Sayman
Aruz: ““Tək qütblü” dünya yaratmaq Amerikanın, Rusiyanın arzusudur”
Müsahibim
Güney Azərbaycanlı şair Sayman Aruzdur. Sayman Aruz Bakıda yaşayır. Güney Azərbaycan
Ədəbiyyat Fondunun və dayaq.org saytının rəhbəridir. Söhbətmizin mövzusu ədəbi
siyasi tariximizdir.
-Sayman
bəy, elimizə-obamıza bahar gəldi. Xəbəriniz var yəqin?
-Bahar fəslindən
söhbət gedirsə xəbərim var. Amma məncə hələ mənim istəyim bahar, yəni bütöv və
milli bir bahardan əsər-əlamət yoxdu!
-Bahar
millətçidir dedilər!
Yeridim yürüdüm, yoruldum
Yeridim yürüdüm, yoruldum
bahar
gəlmədi...
Sizin “Bahar gəlmədi” şeiriniz çox məşhurdur.
-Haqlısız.
Həqiqətən də bu şeir dillər əzbəri olub. Hətta bundan təsirlənib şeir yazanlar
da oldu. Mən bu şeiri Güney Azərbaycanın milli haqları uğrunda şəhid olan Şəhid
Qulamrza Əmaniyə ithaf eləmişdim. Əmani kiminlər Güneyimizdə minlərcədir.
Mənim dostlarımın çox əksəriyyəti hazırda fars faşizminin zindanındadılar. Nə qədər ki, Güney və işğal altında olan torpaqlarımızın azadlığını əldə edə bilməmişik, bu ölkəyə həqiqi bahar gəlməyəcəkdir.
Mənim dostlarımın çox əksəriyyəti hazırda fars faşizminin zindanındadılar. Nə qədər ki, Güney və işğal altında olan torpaqlarımızın azadlığını əldə edə bilməmişik, bu ölkəyə həqiqi bahar gəlməyəcəkdir.
-Bəy, Sizcə, qloballaşma dövründə millətçilikdən
danışmaq çox xırda iş deyilmi?
-Mən elə
düşünmürəm. Millətləşmə və millətçilik qloballaşmanın əsas və ilk addımıdır.
Sivilizasiyaların danışığından söhbət gedrisə, onda sən öz milli və dini
kimliyindən söhbət açmalısan. Bu halda əgər öz milli haqq və kimliyindən
xəbərin yoxdursa sivilizasiyaların danışığında iştirak edə bilmiyəcəksən, hətta
iştirak etsəndə belə məcbur şəkildə hansısa bir güclü mədəniyyətin müqabilində
əriyib uduzacaqsan. Milli kimlikdən söhbət gerdisə, o zaman bütöv bir ölkənin
bütöv xalqının valıqlarından söhbət olunur. Ona görə də Bütöv Azərbaycan
yaranmayana qədər qloballaşmadan söhbət etmək yalnışdır. Qloballaşma, ümümdünya
səviyyəsində yeni bir imperiyanın yaranması deməkdir. Yəni zəif olan bütün
xalqlar və millətlər məhvə məhumdurlar. “Tək qütblü” dünya yaratmaq Amerika, Russiyanın
və ya hər hansı bir güclü ölkənin arzusudur. Unutmayaq ki, hər bir imperiyanın
bətnində faşızm və asimlasiya siyasəti də var.
-Başını
lüzumsuz, hədyanla dolu, xarici kəşfiyyat orqanlarının sifarişi ilə yazılmış
tarix kitabları ilə qatanlar ömürlərinin qəfil, xəbərsiz gəlib-getdiyini
anlayınca gec olur. Reallığı yaşamaq gərək deyil sizcə?
