10.09.2012

Avtoritet Koba!

Qafqazın cinayətkarlar dünyasında Kobanı çox yaxşı tanıyırlar. O, ilk dəfə həbsə nümayişlərdə iştirak etdiyi üçün düşür. Batumi həbsxanasında cinayətkarlar tez-tez siyasi məhbusları sındırırdılar. Amma bu iyirmi yaşlı, möhkəm gənci sındırmaq mümkün olmur. Stalin tezliklə bütün cinayətkarları özünə tabe edir. Məhz ilk dəfə, həbsdə olduğu müddətdə o, özünə Koba ləqəbini götürür və cəzasını sona qədər çəkmədən həbsxanadan qaçır.

Stalinsayağı qarət

Çar cangüdənləri inqilabçılardan canlı yem kimi istifadə etmək istəyir. Polis öyrənir ki, qarətçilər Tiflisdən pulla gələn poçt ekipajına hücum planlaşdırır. Gizli əməliyyat planı hazırlanır.
Polis başa düşür ki, pulların dəqiq çatma vaxtını yalnız poçt kontorunda bilə bilərdilər. İstintaq poçt işçisini sorğu-suala çəkir. Amma o deyir ki, fayton sadəcə, poçt kontorunun qapılarından çıxanda siqnal verib. Əmri isə alçaq boylu, çopur bir gürcüdən alıb.

O agentmi idi?

Stalin agent idimi? Belə bir şübhə var. Lakin bunu təsdiq və ya təkzib edən heç bir sənəd yoxdur. Stalin beş dəfə həbs edilib. Amma hər dəfə hökmdən yaxa qurtara bilib.
Koba Bakıya gələndə şəhər neft çevrilişi yaşayırdı. Bakı ərazisi o zaman qoçular arasında bölünmüşdü. Koba bu qoçuları yeni döyüş qrupu halında birləşməyə dəvət edir. Polis araşdırmaları göstərir ki, onların üç ildə etdikləri qarət miqyası düz üç milyon rubla bərabərdir.
Koba bandasının törətdiyi ən böyük qarət isə “İmperator Birinci Nikolay” paraxoduna hücumda baş tutur.
1908-ci il. Paraxod sahildən ayrılana yaxın polis formalı adamlar görünür. Onlar təhlükəli cinayətkarları axtarmaq bəhanəsi ilə göyərtəyə qalxır və birdən qışqırırlar: “Silahları atın!”.
Stalin qrupu seyfi ələ keçirir. Şəhərin ən yaxşı dəmirçisi Əhməd seyfi qırır və oradan düz bir milyon iki yüz min rubl çıxır.
Stalin Əhmədlə birlikdə sürətli katerə minib aradan çıxır.

Anar Agayev

Комментариев нет:

Отправить комментарий