17.10.2012

Jurnalistin telefon danışığı

İntiqam Valehoğlu

"Hardasa içib, başlayıb erməni mahnısı oxumağa. Ona görə də dalından dəyiblər".

"Şoumen kimi gizli kameradan işçilərin “Facebook”dakı yazışmalarını izləmək şərəfsizlikdir".

Doğrusu xeyli müddətdir yazmıram deyə beynimdəki bu əhvalatı sizə necə çatdıracağımı da bilmirəm. Amma hər halda mübaliğəsiz filansız bu yaxınlarda əlimə düşən bir telefon danışığını nəql edəcəm. Əvvəlcədən diqqətinizə çatdırım ki… Yox… Heç nəyi əvvəlcədən demirəm. Özünüz oxuyun.


- Salam. Ay oğul, nətərsən? İşlərin nətərdi?
- Sağ ol, ay ata, şükür Allaha yaxşıyam. Amma..
- Nə amma, ay oğul? Nəsə olub?
- Heç, işdən çıxmışam.
- Hə, o deyirdin e sayta işə düzəlmisən, bir şoumeni də nəzarətçi qoyublar üstünüzə.
- Hə, bax o işdən çıxdım. Düzü 2-3 dəfə çıxmaq istəmişdim, amma qapıdan geri qaytarmışdılar.
- Ay oğul, rayonda qulağıma çatıb ki, həmin o şoumeni bu yaxınlarda hansısa yeməkxanada nataraz vəziyyətdə tutublar. Nə bilim içib açarını itiribmiş deyəsən. Sən orda olmamısan?
- Yox, ata…
- Bəs niyə çıxdın ordan?
- Ata… Yaxşısı budur danışmayım. Eşidib eləyən olar, yazığı biabır etməyək. Nəyə lazımdır axı?
- Sən bir danış görüm e… Eşitdiyimə görə onu köhnə iş yerindən də bu haqq-hesaba görə qovublarmış.
- Nə haqq hesab, ata?
- Nə bilim e… Guya hardasa içib, başlayıb erməni mahnısı oxumağa. Ona görə də dalından dəyiblər… Ha-ha-ha…
- Əşşi sən rayonda oturub məndən yaxşı bilirsən ki, hər şeyi. Danış görüm daha nələr eşitmisən?
-Ay oğul, o düzdür ki, həmin şoumen işçilərlə şəxsi mülkiyyəti kimi davranır? Lap keçmiş kolxoz sədrləri kimi.
- …
- Hə?
- Ay ata… Heç nə başa düşmürəm axı… Sən bunları hardan bilirsən?
- Deyir xoruz başını soxub kola, elə bilir ki… Ay oğul, o şoumenə de ki, onun ermənicə oxuduğu haqda hamı yazdı. Amma heç kim göstərmədi. Bu yaxınlarda Moskvada yaşayan bir dostum həmin görüntüləri mənə göndərib. Elə eləməsin ki…
- Ay ata, sənin nəyinə lazım? Əsas odur ki, daha mən orda işləmirəm.
- Şükür, oğlum.
- Hər gün kollektivdəki xanımlara “az” müraciətlərini qulağım eşitmir. Heç bir sənəti olmayan, işi-gücü kişilərin yatağını bəzəməkdən ibarət olan priton qadınlarının həmin saytda bəh-bəhlə təqdim olunmasını gözüm görmür.
- Belə işlər də varmış?
- Gecənin bir aləmi müxbirə zəng vurub, “bu saat filan teleaparıcı xanıma zəng vur, açıqlama al” ki, …söhbətlər eşitmirəm.
- Bu nə deməkdir?
- Harasını danışım axı sənə? Bu şoumenə görə gecə saat 2-də bir müxbirimiz az qala həyatını itirəcəkmiş. Yenə də bəyənmədiyimiz həkimlərimiz sağ olsunlar.
- Oğul, bu insan deyilmi?
- 2500 manat maaş alıb, əvəzində astronomik vədlər verəndə başqa cür ola da bilməz.
- Ay oğul, hər şeyi başa düşdüm. Bəs o nə ləqəbdi qoymusuz kişiyə?
- Ata, eşidirsən?
- …
- Alo…
- Hə, oğlum. Ağzımı yaxalayırdım.
- Bax belə, ay ata…
- Hər nəysə… Allahdan xeyirlisi. Amma sən o iş yerinin rəhbərini görəndə bunları mütləq ona danış.
- Lazım deyil. Çünki rəhbərimiz pis insan olmasa da bu sahədə təsadüfi adamdır. Yaxşısı budur…

P.S: Heç şübhəsiz ki, müvafiq qanunvericilikdə kiminsə telefon danışığını dinləmək cinayətdir. Amma şoumen kimi gizli kameradan işçilərin “Facebook”dakı yazışmalarını izləmək şərəfsizlikdir.

merkez.az

Комментариев нет:

Отправить комментарий