Страницы

13.10.2012

İsrailin yaranma tarixindən bəzi məqamlar


Nizami Məmmədov

İsrailin Givat Universitetinin arxivində tapılan sənəddə yəhudilərin Fələstin torpaqlarına köç etməzdən əvvəl Albaniyada məskunlaşmaq niyyətində olduqları qeyd edilib.
“Haaretz” qəzetində dərc olunan xəbərə görə, Givat universitetinin Yəhudi Araşdırmaları Mərkəzində ingiltərəli jurnalist Leo Eltonun Avropada fəaliyyət göstərən yəhudi təşkilatları üçün Albaniyaya dair hazırladığı hesabat aşkar edilib. Ümumdünya Sionizm Mərkəzinin sifarişi ilə hazırlanan hesabatda Albaniyanın yaradılacaq İsrail dövləti üçün ən münasib ölkə olduğu qeyd edilir. Leo Elton 1935-ci ildə Albaniyaya səfəri zamanı ölkədə yaşayan müsəlmanların radikal olmadığını və orada kənd təsərrüfatı ilə məşğul olmaq üçün münbit ərazilərin olduğunu hesabatda xüsusi vurğulayır.


Digər tərəfdən, o, İngiltərə mətbuatına müsahibəsində Albaniyanın Baş nazirindən yəhudilərin bu ölkədə məskunlaşmalarına dair razılıq əldə etdiyini də bildirir. Jurnalist hesabatda Almaniyada özlərini narahat hiss etdiklərini bildirərək, Albaniya sərhədləri daxilində yəhudi dövlətinin qurulmasının mümkünlüyünü də qeyd edib.
Ancaq II Dünya Müharibəsi başa çatdıqdan və Fələstinin ingilis mandatlığına verilməsindən sonra yəhudi dövlətinin Fələstin sərhədəri daxilində qurulmasının mümkünlüyü reallığa çevrilmiş, buna görə də L.Eltonun hazırladığı Albaniya layihəsi Ümumdünya Sionizm Mərkəzi tərəfindən qəbul edilməmişdi.

***
1953-cü il fevralın 11-də SSRİ qondarma rejimlə diplomatik münasibətlərə son qoyur və onun ən qatı düşməninə çevrilir. Onlar arasında münasibətlərin soyuması birdən-birə 1953-cü il, yanvarın 13-dən başlayır. Həmin tarixdə, SSRİ-də sionist İsrail rejiminin insanlara zərər yetirmək üçün fəaliyyət göstərən casus həkim qruplaşması aşkarlanır.
Doqquz sionist həkim həbs edilir və onlar Kommunist partiyasının katibinin qətlində ittiham olunurlar. Onlar aldıqları tapşırıq əsasında katib Jdanovu düzgün müalicə etmir və qətlə yetirirlər. Həmin həkimlərin Stalini də qətlə yetirmək niyyətində olduqları üzə çıxır.
1953-cü il fevralın 9-da Təl-Əvivdə yerləşən SSRİ-nin səfirlik ərazisinə bomba atılır. Bu zaman səfirliyin bütün məsul işçiləri binada olur. Əsas zərbə binanın mətbəxinə dəyir. Bu zaman səfirin həyat yoldaşı mətbəxdə olur və hadisə nəticəsində ölür.
Sionistlərin törətdikləri terror aktı SSRİ-də böyük etiraz dalğasının qalxmasına səbəb olur. İki gündən sonra, fevralın 11-də İsrail rejimi ilə SSRİ-i arasında bütün diplomatik əlaqələrin kəsildiyi elan olunur. Sovet rəhbərliyi qondarma rejimi terrorçuluqda və xalqlara qarşı düşmənçilikdə ittiham edir. İsrail rejimi də öz növbəsində Sovetin bütün diplomatlarını işğal etdiyi Fələstin torpaqlarından qovur.


Мамедов Низами

Комментариев нет:

Отправить комментарий