Uç!Aç qara qanadlarını
Qaranlıqlar üzərindən
Dəli-dəli
Kabuslara qoşularaq
Gül!
Qəhqəhələrin
Bağrını yarsın buludların
Dolu-dolu
Çırpılsınlar bir-birinə
Bir ağlaşma qursunlar ki
Qayalıqlar üzərindən
Dənizlərin altınadək
Islansın dünya...
Günəş istəsin göylərdən
Günəş istəsin göylərdən
Günəş istəsin göylərdən..........
Gəl!
Yenidən gəl!
Комментариев нет:
Отправить комментарий