08.10.2012

Sən də mənim ürəyimsən

Xuraman Nuru

(Ürəyimin mənə yazdığı cavab məktubu)

Bu da ürəyimin mənə ünvanladığı məktub. Doğrusu gözləyirdim, çünkü ürəyimə yazdığım məktubda bəzən yersiz olaraq onu qınayır, çəkdiklərimdə onu günahkar bilirdim. Özümü elə aparırdım ki, bütün ağrılarıma, həyata keçməyən arzularıma səbəb ürəyimin başında yer verdiyim ürəyimdir. Lakin mən, “ürəyimsən, ürəyim!” deyibdə onu başa düşdüyümü, təqdir etdiyimi də qələmə almışdım. Ürəyimin mənimlə barışmadığı anlarda var, yaxşısı budur Ürəyimin mənə yazdığı məktubu oxucularımızın nəzərinə çatdırım.

“Salam, mənim sahibim. Necəsən deyə soruşmayacam, çünkü sənin necə olmağın həm də mənimlə bağlıdır. Mənəm səni tanıdan, görünməsəm, sinəndə çırpınmağımı səndən başqa bəzən heç kəs belə hiss etməsədə. Az eşitməmisən ki sənin haqqında deyiblər, “sağ olsun, nə gözəl ürək sahibidir”, “bunu ancaq geniş ürəyi olanlar edə bilər”, “ürəkli adamdır” və sair. Sadalamaqla vaxt apararam. Özün bunları yaxşı bilirsən. Olub ki, sönə ünvanlanaraq mənim ünvanıma xoş sözlər deyiləndə sinən mənə darlıq edib, yer tapa bilməmişəm özümə. Çırpınmışam eləcə, minnətdarlıq hisslərini büruzə verməmisən, amma bir dəfə də olsun əlini sinənin üstünə qoyub, sağ ol səni ürəyim deməmisən. Mən naşükür deyiləm, sonradan bu haqda fikirləşmisən, amma vaxtında deyilməyən təşəkkür, çox vaxt zamanında açmayan çiçək kimi olur və solur.bəzən tənha gecələrdə həyatında olanları və olacaqları içimdə keçirtmisən. məcbur etmisən öncəgörənlik edəm; görəsən nə olacaq, nələr yaşanacaq, nələr baş verəcək? Proqnozlar vermişəm, doğru olmayanda məni qınamısan. Azmı demisən “İçinə azar belə ürəyin”, “ürəyim daş olaydı gərək”... o qədər qınanmışam ki...Bir dəfədə olsun səni yarı yolda qoymadım, qısıldım sinənin bir küncünə və döyündüm özümçün...
Bilirəm, bilirsən ürəyin nə qədər işi olduğunu. Gün ərzində yoxe, ömrün boyu döyünür, qanı damarlardan dolandırır, sənin əvəzinə fikirləşir, səni başa düşür, sənin beyinində dolaşdırdıqlarını içindən keçirir, səni dəstəkləmək istəyir. Çox qınaqlar eşitmişdim, ama belə məktubu ilk dəfə idi yazırdın və mən də cavab yazmaq mıcburiyyətində qaldım.
Məni dünyaya gəlişi gündən sinəsində saxlayan, ağı qaradan seçmədiyi körpəlik çağlarında sayəmdə nəfəs alan, yaşayan, böyüyən sahibim, bilirsən ki mənim əsas işim döyünməkdir. O qədər döyünmüşəm ki, sinəni döyənək etmişəm, amma yorulmamışam, mən başa düşməyin mənim yorulmamağımdır. Çox olub ki, mən sakkitcə döyünməklə məşğul olmuşam. Ətrafdakı ssəs-küy, söz-söhbət başını ağrıdıb, səni bezdirib. Sənin bu halına mən sıxılmışam. Mən xaricə nüfuz edə bilmədiyimdən. sinə-qəfəsdə gərgin vəziyyətdə döyünməlkə kifayətlənmişəm. sən mənə nə göndərmisən, nə də məni “işarələmisən”, onu düşünüb, onunla qidalanmışam.
Amma sən bəzən mənə heç qulaq asmamısan. Yadımdadır, bir dəfə sənə hökm edib, ilk baxışdan birini sev dedim. Razılaşmadın, qınadın məni. “mentalitetdən, abır-həyadan bəhs etdin. Amma bir neçə gün qabaq azad fikirli qadın haqda məni düşüncələrə qərq etmişdin və mən sənin azadlığını sənə başa salmaq istəyirdim. Istəyirdim ki biləsəsən, azad qadın sevə və bu seginin gerçək olması üçün ilk addım ata da bilər...
Hə, bu da düzdü ki bəzən səni unutmuşam, xəyal qanadlarında səndən qat-qat uzaqlara uçmuşam. Amma birdə onda ayılmışam ki elə sənin içindəyəm. İçində ərimişəm, yanmısam, tüstümün ərşə bülənd olmasına imkan verməmisən. səni də qovurub yandırmışam. Mənim unutqanlığım çox vaxt aparmaz, yoxsa, Allaha acıq gələr... Sənin vücudunun zirvəsində oturmuş başının içindəki beyninlə mənim aramda mübahisələr düşür. Vallah bu da sevgidəndir. Hər ikimiz səni çox sevirik, amma nə edək i yola getmirik. Səni paylaşmaq mümkünsüdü, Sahibim. Mənimlə başını barışdır. Başa sal bizi ki bizim birimiz olmasaq sən bütöv olmazsan, həm də Allah eləməmiş olar ki heç olmazsan.
Mən nəfsin qulu olmadım, içimdə keçirdiklərini saf-çürük etdim, təmizini beyninə, dilinə “yola saldım”. Olub ki, halın pərişan olub, nisgilini, gileyini yükləmisən mənə. Amma dözməmisən, hıçqırmısan, ağlamısan... səni müşahidə edənlər, ağla ürəyini boşalt,deyiblər. maraqlıdır, məni boşaltmaq mümkü idimi...
Səni heç nəyə qısqanmıram... Səni çox sevirəm. yadımdadır, bəzən zahiri gözəlliyinə aşiq olublar, səni seviblər, ətrafında dolanıblar, yaxınlıq edib iç dünyana bələd olublar, sənə üz tutub deyiblər: “Sevdim səni, gəl ürəyini ver mənə!” Verməmisən, bilirəm, qısqanmamısan ha məni onlara, axı mən sənini üçün yaranmışam və mən sənə gərəkəm. Sən sevgidən doğulmusan, bilirəm mən də bu sevgidə doğulanı yaşatmalıyam.
Səni təkcə Allaha qısqanıram. Onu məndən çox istəyirsən. Amma fikirləşirəm və görürəm ki mən özümdə Allahın eşqi ilə döyünürəm. Sənin ona olan eşqin məni çox yüngülləşdirir, pak edir. Mən sənin ürəyinəm, demisən, bil,EY SAHIBIM MƏN DƏ SƏNI COX SEVIRƏM, SƏN DƏ MƏNİM ÜRƏYİMSƏN!!!!!!!

Комментариев нет:

Отправить комментарий