06.06.2012

Prospekt sakinləri bu günü səbirsizliklə gözləyir

 Vasif Əlihüseyn

Son iki ildə yolla bağlı  bir çox yazılar yazmışam. Çünki, yaşadığım yer və həmçinin iş yerim magistrala yaxın olduğundan burada baş verən çox hadisələrin şahidi olmuşam. Hadisə yerindən vəziyyətlə bağlı azpress.az sayıtında yerləşən şəxsi səhifəmdə məlumat yerləşdirmişəm. Əminliklə deyə bilərəm ki, hətta bir çox hadisələrdən şəxsən heç bir televiziya kanalının xəbəri olmayıb.
Sizə bayaqdan nəql etdiyim bu yer şəhərin Nobel prospektidir. (Köhnə fəhlə prospekti) iş yerim düz magistralın qırağında yerləşdiyindən burada ki, piyada və sürücü problemlərinin hər gün şahidi oluram. Burada sürücü piyadanı borclu çıxarır, piyada da sürücünü. Sakinlər isə bunu yolüstü piyada keçidlərinin əlverişsiz yerdə tikilməyi ilə izah edirlər. Əsas problem isə, Nobel prospekti 67 ünvanında “!Bəh-bəh club” restoranın Belinski küçəsi ilə kəsişməsi və ona yaxın ərazidə baş verir. Çünki, yolüstü piyada keçidləri uzağ olduğundan sakinlər yolun təyin olunmamış hissələrindən keçirlər ki, bu da onların bir çoxunun xəsarət alması və hətta bir çoxunun həyatına son qoyur. İndiyə kimi yadımdadı keçən ilin aprel ayında yolu keçmək istəyən yaşlı Ənvər dayını “Mercedec” markalı avtomobil vuraraq həyatına son qoydu. Amma bu nə birinci nə də axırıncıdır. İndinin özündə də Belinski küçəsində bir çox sakinlər var ki, bu yolun ucbatından yarımcan olublar. Bu ərazidə nə sürücünü qınamalıdı, nə də piyadaları hərə öz haqqını tələb edir. Hətda bir neçə dəfə olub ki, yolu keçmək istəyən piyadaya sürücü yol verərkən, digər sürücü onun avtomobilini vuraraq onu yararsız hala salıb. Ona görə də heç kim başının ağrımasını istəmir. Amma bu belə də olmur. Bax elə Ənvər dayının ölümündən sonra burada çoxlu yol qəzaları baş verib və hələ də baş verməkdədi. Bax elə ötən həftə prospektdə bir neçə gəncin içində olduğu “Mercedec” markalı avtomobil yüksək sürətlə idarə olunduğundan, idarəetməni itirərək yolu keçmək istəyən piayadı səkinin üstündə vuraraq ona bədən xəsarətləri yetirdi xoşbəxtlikdən piyada ölmədi. Avtomobil isə bir çeçə dəfə aşaraq işıq dirəyinə dəyərək yararsız hala düşdü. Bir neçə gün keçməmişdi ki, dəqiq yadımdadı iyun ayının biri “Azərbaycan Futbol Federassiyası Asossasiyası”-na yaxın ərazidə yolu keçmək istəyən piyadanı”Wostwagen” markalı avtomobil vuraraq öldürdü. Hadisə yerində piyadanın yola sərilmiş cəsədini mobil telefonumla çəkdim. Sakinlər isə hələ də təşviş içindədi. Onları qorxudan isə uşaqlarıdının gələcəyidi. Bir çox sakinlər uşaqlarını özləri yolu keçirirlər. Onların istəyi isə, neçə ildi ürəklərində qalıb. Onlar yolun bu hissəsində heç olmasa “işıqfor” və ya piyada zolağının çəkilməsini istəyirlər ki, bəlkə avtomobillər bu zolağa görə sürəti azalda, piyadaların ömrünü isə çoxalda bilələr. Amma sakinlərin dediyinə görə bu problemlə bağlı bir çox televiziya kanalları çəkiliş aparsa da heç bir tədbir görülməyib.  Ümüdvarıq ki, bu tədbir nə vaxtsa görüləcək. Çünki prospekt sakinləri bu günü səbirsizliklə gözləyir.

vasif_c85@mail.ru 

Комментариев нет:

Отправить комментарий