın, Azərbaycanın, Türk Dünyasının, ümum Bəşərin nicatı Mütləqə İnam Ruhaniyyatında
bütünləşmək.
bilgi@turkel-aq.org y.turksoy@mail.ru
Комментариев нет:
Отправить комментарий