Xuraman NuruHəyata şikəst doğulacaq bir körpənin anasına məktubu...
Necəsən mənim qoruyucu mələyim, ANAM?
Mən yaxşiyam.Doğulmağıma çox az bir vaxt qaldı.
Ama sənə söyləyəcəyim bəzi şeylər var.........Həkimlərin dediyinə görə dünyaya bəzi qüsurlarla gələcəyəm.."Qüsürlu" deyəcəklər mənə..
Amma mən buna görə kimsədən "üzür" istəməyəcəyəm, ana..SƏNDƏN başqa!
Səndən isə indidən üzr istəyirəm...
Dünyaya gəlişimlə mənim üçün həyatda qurduğun xəyallarını alt- üst edəcəm. Məni bağışla ana, məni bağışla ki səni ana kimi tam sevindirə bilməyəcəyəm. Gəlişimi səbirsizliklə gözlədiyin anda ümüdlərinin çin olmaması, arzularının çilik-çilk olması ağrısını daşıtdığıma, bunları səanə yaşadacağıma görə üzüləcəm. Körpə ikən qayğısız görünsəmdə, duyacam cənin boynubüküklüyünü, qonşu qadınların, anaların yanında “sınmağını”, küskün durmağını. Özünü qarğama, qınama ki, niyə şikəst bir uşaq dünyaya gətirdin... Mən özümü qınayaram. Mənim ağlamağım, şikəstliyimə yox, sənə verdiyim ağrılara üsyanım, yaradana asi olmağım olar, Ana!
Sən dünyanın ən Ali Varlığısan, bilirsən bunu, bilirəm! Sən ən böyük bir adın daşıyıcısısan! Sən Anasan, ANA!
Sən mənə həyat verdin, iç dünyandan, gen dünyaya gətirdin. Yadıma düşəcək ki, sən necədə sevinirdin, məni bətnində gəzdirərən. Əllərini sinənin altında, ürəyinin çırpıntısı ilə ahəngdar döyünən balaca vücudumu gizlətdiyin, məni qoruduğun bətninin üstündə gəzdirib də necə xoşbəxt görünərdin! Qınayacam özümü, Ana! Qınayacam ki, qonşumuzun uşaqları mənimle oynamaq istemediyini görəndə boynunu qəmli bükdüyün və için-için, yanıqlı-yanıqlı ağladiğın üçün... Göz yaşların bir vaxtlar məni saxladığın içinə damacaq, Ana!
Sən təkcə mənə görə yox, elə atamın gileyinə, sənə olan iradlarına görə də ağlamağına görə ağlayacaqsan. Atamın: "Mənə doğru düzgün bir övlad belə vermedin" sözləridə yaralı köksünə sancılan ox olacaq. İndi, btnindəykən o ağrını hiss edirəm. Sızlayıram içində ana! Doğulmaq istəmirəm! İstəmirəm sənin gözlərinin mənim üçün axtardığı, seçdiyi pal-paltar, atamın oyuncaqlar almaq üçün atlana ürəyinin məyus anlarını görüm. Axı sən hardan biləsən ki, mən sənə hansı iztirabları yaşadacam, Ana!.
Təkcə onunla təskinlik tapacam ki, qoynuna düşən gündən doğulduğum günə qədər sənin xəyyallarının şirinliyi olmuşam, Səni analar Anası, bəxtəvərlər bəxtəvəri etmişəm! Mən səni sevindirmişəm, Ana!
Əlil araba almağın acısını sənə yaşadacağım üçün... mənə görə səni acöyacaqlar, bəzən mənim qüsuırlu olağımı səbəb də göstərib səni hansısa qonaqlığa, tədbirə dəvət etməyəcəklər. yaxud çağrıldığn yerə mənə görə gedə bilməyəcəksən. Utanmayacaqsan mənə görə, bilirəm. Sən elə ana deyilsən ki övladının qüsuruna görə utanasan. Sən özünə, taleyinə acığqlanacasn.
Mənə görə bayram şənlikləri, toylar, gəzintilər təxirə salınacaq sənin üçün. Bağışla məni, anam mənim! Səndən üzür istəyirəm ANAM mənim....
