16.11.2012

Neft ZOR, təhsil QEYRİ-ZOR

Aqşin Kərimli

Təhsil Nazirliyi 2010-2013-cü illər üçün “ Gənclərin xaricdə təhsil proqramı” çərçivəsində əsas istiqamətləri elan edib: biologiya,fizika, kimya, riyaziyyat, nanotexnologiya, informasiya texnologiyaları, mühəndislik, qədim dillər, turizm, kənd təsərüffatı, neft sənayesi, tibb. Lap yaxşı, lap əcəb! Dövlətin vətəndaşının savadlı, dünyagörüşlü, ən son elmi nailiyyətlərə yiyələnməsini istəməsindən, onu maddi cəhətdən dəstəkləməsindən daha gözəl, daha təbii nə ola bilər axı?! Savadlı vətəndaş qüdrətli dövlətin qarantıdır. Ancaq işin “ əmmaları” çoxdur.

İlk növbədə onu qeyd edək ki, “Gənclərin xaricdə təhsil proqramı” 2007-2015-ci illəri əhatə edir. Proqram çərçivəsində 5000 tələbənin xaricə göndərilməsi nəzərdə tutulub. Lakin narazılıq, sual doğuran məqamlar bu niyyətin üzərinə kölgə salır. Məsələn, son beş ildə xaricə cəmi-cümlətanı 1228 nəfər tələbə göndərilib. Keçən il Dövlət Neft Şirkəti bu məqsədlə 15 milyon manat ayırsa da, vəsaitin 5,93 milyon manatı xərclənib. Bu il isə 20 milyon manat ayrılması nəzərdə tuutulub. Göründüyü kimi problem maddi çatışmamazlıqla bağlı deyil.
Başqa bir narahatlıq doğuran nüans elan olunmuş ixtisaslarla bağlıdır.  Elə götürək kimya, fizika, biolgiyanı. Görəsən yerli ali təhsil ocaqlarında bu sahələrdə mütəxəssis hazırlığı mümkündeyildirmi? Halbuki ölkədə adı çəkilən sahlərlə bağlı yetəri qədər mütəxəssis var, bir də ən son tələblərə cavab verən laborotoriyalar gətirildimi iş tamamdır. Yaxud kənd təsərüffatı...gülüncdür yəni bundan da ötrü Qərb təhsili lazımdır bizə? Ən maraqlısı qədim dillərdir. Görəsən mixi, heroqlif yazıları oxumaq kimə və ya nəyə lazımdır?Lap tutalım lazım oldu, qədim dillər daha çox tarix fənni üçün lazım ola bilər, o da ki tarix ixtisası ilə bağlı xaricdə mütəxəssis hazırlığı olmamdan qədim dillərin zərrə qədər də əhəmiyyəti yoxdur. Digər ixtisasları sadalamağa ehtiyac görmürəm.
Yaxşı tarix,hüquq, iqtisadiyyat, sosilogiya, jurnalistika və adını çəkə bilmədiyim başqa ixtisaslar üzrə xaricdə təhsil almaq istəyən gənclərimiz necə olsun? Axı hansı səbəbdən dövlət belə həyati vacib ixtisasları gözardı edir? Yoxsa ölkəmizdə bu ixtisaslar üzrə hər şey qaydasındadır? Yəni hüquqşünaslığın ən azı kənd təsərüffatı, turizm qədər əhəmiyyəti yoxdur? Azərbaycan kimi gənc ölkələrə məhz humanitar ixtisaslarda mükəmməl kadr hazırlığı gərəklidir nəinki baytar həkimi yaxud barmen... Yox bunu altında hal-hazırkı mürtəce, repressiv  iqtidarın qərb təhsilli iqtisadçılardan,hüquqşünaslardan qorxmasıdır. Çünki məhz onlar burjuaziyanın yarıtmaz daxili siyasətini ifşa edən bəxtiyar hacıyevlər, emin millilərdir.
Başqa narazılıq doğuran məqam da odur ki, xaricdə təhsilə daha çox burjuaziya balaları göndərilir. Axı həyatını bolluq, harınlıq içində keçirən burjuazıyanın tövbəkar övladlarından biz hansı xeyiri gözləyə bilərik?
Fizika,kimya, biologiya, turizm, kənd təsərüffatı... Adı çəkilən ixtisaslarda ölkədə heç olmasa ortabab kadr hazırlığı qeyri-mümkündürsə, sıravi vətəndaş kimi tələb edirəm: ölkədəki ali məktəblərə boş yerə maliyyə sərf edib büdcəni talan etməyin! Övladına bir parça diplom vermək arzuzu ilə alışıb-yanan valideyinləri aldatmayın! Çox şey istəmirəm, biz az vicdan. Bir az vicdan ağır yük deyil insana.

Комментариев нет:

Отправить комментарий