22.12.2012

Bu ölkə Ramizin otvyorkasından qorxur

Bəxtiyar Hidayət

10 dekabr aksiyasında polis zabiti kürdcə komanda verir. əcəba, bunlar peşmərgə ordusudu, ya PKK militanlarıdı. Axı belədirsə bunlar dağda-daşda olasıdı, nə işləri var Tarqovuda?

Bu ölkənin pulları ilə kürd müğənni Mahsum Kırmızıgül (PKK-nın rəmzlərindən biri qırmızı qızılgüldür) özünə heyvərə bir klip çəkdirir. Amma bu ölkənin sadə kürdü elə bizim kimi acdır ki acdır.

Ölkədəki bütün qaraçılar özlərinə kürd deyillər və kürd dilini də öz ana dilləri hesab edirlər. Di gəl ki ölkəni yönətən kürdlər heç onlara para şahı da vermillər.

Bizim Qırmızı Körpü Gömrük məntəqəsinin müdürü Əziz müəllimin keçmişdə adi bir çoban olduğunu bilirdinizmi? Amma indi gör hara yüksəlib. Çünki adam Bəylər müəllimin xalası oğludu.

Bu xarabada kimsə silahlı dəstələr saxlaya bilər, amma kimsə evinə yağ bıçağı alıb aparsa onu soyuq silah gəzdirdiyinə görə basıb içəri sala bilərlər.

Gör nə günə qaldı bu məmləkət? Erməniyə qohum olanlar, PKK-ya yaxın olanlar, Masonlara işləyənlər idarə edir dövləti. Erməniyə güllə atanlar isə türmələrdə can verir. 

Əsgər bilmir Vətəni qorusun ya canını, yoxsa böyrəyini.

Deyirəm yaxşı ki Turan imperiyası zad qurulmadı e. Yoxsa bu xarabadan qaçmaqla da canımızı qurtara bilməyəcəkdik.


Guya bu gün dünya dağılacaqdı. Axmağın biri bir yalan uydurmuş, dünya dəymiş bir-birinə.
Bütün bunlar öz yerində, mən tamam alayı mətləblərdən söz etmək istəyirəm. Onsuz da bizim dünyamız çoxdan dağılıb. Belə də ölkə olarmı? Cənablar, bu xaraba məmləkətin axı bir konstitusiya var və o andıraqalmışda yazılıb ki dövlət dili  Azərbaycan dilidi. Amma gör indi dilimiz nə gündədi. Ramız müəllimin qızı Amerika İnstitunu bağladarkən deyir- ya vam pakaju. Ayə, bu hansı dildi, əcəba?
10 dekabr aksiyasında polis zabiti kürdcə komanda verir. əcəba, bunlar peşmərgə ordusudu, ya PKK militanlarıdı. Axı belədirsə bunlar dağda-daşda olasıdı, nə işləri var Tarqovuda?
Vaxtilə Səfəvi dövlətini quranlar qızılbaş türkmənlər olmuşdu. On minlərlə qurban verilmişi bu yolda. Di gəl dövlət birdən oldu fars dövləti. Farsalr heç bir qan-qada görmədən hazırca kökə tapmışdılar. Indi də deyəsən bu dövlət elə qansız-qadasız birdən dönüb olacaq kürd dövləti.
Bu ölkənin pulları ilə kürd müğənni Mahsum Kırmızıgül (PKK-nın rəmzlərindən biri qırmızı qızılgüldür) özünə heyvərə bir klip çəkdirir. Amma bu ölkənin sadə kürdü elə bizim kimi acdır ki acdır. Ölkədəki bütün qaraçılar özlərinə kürd deyillər və kürd dilini də öz ana dilləri hesab edirlər. Di gəl ki ölkəni yönətən kürdlər heç onlara para şahı da vermillər. Ölkəni yönətənlər yalnız öz tayfalarına gün ağlayıllar və məhşuri-cahan olmuş kürdləri özlərinə yaxın bilirlər. Bir iki fakta müraciət edək. Bizim Qırmızı Körpü Gömrük məntəqəsinin müdürü Əziz müəllimin keçmişdə adi bir çoban olduğunu bilirdinizmi? Amma indi gör hara yüksəlib. Çünki adam Bəylər müəllimin xalası oğludu.
Və yaxud qarayığvallı Röyanın əməliyyatına nəzər salaq. Eltonun üstünə göndərir Mingəçevirin vaynkomatını ki- denən filan mahnını  oxumasın. Bəylər müəllimin qohumu Əqid müəllim də eləmə tənbəllik silah-sursatlı bir dəstə göndərir Eltonun üstünə. A başınıza dönüm, guya biz vaynkomat zad görməmişikmi? Indi vaynkomat olub bir həsir, bir Məmmədnəsir. Hardadı vaynkomatda silah-sursat? Bəs onda Əqid müəllimin dəstəsin kimlərmiş əcəba? Peşmərgə ordusumu?
Bax dərd budur, azar budur. Bu xarabada kimsə silahlı dəstələr saxlaya bilər, amma kimsə evinə yağ bıçağı alıb aparsa onu soyuq silah gəzdirdiyinə görə basıb içəri sala bilərlər.
Buna görədir ki Gülər həbs olunmur, amma Nigar həbs olunur. Buna görədir ki bu ölkə Ramizin otvyorkasından qorxur. Adam hamını söküb təzədən yığar.
Gör nə günə qaldı bu məmləkət? Erməniyə qohum olanlar, PKK-ya yaxın olanlar, Masonlara işləyənlər idarə edir dövləti. Erməniyə güllə atanlar isə türmələrdə can verir.
Bizim dünyamız onsuz da dağılıb, islanmışın yağışdan nə qorxusu?
Normal ölkə olsaydı  Elşad müəllimin videolarından sonra aləm dəymişdi bir-birinə. Dünya lərzəyə gəlmişdi. Amma dünyası dağılıb axı bu ölkənin.  Hardan normal ölkə olsun axı bu xaraba. Gəl qurtar canını görüm necə qurtaracaqsan. MTN  adam öldürür. MÜdafiə Nazirliyi gündə neçə əsgəri qurban verir. Əsgər bilmir Vətəni qorusun ya canını, yoxsa böyrəyini. Ədliyyədən danışmağa dəyməz. Məhbusu öldürüb adını xəstə qoyur. Xülasə əlac qalır qaçmağa. Deyəsən daha bunların əlləri xaricə bir elə də çatmır. Deyirəm yaxşı ki Turan imperiyası zad qurulmadı e. Yoxsa bu xarabadan qaçmaqla da canımızı qurtara bilməyəcəkdik.

Комментариев нет:

Отправить комментарий