Amma səndən bir İSTƏYİM var;Məndən qətii vaz keçme ANA!!
Mənim hələ sənin bətnində olmağıma baxma, içimdə güclü bir inam var! Mən möcüzəyə inanıram, sən də inan, ANA!. Bu möcüzəni birlikdə yaradaq. Ayaqlarim gücsüz ola bilər,ayaq üstə yaxşı dura bilmərəm bəlkədə . Əllərimdən tutarsan, qaldırarsan. Başqa uşaqların sərbəst çıxdıqları pilləkənləri asanlıqla çixa bilmərəm, kömək edəcəksən bilirəm. Amma, amandı, məni kürəyində qaldirmağa çalişma ANA.!Gəl bütün əngələri birliktə aşaq... yox, heç əlimdən də tutma!Mənə yardım etmək istəyirsənsə yuxarı çıxarsan, və mənə "gel" deyərsənb!Çıxa bilmədiyim üçün ağlaya bilərəm, ağlamağıma sıxılma, darılma...
Əks təqdirdə gücüm olmaz, bu möcüzəni yarada bilmərik..
Qulaqlarim yaxşi eşitmeyebilər..Danışmağa başlamağım biraz zaman alabilər, bəlkə..Ama sən heç də susqunluğa bürünmə, ANA! Daha çox danışdır məni, danışa bilim səninlə!
Mənə hər şeyi dəfələrcə anlat!
Doğulduğum gündən sonra xəyalındaki gözəl-göyçək yavrunun sifəti başqa uşaqların sifıti ilə müqayisə də gözəl olmaya bilər! Amma uşaqlar nə vaxt çirkin oldu ki... Onlar bir mələk misali de, və məni gözəl say, bütün uşaqların anaları kiıi...Sən məni gözəl gör ki, mən də güzgüyə baxan da gözəl çöhrəi yavrunu görə bilim...Axı mən sənin gözlərinlə dünyaya baxıb, sənin ürəyinlə duyacam hər şeyi!....
Bəlkə bəzı ərköyün istəklərim, ısrarlarım olabilər uşaqliğimda...
Nə olar mənə “yox” demə. Gətir mənu dünyaya, yaşat məni, söz verirəm, sənin müqəddəs adına, müdrüklüyünə söykənib yaşadacam səni, ANA!
Mənə acıdığın ve məni xoşbəxt etmek üçün, istədiyim hərşeyi etmə xatasına qəti düşme!Xahiş edirəm ağlat məni ANA! İndi məni ağlat ki, gələcəkdə birlikdə ağlamayaq..Yoxsa əsla ayaqda dura bilmərəm ANA..
Əzizim mələk ANAM! Səni çox çox istəyirəm!Bilirəm ki səndə məni çox sevirsən, amma qüsurlu doğulacağımı həkimdən eşidibdə belə üzülmə! Əllərini bətnin üstündə gəzdirib mənimlə xəyalən söhbətlərində sevginin böyüklüyünü hiss etmişdim! O, sevginin xatirinə görə də səndən xahiş edirəm, həm də yalvariram
MƏNDƏN QƏTİ VAZKEÇMƏ, ANA!!!!!!!!!!!!!!!!
Yoxsa, İNSANLİGİ, HƏYATDA YAŞAMAGİ, MÜBARİZƏ ETMƏYİ ƏSLA ÖYRƏNƏ BİLMƏRƏM, ANAM..
Və Əziz anam, nə vaxtsa mənim bu yazımı, məktubumu oxuyarkən ağlama!
Heç mən bu məktubu yazarkən ağlamadım, ANAM !
Sənin mələk üzünü gormək üçün,isti qucaginda yatmaq üçün elə tələsirəm ki.............
(Bu yazini ovladinin şikəst olacağini bilib. Uşaqlarını dünyaya gətirməkdən imtina edənlərə ünvanlayıram,inşəallah qərarlarını dəyişərlər!Unutmayin DƏRD VERƏN ALLAH DƏRMANIN DA VERƏR)
avropa.info
Комментариев нет:
Отправить комментарий