07.05.2012

“Dünyaya sataşan adam”

Anar Musayev “TEZ BAZAR”da

- Özünüzü 3 sözlə təqdim edin.
- Dünyaya sataşan adam.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Bax da...

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Öyrənmək istəyən.

- Dost…
- Pis deyillər.

- İlk sevginiz?
- Hə, olub.

- Əsas ixtisasınız?
- Proletari.

- İstifadə etdiyiniz nəqliyyat növü?
- Avtobus, metro.

- Sevdiyiniz maşın markası?
- Əlbəttə ki BMV.

- Sevdiyiniz brend?
- Alman malı olan hamısı.

- Sevdiyiniz saç düzümü?
- İfrata varmayan.

- Sevdiyiniz rəng?
- Yaşıl.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Almaniya.

- Sevdiyiniz yemək?
- Halal olan hər yemək.

- Ən çox istifadə etdiyiniz söz?
- Məncə.

- Leksikologiyanıza yad olan söz?
- Demokratiya.

- Sizi nə həyacanlandıra bilər?
- Bəd xəbər.

- Ən çox sevdiyiniz kitab?
- Qurani-kərim.

- Ən çox sevdiyiniz yazar?
- Tolstoy.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Milen Farmer.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Meyxanadan başqa hamısı.


- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Bəzi sahələrdə hə.

- Mənfi xüsusiyyətiniz?
- Var. Olmamış deyil.

- İdeal insan necə olmalıdır?
- Peyğəmbər kimi.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Əlbəttə yox.

- Sizi özünüzdən nə çıxarda bilər?
- ATV kanalı.

- Həyat fəlsəfənizi ifadə edin.
- İnsanca yasamaq uğrunda mübarizə.

- Siz xoşbəxtsinizmi?
- Xoşbəxt anlarım olub.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Cahillik.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Sən deyəndi- əvvəldən diqqətli olmaq lazım idi.

- Ölüm niyə ölmür?
- İlahi təqdir belədir.

- Dinlərə münasibətiniz?
- İslamdan basqa heç birinə ehtiyac görmürəm.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Cəhalətdən və cahillərdən.

- Falçıya inanırsızmı?
- Yox.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- İnsan olmaq yaxşıdır. Torpaq olmaq yaxşıdır.

- Sevinciniz nə qədərdir?
- Arada olur. Bəs edir.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Səmimiyyətinə.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Hə, onlarsız mümkün deyil.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- İçmək, özü də əsil çay.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- İfrata varmadan hər ikisini.

- Mənə sualınız.
- Bu işlərdən ağlın nə kəsir?

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий