23.10.2012

Elşad Abdullayevin DİN haqqında videosu yayılıb

 
Keçmiş ABU-nun rektorunun DİN əməkdaşları ilə videosu yayıldı.

ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin yoxa çıxması mövzusunda DİN 7-ci şöbəsinin əməkdaşları ilə söhbətinin əks etdirən gizli videoçəkilş yayılıb. Çəkilişi xaricdə yaşayan azərbaycanlı fəallardan biri Həbib Müntəzir Youtube portalına yerləşdirib və Facebook səhifəsində yayıb.
Xatırladaq ki, bu video haqqında bugünlərdə "Azadlıq" qəzetində bəhs olunub. Hətta videonun redaksiyaya göndərildiyi və yayılacağı da anons edilmişdi, lakin anonsdan sonra E.Abdullayev və vəkili Adil İsmayılov redaksiyaya müraciət edərək bunu saxlamağı xahiş etmişdi. (qafqazinfo.az)

Комментариев нет:

Отправить комментарий