ANS Şirkətlər
Qrupuna məxsus “El” jurnalının şef-redaktoru Südabə Sərvinin işdən çıxarılması
məsələsi bir neçə gündür ki, gündəmdədir. Südabə Sərvinin işdən çıxarılmasına səbəb
kimi üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın əleyhinə çıxışları
göstərilirdi. Üstəlik, şef-redaktor işdən çıxarılmasında ANS Şirkətlər Qrupunun
vitse-prezidenti Mirşahin Ağayevi ittihamlayırdı. Öz növbəsində, Mirşahin
Ağayev qeyd edib ki, Südabə Sərvi ANS-in daxili prosedur qaydalarını pozduğu
üçün işdən kənarlaşdırılıb.
Qalmaqalda adı hallanan AYB sədri Anar Modern.az-a eksklüziv açıqlamasında Südabə Sərvinin işinə bərpa olunduğunu qeyd edib: “Mən Südabə Sərvinin işdən azad olunduğunu eşidən kimi Vahid Mustafayevə zəng edib və bu xanımın yenidən işə qayıtarılmasını xahiş etdim. O da mənim xaişimə əməl edib Südabə Sərvini yenidən işinə bərpa etdi. Qeyd edim ki, mənim o xanımın işdən çıxarılmasından heç bir rolum olmayıb, əksinə, mən heç kimin çörəyinə bais ola bilmərəm. Mətbuatda da yazırlar ki, guya onu işdən mənim xahişimlə çıxardıblar. Bu yalandır. Bu günədək mənə qarşı söz deyənlərə bu sayaq cavab verməmişəm”.
Yazıçılar Birliyi hesab edir ki, S.Sərvi iş prosedurunu pozduğuna görə işindən azad olunduğu halda olayı AYB rəhbərliyinin adı ilə bağlamaq absurddur: ”Belə olan halda bəzi mətbuat orqanlarının, «alabəzək» başlıqlarla hay-küy qoparmaları ürək bulandırır. Südabə Sərvinin təhqir elədiyi qurumdan üzr istəməsi, yaşına yaraşmayan səhv etməsini dönə-dönə qeyd etməsi onun işdən çıxarılmasından əvvəl olub.
Hamıya məlumdur ki, Anar heç kəsə, hətta onu təkrar-təkrar təhqir edənlərə belə «cəza» verilməsinə razı olmaz. Südabənin katibliyə ünvanladığı ərizə dediklərimizi bir daha təsdiq edir”-deyə AYB-dən Modern.az-a bildirilib. AYB-dən S.Sərvinin yazdığı ərizənin mətnini də saytımıza təqdim ediblər.
Azərbaycan
Yazıçılar Birliyinin Katibliynə AYB-nin üzvü Südabə Sərvi tərəfindən
ƏRİZƏ
ƏRİZƏ
Bu ərizəmlə
sizə məlum edirəm ki, 29.05.2012-ci il tarixində «Qafqazinfo» saytına verdiyim
müsahibə zamanı bir qədər əsəbi və depressiya vəziyyətində olmuşam. Bunun da səbəbi
uzun illərdir 3 övladımı təkbaşına kirayədə böyütmüşəm, müxtəlif üzləşdiyim
problemlər və mənzil siyahısında adımın olmaması idi:
Bu
yazıda AYB-nin sədri, hər zaman böyük dəyər verdiyim Anar müəllimə və onun
müşaviri Rauf Aslanovun ünvanına kəskin sözlər işlətmişdim. Təkrar edirəm, həmin
müsahibəni verərkən çox hirsli idim; hirsli başda isə ağıl olmaz deyiblər.
Anar müəllim
mənə çox yaxşılıqlar edib. Bunu nə mən, nə mənim övladlarım unuda bilməz. Ona
görə də mənim ona qarşı çıxmağa heç bir haqqım yoxdur. Müşavir Rauf Aslanov da
mənə hər zaman hörmətlə yanaşıb. Bu hadisələrdən sonra mən AYB-yə getdm, Rauf
müəllim də, orda olan bütün işçilər də məni səmimi qarşıladılar. Baxmayaraq ki,
mən Rauf müəllimin ünvanına kəskin sözlər demişdim, amma o mənə qarşı heç də
kobud davranmadı, əksinə, dediyim kimi, çox səmimi qarşıladı. Əslində indiyə qədər
mən ondan heç bir pislik görməmişəm. Onun haqqında dediyim kəskin ifadələri
geri götürürəm, çünki gözünlə görmədiyin, dəqiq bilmədiyin bir iş haqqında
danışmaq böyük günahdır. Mən sadacə bəzi adamların sözlərinə və qəzet
materiallarına əsaslanmışdım. Buna görə də AYB rəhbərliyindən üzr istəyirəm.
Dərin
hörmətlə: Südabə Sərvi
Könül
Səid
Комментариев нет:
Отправить комментарий