-Reallıq nədir? Mən
sizə reallığın nə olduğunu deyim. Həqiqət budur ki, bizim şanlı-şövkətli tarix
və əzəmətli gələcəyimiz var. Amma bu həqiqəti xarici düşmən quvvələr inkar
eləməyə çalışırlar. Ona görə ki, tarix kök deməkdir. Köksüz bir millətin
gələcəyi olmaz. Düşmənlərimiz bizə tarixi mənasız və faydasız bir şey kimi
göstərməyə çalışırlar. Ona görə ki, özlərinin tarix kitablarında, bəşəriyyətin
yaranma və inkişafında heç bir rolları olmayıb. Onlar bilirlər ki, tarixi bizim
gözümüzdən salmaqla bizə qalib gələ bilərlər. Axtarın zəif və cahil
“ziyalıları” tapıb, müəyyən qədər maddi vəsaitlə istədiklərinə nail olmaq
istəyirlər. Çox təəssüflər olsun ki, həmin cahillərdən də indiki durumda
kifayət qədərdir. Həm ədəbi və həm siyası mühiti ələ keçirib Azərbaycan
mədəniyyətini pozmaqla məşğuldular.
-Məsələn
bizim məmləkətdə “türkçüyəm” deyib pul qazananlarla, xalqın cibini soyan
məmurlar arasında az fərq var. Çünki hər iksinin amalı soymaq, aldatmaq və
qazanmaqdır. Bütün hallarda itirən bu iyrənclikdən xəbərsiz olan xalqdır.
-Müəyyən qədər
haqlısız. Mən özüm də bəzən həmin hissləri keçirirəm, amma həqiqi
millətçilərimizin sayı da az deyil, deyə, çox da narahat olmuram. Mənim özümə
müsbət sözlər verib qaçanlar çox olublar. Həmin adamlar elə indi də hər gün
televiziyada Güneyimizin adını çığırıb özlərinə siz demişkən pul qazanırlar.
Bir də bir şeyə mən diqqət yetirmişəm, o da budur ki, Quzey Aəzrbaycanda
müxtəlif xalqlar yaşayır. Həmin çoxmillətli olmaq əsil millətçinin nə və kim
olduğunu sual altına aparır. Biz Güneydə millətçi deyəndə, qarşı tərəfin
fikrində həm ideologiyamızı, həm də istəyimizi canlandıra bilirik. Amma burada
elə deyil. Hansısa bir etnikin yanında türkçülükdən danışanda ağzını büzür. Axı
onun nəyinə lazımdı bu? Azərbaycan dilində danışır amma azərbaycanlı ruhunu
daşımır. O da haqlıdır, sən də. Bax məhz bu səbəbdən Quzey Azərbaycanın
millətçiliyi ilə Güney Azərbaycanın millətçiyi fərqlənir.
-Bilirsiz
niyə müqayisə etdim? Bu ölkədə türkçülükdən danışanların heç biri konkret
problemlərlə məşğul olmur. Məsələn, təhsil problemi ilə. Türkçülük mücərrəd
anlayışdır. Təhsil problemi isə konkretdir.
-Razıyam. Hər bir
ölkənin ən əhəmiyyətli nazirliyi onun Təhsil Nazirliyidir. Təhsi və məktəblərdə
irəli surulmuş və öyrədilmiş ideologiya millətin ideologiyasına çevrilir.
Quzeyin təhsil sahəsində mən bu
türkçülüyü yox dərəcəsində görüürəm. Çox zəif və dayazdır. Sanki unudurlar ki,
bu balaca Quzey Azərbaycan, gərək əsarətdə olan Güneyimizin də yükünü boynuna
çəkə. Amma heç öz problemlərini aradan qaldıra bilmir. Saxta diplomlar ölkəni
bürüyüb. Güneyin nə yaxın, nə müasir dövrünün siyasi-ictimai-ədəbi durumundan
məlumat verilmir. Bunu səbəbini mən təhsilin ideologiyasızlığında görürəm.
Bizim, yəni Quzey Azərbaycanın Güneylə bağlı konkret siyasətinin olmadığını
düşünürəm. Quzeyin dövlətçiliyi bizim dövlətçiliyimizdir. Bizim bu dövlət və bu
ölkədə haqqımız var. Onun uğrunda döyüşməyə də haqqımız var. Hətta deyə bilərəm
ki, bu, Quzeydə yaşayan bir çox “vətəndaşlardan” daha çox bizim haqqımızdır.
-Təqvimlər
dəyişir, adamlar amma...
