06.06.2012

“Sufi pirləri kimi”

Firudin Gilar Bəg “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Batin elminin araşdırıcısı.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Sufi alimi.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Azəri türk bəgi.

- Dost…
- Quş qanadsız olmadığı kimi, insan da dostsuz olmaz.

- İlk sevginiz?
- Boş şeydi.

- Əsas ixtisasınız?
- Mühəndis.


- İstifadə etdiyiniz nəqliyyat növü?
- Şəxsi maşın.

- Sevdiyiniz maşın markası?
- İndi Kia.

- Sevdiyiniz brend?
- Blogspot.com

- Sevdiyiniz saç düzümü?
- Qısa.

- Sevdiyiniz rəng?
- Ağ.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Rusiya, Moskva.

- Sevdiyiniz yemək?
- Dana basdırması.

- Ən çox istifadə etdiyiniz söz?
- Rəmz.

- Leksikologiyanıza yad olan söz?
- Analoqsuz.

- Sizi nə həyacanlandıra bilər?
- Haqsızlıq.

- Ən çox sevdiyiniz kitab?
- Mühiddin İbn Ərəbi “Fisusül Hikəm”.

- Ən çox sevdiyiniz yazar?
- ...

- Ən çox bəyəndiyiniz ifaçı?
- Rəşid Behbudov.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Dini musiqi.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Bəli.

- Mənfi xüsusiyyətiniz?
- Var.

- İdeal insan necə olmalıdır?
- Sufi pirləri kimi.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Tam yox.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Mənəviyyatsızlıq.

- Həyat fəlsəfənizi ifadə edin.
- Haqqa xidmət.

- Siz xoşbəxtsinizmi?
- Bəli.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Heyvani xüsusiyyətlərə üstünlük.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Soyuq.

- Ölüm niyə ölmür?
- Çünki enerji itmir.

- Dinlərə münasibətiniz?
- Din - həqiqi elmin adlarından biridir.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Gözləməkdən və fikir çəkməkdən.

- Falçıya inanırsızmı?
- Əsl falçıya bəli.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Heç birindən.

- Sevinciniz nə qədərdir?
- Az olur.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Ağlına.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Lap çox.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Keçmək.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Heç birini.

- Mənə sualınız.
- Bu sualların nə mənası var?

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий