08.10.2012

Gənc blogerlər: yeni media, İnternet ədəbiyyatı təqdimat-mühazirə

Oktyabrın 7-də Bakıda keçirilən Beynəlxalq konfrans çərçivəsində Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, www.kitabxana.net portalının rəhbəri, yeni media üzrə mütəxəssis, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) "Gənc blogerlər: yeni media, İnternet ədəbiyyatı, elektron kitabxana" mövzusunda geniş təqdimat, eləcə də kulturoloji-innovativ mühazirə ilə çıxış etdi.
İnteraktiv formada təşkil olunan tədbirdə YYSQ-nin hazırda həyata keçirdiyi iki layihə - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondunun maliyyə yardımıyla "Gənc yazarların İnternet ədəbiyyatı resursunda e-kitabla iştirakı təlimi" və Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşdirilən “Eurovision-2012” mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlət və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal - e-kitab formatında hazırlamaq..." adlı kulturoloji-innovativ layihələr barədə melumat verildi.
Milli şəbəkə ədəbiyyatı, blogerlik və yeni media alətləri haqqında geniş mühazirə edildi. Aydın Xan (Əbilov) gənc nəslin fəallarına İnternet - sosaial jurnalistika, sosial şəbəkə, vətəndaş jurnalistikası, virtual ədəbiyyat və yazarlıq, elektron kitab və Virtual kitabxana barədə geniş məlumat verdi.
YYSQ ilə kitabxana.net portalı bu problemlə əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondunun maliyyə yardımıyla aktual layihələr həyata keçirməyə başlayıb. "Gənc yazarların İnternet ədəbiyyatı resursunda e-kitabla iştirakı təlimi" adlanan bu kulturoloji-innovativ layihləri həyata keçirilməyə başlayan zaman lokal İnternetin, elektron kitab, e-nəşrlərin, eləcə də virtual kitabxanaların, sayt və portalların rolunun böyük olduğunu, amma bu istiqamətdə azərbaycandilli elektron resurslarının çox zəif inkişafı müşahidə olunub...
Kulturoloji layihə İnternet - şəbəkə ədəbiyyatı, yeni media, blogerlik, elektron kitabxana, yazıçı saytları, e-kitablarla bağlı yeni nəsil gənc yazıçılar üçün silsilə təlimlərin təşkili, eləcə də anadilli resurslarımızın inkişafı, Virtual Azərbaycan, elektron hökümət və e-dövlətlə bağlı dövlət proqramlarında gənc kreativlərin iştirakını həvəsləndirmək, çağdaş intellektual-kulturoloji dəyərlərimizi dünyaya və 50 milyonluq soydaşlarımıza çatdırmaqdır. Təlimin nəticəsi olaraq iştirakçılarının elektron kitabları hazırlanacaq, eləcə də bloqları - İnternet səhifələri xüsusi portalda yerləşdiriləcəkdir. Yazıçılarımız İnternet və İT imkanlarla tanış olacaq, yaradıcılıqlarını innovativ formada inkişaf etdirəcəklər.
İnternet və İT texnologiyalar, eləcə də şəbəkə ədəbiyyatı, bloqerlik, sosial media, elektron oxu və mütaliə, qlobal informasiya məkanındakı azərbaycandilli resurslarımızın imkanlarından kənar qalan gənc yazarlar virtual dünyaya çıxışları məhdudur. Eləcə də bir çox yeni formatlar, multimedik imkanlar və müxtəlif qlobal portallar, sosial şəbəkələrdə Azərbaycan kreativ gənclərinin intellektual-kulturoloji fəallığı zəif olduğundan milli oxucularımız, İnternet istifadəçiləri Azərbaycana yad olan dillər və reasurslardan, xarici portallardan yararlandığına görə xoşagəlməz təsirlər altına düşürlər. Bizim yazarlar hələ də bloq, elekton səhifə, saytlar, elektron kitabxana, şəbəkə ədəbiyyatı haqqında geniş məlumata malik olmadığından həm özlərinin yaradıcılığının tanınmasında, həm də millli İnternet resurslarımızın intellektual-estetik səviyyəsinin qaldırılması prosesində iştirak edə bilmirlər. Azərbaycanda hələ də virtual mədəniyyət, ədəbiyyat, eləcə də elektron oxu və yazı vərdişləri standartlaşmayıb, ədəbi dilimizin İnternet variantı formalaşmayıb. Gənc yazarların blogları, saytları elektron kitabları yoxdur.
Kulturoloji layihə - təlimlər nəticəsində gənc yazarlar yeni bilik və vərdişlər qazanacaq, nəinki öz yaradıcılıqlarını dünyaya çıxaracaq, 50 milyonluq azərbaycanlılara təqdim edəcək, yeni e-kitab şəklində yayacaqlar, eləcə də milli İnternet resurslarımızı zənginləşdirəcək, rəqabətədavamlı ədəbi-mədəni-şəbəkə ədəbiyyatı yaradacaq, eyni zamanda oxucularını da öz ardıyca apara bilərlər. Layihə yuxarıda göstərilən bu problemləri aradan qaldırılmasına, virtuallığı təbliğ etməyi, eyni zamanda təlim iştirakçıları vasitəsi ilə ortada olan boşluğları doldurulmasına istiqamətlənib.
1) İnternet - şəbəkə ədəbiyyatı, yeni media, blogerlik, elektron kitabxana, yazıçı saytları, e-kitablarla bağlı yeni nəsil gənc yazıçılar üçün silsilə təlimlərin təşkili.
2)Anadilli resurslarımızın inkişafı, Virtual Azərbaycan, elektron hökümət və e-dövlətlə bağlı dövlət proqramlarında gənc kreativlərin iştirakını həvəsləndirmək, çağdaş intellektual-kulturoloji dəyərlərimizi dünyaya və 50 milyonluq soydaşlarımıza çatdırmaq.
3) Layihə və təlimlərin nəticəsi olaraq iştirakçılarının hər birinin elektron kitabları hazırlanacaq, eləcə də bloqları - İnternet səhifələri xüsusi portalda yerləşdiriləcək, sosial şəbəkələrdə səhifələri yaradılacaq
4) Yeni nəsil yazıçılarımız İnternet və İT imkanlarla tanışlıq əldə edəcək, yaradıcılıqlarını innovativ-virtual formada inkişaf etdirəcəklər.
5) Milli İnternet resurslarımızı zənginləşdirəcək, rəqabətədavamlı ədəbi-mədəni-şəbəkə ədəbiyyatı yaradacaq, eyni zamanda layihədə iştirak edəcək gənc yazarlar oxucularını da öz ardıyca apararaq elektron resurslarımız ətrafında gəncləri birləşdirəcəklər.
6) Müasir milli söz sənəti nümunələri geniş oxucu kütləsinə çatdırılacaq, gənc yazıçıların yaradıcılığı təbliğ olunacaq, cəmiyyətin diqqəti yeni - İnternet ədəbiyyatına yönəldiləcək.
7) Elektron kitabların İnternetdə virtual sərgisi təşkil olunacaq, eləcə də oxucularla yeni nəsil yazarlar arasında birbaşa interaktiv ünsiyyətə şərait yaradılacaq.
Gənc yazarlar, İnternet və şəbəkə ədəbiyyatı müəllifləri, blogerlər, oxucular, İnternet istifadəçiləri, sayt və elktron kitabxana izləyiciləri, dünyada yaşayan azərbaycanlılar, eləcə də azərbaycancanı öyrənmək istəyən əcnəbilər, bölgələrdə yaşayan ədəbiyyatsevərlər, müxtəlif ölkələrdəki diaspor-mədəniyyət qurumlarının üzvləri, İT peşəkarları və s.
Yeni Yazarlar və Sənətçilər Qurumunun fəalları -könüllüləri layihənin işinə cəlb olunacaq. Eləcə də yeni media, İnternet ədəbiyyatı, elektron kitabxana və sosial şəbəkələrlə bağlı mütəxəsisslər layihəyə cəlb olunacaqlar. İT və proqramist-dizayner, kompyuterçilər də layihədə iştirak edəcəklər. Yaradıcı kreativ gənclər, yeni nəsil yazarlar birbaşa təlimlərə cəlb olunacaq. Gənclər, tələbələrlə görüçlər, eləcə də feysbuk tipli qlobal sosial şəbəkələr vasitəsi ilə geniş İnternet istifadəçilərinin diqqəti layihəyə yönəldiləcəkdir. KİV, diaspor fəalları, Azərbaycanı, ana dilimizi, ədəbiyyat və mədəniyyətimizi öyrənmək istəyənlər üçün də layihə cəlbedicidir...
İnternet resursunda – Milli Virtual Kitabxanada yeni nəsil yazarların kitablarını - ədəbiyyat nümunələrini yerləşdirməklə, yaradıcı gənclər üçün üçün bloq sistemi hazırlamaqla, onları milli şəbəkə resurslarını zənginləşdirməyə həvəsləndiririk.
Təlimlər nəticəsində gənc yazarlar vasitəsilə Azərbaycan mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini dünyaya yaymaqdan ötrü ən yeni İT texnologiyalarından yararlanır, yeni nəslin nümayəndələrində innovativ şəbəkə - elektron oxu və yazı mədəniyyətinin aşılanır.
Anadilli İnternet – şəbəkə resurslarımızın zənginləşdirilir; yeniyetmə və gənclərin yazdıqları əsərləri İnternet səhifələr – bloqlar formasında nəşrə hazırlanır və şəbəkər resurslarında yerləşdirilir.
Milli-mənəvi dəyərlərinin qorunması, inkişafı, tanınması istiqamətində dünya azərbaycanlı gəncləri həvəsləndirilir, bir araya gəlməsinə çalışılır, çağdaş estetik-bədii söz sənətimizin zənginləşməsinə təkan verilir və ən əsası isə dünyanın ictimai-mədəni, kulturoloji-intellektual ictimaiyyətinin istifadəsinə Azərbaycan estetik-intellektual, ədəbi-mədəni, elmi-kulturoloji xəzinəsini açırıq.
Yeni kompyuter texnologiyalarla işləmək, fərqli – İnternetdəki şəbəkə resurslarından oxumaq, elektron yazı mədəniyyətinə yiyələnmək, ana dilimizdə gənclərəyönəli milli internet resursları ilə təmin etmək, dünya Azərbaycan İnternet-şəbəkə istifadəçiləri üçün Milli Virtual Kitabxananı zənginləşdirik, onların elektron gündəliklərini – bloq portalını yaradılır.
Layihə iştirakçılarının hər birinin elektron rəqəmsal kitabları nəşrə hazırlnır, mobil rabitə vasitələrindən – e-kağız və e-kitablardan yararlanaraq ciddi əsərləri, elmi mətnləri mütaliə etmək, İnternet yazı müsabiqələrinin təşkili və başqa formalardan yararlanaraq ölkəmizdəki yeniyetmə və gənclərin, eləcə də dünyada yaşayan 50 milyonluq soydaşlarımızın yarısından çoxunda Vətənə, dövlətçiliyimizə, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına, milli-mənəvi dəyərlərinə, ədəbi-mədəni sərvətlərimizə, ana dilimizə, Azərbaycançılıq məfkürəsinə marağı gücləndirmək, eyni zamanda, gənc nəslin Qlobal İnformasiya Şəbəkəsində “Virtual Azərbaycan”ı qurmaqda iştirakını təbliğ edirik.
Sosial şəbəkələrdə layihə və onun məqsədləri barədə geniş məlumatlandırma və maarifləndirmə işi qurulur. Sosial şəbəkələrdə bir sıra ədəbi səhifə və resurslar yaradılacaq, təlimlərin materialları virtual olaraq yayımlanacaq.
Reallaşdırmağa başladığımız layihə problemləri qismən də olsa, aradan qaldırmaq məqsədi ilə həyata keçirilir. Nəzərə almaq lazımdır ki, internet vasitəsi ilə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımızın, eləcə də dünyadakı soydaşlarımızın diqqətini kulturoloji proseslərə cəlb etmək daha asandır.
Elektron KİV, yeni telekommunikasiya vasitələri, xüsusən də internet və İKT-nin inkişafı ilə əlaqədar dünyanın əksər ölkələrində mədəniyyət, xüsusən ədəbiyyat və intellektual sərvətlər - kitab və əsərlər rəqəmsal formata salınaraq qlobal informasiya məkanında, milli və lokal elektron resurslarında yerləşdirilir. Respublikamızda bu sahədə işlər aparılsa da, zamanın tələbləri səviyyəsində bir sıra problemlər hələ də öz həllini tapmayıb. Yaşlı və yeni nəslin yaratdığı estetik-intellektul əsərlər internetdə yerləşdirilir, amma onların dünyanın aparıcı dillərinə tərcüməsi, eləcə də elektron variantda nəşrə hazırlanaraq internetdə yayılması işində böyük boşluqlar var.
Əksər hallarda xaricdə, beynəlxalq KİV qurumlarında Azərbaycan mədəniyyəti, ədəbiyyatı, kitabı, elmi, tarixi barədə dünyanın aparıcı dillərində məlumatlar ala bilmədikləri məlum olur”.Yazıçı deyir ki, Azərbaycan daxilində və xaricdə yaşayan oxucular, xüsusən də yeniyetmə və gənclər tərəfindən milli ciddi ədəbi-bədii, elmi-intellektual kitab və əsərləri oxumaq, fərqli - yeni mütaliə mədəniyyətini qavramaq, yeni oxu vərdişlərinə yiyələnmək məsələsində böyük problemlər hiss olunur:
“Xaricdə yaşayan soydaşlarımız isə milli-mənəvi dəyərlərdən, azərbaycandilli kitab və ədəbiyyatdan kənar qalırlar: xüsusən də ən yeni ədəbiyyat nümunələrindən xəbərsizdilər. İnternet - qlobal və lokal informasiya-şəbəkə resurslarının azlığı, xarici oxuculara ünvanlanmış internet saytlarının, ciddi, intellektual portalların məhdud sayda fəaliyyət göstərməsi və inkişaf etməməsi, eləcə də elektron-virtual kitabxanaların, pulsuz bloq-sayt imkanlarının yoxluğu, onların maraq dairəsini təmin edəcək şəbəkə imkanlarının zəifliyi ona gətirib çıxarıb ki, dünya ictimaiyyəti nümayəndələri milli mədəniyyətimizi, ölkəmizin həqiqətlərini, milli-mənəvi dəyərlərimizi təbliğ edən materialları əldə edə bilmir.
Xüsusən də elektron və yazılı KİV, internet-virtual şəbəkə yazarları dövlətimiz, mədəniyyət və ədəbiyyatımız barədə məlumatları əldə etməkdə çətinlik çəkdiklərinə görə çox hallarda Azərbaycan barədə yanlış məlumatlar yayır, hazırladıqları materiallar bəzi hallarda dövlətimiz haqqında müsbət olmayan qlobal ictimai fikir formalaşdırır.
Layihə çərçivəsində bu boşluğu doldurmaq məqsədi ilə “Eurovision-2012” mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlər və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal, e-kitab formatında hazırmaq, milli virtual kitabxanada yerləşdirmək, bu e-nəşrləri internetdə, sosial şəbəkələrdə yaymaqla ədəbi-mədəni dəyərlərimizin dünyada tanıdılması və təbliğinə yönəlmiş bir sıra işlər görülüb. Azərbaycanla bağlı, mədəniyyətimiz, ədəbiyyatımız və kulturoloji proseslərimizi əhatələyən, müxtəlif mövzulara aid, dünyanın aparıcı dillərinə - ingiliscəyə, ruscaya, türkcəyə, almancaya, fransızcaya tərcümə edilmiş 45-dən çox kitab və əsərin elektron variantı hazırlanaraq kitabxana.net portalı vasitəsi ilə oxuculara - internet istifadəçilərinin açıq istifadəsinə təqdim edilib."

Yeni Yazarlar və Sənətçilər Qurumunun Analitik-informasiya qrupu




Комментариев нет:

Отправить комментарий