Yenə də
xəyanət ölüm doğacaq...
Mən bu
dumanlardan, çənlərdən bildim,
bu il də
marağsız bir il olacaq!
Sayman
bəy, Sizdə öncəgörənlik də var? Yoxsa, illərlə gördüyünüz xəyanətlər Sizdə
üzümüzə gələn ilin uğurlu olacağına şübhə yaradıb?
-Hə, maraqsız bir il olacaq. Amma bunu görmək üçün öncəgörənlik yox, təcrübə
lazımdı. Çox təəssüflə deməliyəm ki, tarix təkrarlanmağa doğru edir.
Millətimizdə kifayət qədər dirçəliş və azadlığa həvəsi görmürəm. Eyni zamanda
dünyada gedən prosseslər də ürəyimi açmır. Xəyanət və zindan, satmaq və
satılmaq davam edir və edəcək. Maraqlısı budur ki, bizi satan həm
düşmənlərimizdir, həm də dost paltarını geyən “vətəndaşlarımız”. Mən Güneyə
layiqincə diqqət və qayğı görmürəm.
Oranın dərdi o qədər böyükdür ki, ancaq söz deyib hay-küy salmaqla bir
iş görmək olmaz. Böyük və güclü iş görmək lazımdı. Kimə deyirəm bu sözləri?
Bəlkə yüzüncü dəfədir ki, bax elə bu cümləni təkrarlayıram. Güney Azərbaycanı
al-ver obiyektinə çevrimək olmaz və olmamalıdır. Ürək açan məqam budur ki, heç
olmaya həqiqi qiymət və dəyər verənlər də var.
-Sayman
bəy siz eyni zamanda çağdaş İran ədəbiyyatını ölkəmizdə təbliğ edirsiz. İran
ədəbiyyatı dərin tarixi köklərə malikdi. Belə böyük ədəbiyyatın daşıyıcısı
olmaq Sizcə çətin deyil ki?
-Mən İran
ədəbiyyatı adlı bir ədəbiyyat tanımıram. İran adlanan ölkəyə bir mütəxəssis
kimi baxsaq, oranın çox millətli olduğu üçün ədəbiyyatının da bütöv bir
ədəbiyyat olmadığını aydın şəkildə görə bilərik. İranın ədəbiyyayını iki şaxəyə
bölə bilərəm. Bir farsların yaratdığı sentimental ədəbiyyat, bir türklərin
yaratdığı üsyan və fəlsəfə dolu ədəbiyyat, bir də türklərin fars dilində
yaratdığı ədəbiyyat ki, mən onu İranda olan ən əhəmiyyətli ədəbi cərəyan hesab
edirəm. İranın ən məşhur yazar-şairləri türk əsillilər olublar. Buna misal,
Səməd Behrəngi, Rza Bərahəni, Dövlətabadi, Qulamhüseyn Saidi və bir çoxlarının
adını çəkə bilərəm. Hətta unutmayaq ki, şeir sahəsində də İranın ən məşhur və
milli şairi olan Şəhriyar da türkdür. Fars şeirinin tanınmış çağdaş siması olan
Furuğ Fərrüxzad etiraf edir ki, öz şeirlərinin ahəngini Şəhriyarın Heydərbaba
şeirindən götürüb.
Mən özüm İran üzrə
fars şeirində 2001-ci ildə birinci yeri tutmuşam. Həmin müsabiqədə iştirak edən
dostların çoxu mənim kimi türk əsilli idilər. Fars ədəbiyyatı həmişə türklərin
çiyinində gedib
İran ölkəsi
sovetlər kimi öz ədəbiyyatını yarada bilmədi. Çünki, sovetlərin öz qlobal
ideologiyaları var idi. Amma farsların ideologiyaları yox idi.
-İran
ədəbiyyatında fars-türk ayrı-seçkiliyi axı yoxdur. Siz bunu süni şəkildə niyə
qabartmaq istəyirsiniz? Məgər Şəhriyarı oxuyanda onun milliyyətini düşünürük?
Əslində o, başdan-ayağa İran mədəniyyətinin incisidir.
