Kənan Hacı
O, ötən ayın axırı
facebook səhifəsini bağlayacağına qərar vermişdi, amma buna 4 gün qalmış gözlənilmədən
məni blok etdi... Həyatımda bu cür güclü sarsıntı keçirməmişdim; heç cür özümə
gələ bilmirdim.
İnternetklubda
kompyuterin arxasında oturmuşdum, gözlərimdən biixtiyar yaş axırdı. Ordan necə
çıxdığımı xatırlamıram, hara getdiyimi də. Vəhşicəsinə darıxırdım, ürəyim az
qala sinəmi yarıb çıxacaqdı. Onsuz həyat mənim üçün işgəncəyə çevriləcəkdi, bunu
özü də bilirdi, amma amansızcasına üstümdən xətt çəkdi...
Günortadan
başlayaraq gecəyə qədər içdim, əvvəl bir şüşə çaxırın dalından dəydim, ofisiant
qız əsən əllərimə baxıb yəqin ki, məni əyyaş hesab etdi.
Ordan çıxıb bulvara
gəldim. S. Vurğun bağından bulvara qədər yeddi siqaret çəkdim.
Sağımdan-solumdan adamlar keçirdi, heç birini görmürdüm.
Amma hiss edirdim ki,mənə təəccüblə baxırlar. Çünki mənim yerişimdə nəsə qaydasında deyildi; dəli, sərsəri adamlar kimi addımlayırdım.
Amma hiss edirdim ki,mənə təəccüblə baxırlar. Çünki mənim yerişimdə nəsə qaydasında deyildi; dəli, sərsəri adamlar kimi addımlayırdım.
Qağayılar başım üstə
qayğısızcasına dövrə vururdu, mənsə mazutlu suya, uzaqda görünən Nargin adasına
baxırdım və düşünürdüm ki, mənim mübtəla olduğum dərdin əlacı ancaq ölümdür. Və
o anda sidq-ürəkdən Allahdan özümə bir ucuz ölüm arzulayırdım.
Özümü dənizə təslim
etmək üçün iradəm çatmırdı. Amma mən intiharın ən ağrısız, ən ucuz növünü tapmışdım; ömrü mümkün qədər
azaltmağın ən asan yolu içkiyə qurşanmaqdır. Həkim mənə demişdi ki, sənin ciyərlərində
problem var, içsən öləcəksən. Fikirləşirdim ki, mütləq özümü cəzalandırmalıyam.
Həmin anlarda özümə edəcəyim yeganə yaxşılıq bu ola bilərdi.
İndi bu yazını
yazdığım anlarda da möhkəm kefliyəm. Fikirləşirəm ki, yalnız ölüm məni bu əzablardan
xilas edə bilər. Heç vaxt indiki qədər ölümü sidq-ürəkdən arzulamamışam. Artıq
bir həftədir ki, o, yoxdur. Mənim üçün də həyat yoxdur. Mənim onu nə qədər
sevdiyimi bilsəydi!.. Lap tutaq ki, bilir, neyləməlidi? Mənə görə ərindən
boşanası deyil ki... O, artıq öz sözünü deyib:
“Mən heç vaxt sənin
olmayacağam!”
Bu cümlə
qulaqlarımda ölüm hökmü kimi səsləndi. O, facebook səhifəsini bağlayanda əminliklə
deyirdi ki, “tezliklə unudacaqsan, çünki kişisən!”
Amma mən bilirdim
ki, onu heç vaxt unuda bilməyəcəyəm. Onu şiddətli dərəcədə arzulayıram. O evli
qadını! Amma mən onu ancaq sevə bilərəm. Allahdan bircə arzum var ki, o, ərini
sevsin! Çünki mən onun heç vaxt acı çəkməsini istəmərəm! Heç vaxt!
Amma mən tezliklə
bu dünyadan cəhənnəm olub getməliyəm ki, o qız rahat yaşasın.
Hər gün, hər saat,
hər dəqiqə, hər saniyə onu düşünürəm.
Ona demək istədiklərimi deyə bilmirəm, bu, mənə əzab verir.
Bizim ilk görüşümüz
mənim ad günümə təsadüf etdi. Təsadüfə bax, sən Allah! Heç elə bil facebookda
bir-birimizdən küsən, barışan, mübahisə edən, incə zarafatlar edən, hər gizli
sirrimizi bir-birimizə deyən biz deyilmişik. İçimdə təlatüm vardı, amma çox
sakit şəkildə tamam başqa şeylərdən danışırdıq. Yəqin ki, o da mənim həmin dəqiqələrdə
hansı hisslər keçirdiyimi anlayırdı. Amma otaqda başqa bir adam vardı və o
adamı duyuq salmaq olmazdı. Bəlkə də elə buna görə məndən çox onunla danışırdı.
Əslində o, çox rahat görünürdü, çünki o, mənim yox, mən onun qurbanı idim; onun
əlində əsir olan mən idim...Ayrılanda içimdəki qəhəri boğub süni fərəhlə
sağollaşdım. Qüssə içimə çökdükcə qatılaşırdı.
Maşına əyləşib
xeyli müddət key-key qarşımdakı yola baxdım, içim qaynayırdı. Başımı sükana
söykəyib acı-acı ağladım...
Onunla ünsiyyət
üçün min bir bəhanə axtarırdım, gah zəng edib kiminsə telefon nömrəsini, gah da
hansısa sözün mənasını soruşurdum. Səsini eşitcək qısa bir müddət hər şey
qaydasına düşürdü.
Elə bu yazını
yazarkən fikirləşirəm ki, sabah mütləq bir bəhanə tapıb ona zəng etməliyəm...
O, proflini
bağlayandan duyğuların imtahanı başlanıb...
O, deyir, zamanla
unudacaqsan...
Əgər zaman onu mənə
unutduracaqsa, mən o zamanın gəlməsini istəmirəm!
Комментариев нет:
Отправить комментарий