09.11.2012

Suriya lideri Rusiya televziyasına müsahibə verdi

Suriya lideri Bəşər Əsəd Rusiyanın televziya kanalı olan Russia Today-a müsahibə verib. O, müsahibəsində Türkiyənin baş naziri Ərdoğanla bağlı sərt açıqlamalar verib.
Yaxa.org saytının verdiyi məlumata görə, ötən gün müsahibədən bir hissə verən telekanal bu gün müsahibəni bütöv şəkildə yayımlayıb.
Bəşər Əsəd müsahibə zamanı xalqı ilə arasında heç bir problem olmadığını bildirb və deyib ki, problem bəzi ölkələrdən gəlir. Suriya hökumətinə qarşı döyüşənlərə ən son dəstək isə Türkiyədən gəldi.
“Türk xalqı bizim dostumuzdur deyirsiz, o zaman Türkiyədən gələn son dəstəyi necə açıqlaya bilərsiniz?” sualına isə Əsəd belə cavab verib:
“Suriya hökumətinə qarşı döyüşənlərə türk xalqı deyil, Türkiyə hökuməti yardım edir”.
 Daha sonra Bəşər Əsəd Ərdoğanın bu “yardımının” arxasında dayanan  məqsədi də açıqlayıb: “Ərdoğan düşünür ki, Suriyada iqtidara Müsəlman Qardaşlar gəlsə onun gələcəyinə böyük zəmanət yaranar”.
B.Əsəd Ərdoğanın digər niyyətini də dilinə gətirib: “Ərdoğan özünü Osmanlının yeni sultanı kimi görür və Osmanlı imperiyası zamanında olduğu kimi, bütün bölgəni nəzarəti altına almağa çalışır. Ərdoğan xəlifə olduğunu düşünür”.

Gülsüm Kolanlı                              yaxa org

Комментариев нет:

Отправить комментарий