-İran ədəbiyyatında
türkə qarşı həmişə ayrı-seçkilik olub. Bu ayrı-seçkilik elə birinci sinifdən
etibarən başlanır. Suyu, çörəyi, torpağı, vətəni və Ana-Ata kimi müqəddəs
sözləri bizə fars dilində öyrətməyə çalışırlar. Mən özüm sinifdə Azərbaycan
türkcəsində danışdığım üçün müəllimdən kötək yemişəm. İran hakimiyyəti həmişə
ümmətçilik ideologiyası ilə türkləri döyüb. Çünki, həmin “idelogiyanın”
arxasında fars faşızmının mənfur siyasəti gizlənirdi. Ümmətçilik dinə deyil,
farslara xidmət edirdi. Hazırda da türk dilində yazan bütün dostlarım təzyiq,
bir çoxları isə zindanda işkəncə altındadırlar. Əksinə biz dərdlərimizi qabarda
bilməmişik. Bizim dədlərimiz qabarsa dünyanı alova çəkər. 40 miliyonluq bir
millətin milli-mədəni-ədəbi varlıqlarını əlindən almaq az və kiçik bir problemdirmi?
Urmu gölünün qurudulması və onun ardınca
Azərbaycanın məhv olması kiçikdirmi? Çəkdiyimiz zindanlar, işkəncələr,
sürgünlər yalandırmı? Mən yalandan burdayamı? Əlirza Nabdillər, Söhrab
Tahirlər, Balaş Azəroğlular, Həbib
Sahirlər
yalandırlarmı? Biz Şəhriyarı indi də fars dilində yazdığı üçün bağışlaya
bilmirik. Biz “Heydərbaba”nı oxuyanda bir türk kimi oxuyub anlayırıq. Bizim
içimizdə yüz illərin həsrəti və narahatlığı var. Biz öz evimizdə, öz
torpağımızda əsir düşmüşük. Şəhriyarlar İran mədəniyyətinin incisi deyillər,
onlar İran hakimiyyəti tərəfindən əsir götürülüblər. Onlardan sui -istifadə
olunur. Necə ki, böyük şairimiz Nizamini və bir çoxlarını fars şairi kimi
hessab edirlər. Məncə farslar da ermənilər kimi bizim varlıqlarımızı
oğurlamaqla özlərinə varlıq düzəltməyə çalışırlar və çalışıblar. Amma bu
alınmayacaq.
-Sayman
bəy, bu məsələlər uzun bir mübahisə mövzusudur. Hər halda fikirmdə qalıram.
Bizə verilən səyfənin həcmi isə bitmək üzrədir. Odur ki, sonuncu sualımı
verirəm. Güney Azərbaycan Ədəbiyyat Fondunu yaratdınız. Fondun məqsəd, məramı
nədir?
-Mən belə hesab
edirəm ki, Güney Azərbaycan Ədəbiyyatı fondunu çoxdan yaratmalı idilər.
Rəhmətlik xalq şairi Balaş Azəroğlu neçə illər komisiyanın rəhbəri olub amma
nədənsə belə bir fikrə gəlməyib. Hər halda ikinci məruzəmdə mən bu təkliflə
çıxış elədim və onun ardından düz 4 ay əziyyət və zəhmətdən sonra xalq şairi
Fikrət Qoca və AYB-nin sədr müşaviri Rauf Aslanovun xüsusi diqqətləri
nəticəsində Fond yaranmaq üzrədir və yaxın zamanlarda ictimaiyyətə təqdim
olunacaq.
Bu fondun məqsədi
Güney Azərbaycan ədəbiyyatını dirçəltmək və ona arxa durmaqdır. Hörmətli
Prezidentimizin dediyi kimi biz 50 miliyondan artıq olan bir millətik və onun
40 miliyonu Güney Azərbaycanda yaşayır
İndi siz təsəvvür
edin ki, oranın əsarətdə olan ədəbiyyatını dirçəltmək üçün nə qədər ağır və
ciddi işə ehtiyac var.
Arzu
Abdulla
Комментариев нет:
Отправить комментарий