Vasif Əlihüseyn
Yenə dayanmışam yol
qırağında,
Könlümdən bir səni
görməyim keçir.
Hər gələn avtobus
ümüdüm olur,
Amma nə faydası
dönməyib keçir.
Sıxır ürəyimi sənsizlik
indi,
Ürək də bu yolda
heçliyə dalır.
Qolumda o vaxtkı
nimdaş saatdır,
Yenə dünənki tək
yeddiyə qalır.
Düşüb keçəcəksən bu
yolu indi,
Gah sağa, gah sola
boylanacaqsan.
Şütüyüb keçəcək
maşınlar bir-bir,
Gözləyə-gözləyə
odlanacaqsan.
Hər yol döngəsində
sevgim gizlənir.
Qara gözlərindi sənin,
əzizim.
Eynək arxasında məndən
gizlənir.
Belə durmayaydım mən
boynu bükük,
Nə edib yolları
bağlatdıraydım?
Mən gərək bir polis
çavuşu olub,
Bütün maşınları
saxlatdıraydım.
Qaçqın
uşağı
Ağlama, oğul,
bu ildə baxçaya
gedə bilməyəcəksən.
Şeir öyrətməyəcək sənə
qonşudakı müəllimə.
Bu ildə boynunu bükəcəksən,
qapı ağzındakı
oturacaqda.
Yenə dondurma satan
bir oğlanın
“dondurma var” sözləri
donduracaq səni
yerində.
Burnunu qoluna siləcəksən,
Qaçacaqsan
velosiped sürən
uşaqların
arxasınca.
Yenə boynunu bükəcəksən
baxça qapısında,
maşın- maşın gələn
ailələri,
ayağını “don”
vurmuş
tay-tuşlarını görəcəksən.
Qaçacaqsan
qucağıma,
Ata, -onlar hardan
gəlir?
-Onlar, vətəndən-vətənə
gəlir, oğlum.
Vasif Əlihüseyn Əlifağa oğlu 1985-ci il
sentyabrın 25-də anadan olub. Moskva Sosial Dövlət Universitetinin “Filalogiya” kaulitəsini
bitirib. Bakı Slavyan Universitetinin “Yaradıcılıq fakulitəsi”nin tələbəsidir. “Ayrılığın
rəngi” adlı şeirlər kitabının müəllifidir. “Pərvanə” və “Yeni era” ədəbi məclislərinin
üzvüdür. Elektron ünvanı: vasif_c85@mail.ru
Комментариев нет:
Отправить комментарий