07.12.2012

Lalə Ramizqızı: “Ramiz Tağıyevin həyatı təhlükədədir”

Hörmətli mətbuat nümayəndələri!
Sizə bildirmək istəyirəm ki, “Millətim” qəzetinin (N30 (161) 06-12 dekabr 2012-ci il) nömrəsində gedən “Əli Kərimlini fiziki məhv etsəydim indi azadlıqda idim” başlıqlı yazı dərc olunmuşdur. Bu məktubu “Millətim” redaksiyasına hazırda 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməkdə olan əlbəyaxa döyüş növü üzrə üçqat dünya çempionu Bəhlul Muradov göndərmişdi. Təbii ki, bu yazıda adı keçən MTN-nin Antiterror Mərkəzi tərəfindən hiddətlə qarşılanıb. Tez hərəkətə keçən tərəf, Bəhlul Muradovun cəzaçəkmə müəssisəsində “kars”a salınmasına göstəriş verib. Hazırda B.Muradov səhhətinin ağır olmasına baxmayaraq “kars”a salınıb.

Bununla yanaşı “Millətim”in baş məsləhətçisi Ramiz Tağıyev də bu yazıya görə həbsxana rəhbərliyi tərəfindən cağırılaraq, başqa cəzaçəkmə müəssisəsinə göndəriləcəyi barədə xəbərdar edilib. Qeyd edim ki, R.Tağıyev məhz MTN-nin Antiterror Mərkəzinin rəisi və onun müavini İlqar Əliyev tərəfindən verilən tapşırıq əsasında qurama ittihamlarla həbs etdirilərək, 8 il müddətinə azadlıqdan məhrum edilib. Bu müddətdə isə bizə olan təzyiq-təhdidlər səngimək bilməyib.
Hal-hazırda hər bir dustağın ailəsinə və evinə yaxın ərazilərdə olmasına şərait yaradıldığı halda, Ramiz bəyin bundan məhrum edilməsi yenə də bizə olan təzyiqin göstəricisidir. 7 saylı Cəzaçəkmə Müəssisəsində Ramiz bəyə olan hörmətə rəğmən istədikləri məqsədə çata bilməyəcəyini anlayan “çekistlər” bu yolla onu başqa bir müəssisəyə “sürgün” etdirmək istəyir. Mən bildirmək istəyirəm ki, hal-hazırda atamın həyatı təhlükədədir.
Xatırladım ki, Ramiz Tağıyev Milli Azadlıq Hərəkatının öndə gedən şəxslərindən biri olmuşdur. 31 Dekabr Sərhəbdlərin açılması ideyası məhz onun tərəfindən önə sürülmüşdür. Ramiz Tağıyev 2003-cü ildə də qurama ittihamlarla həbs edilmişdir və Avropa Şurası onu “siyasi məhbus” kimi qiymətləndirmidir. 2005-ci ildə Prezidentin Əfv Fərmanı ilə azadlığa çıxmışdır.
Mən sizdən bu məlumatı işıqlandırmağınızı qəzetlərinizdə və saytlarınızda işıqlandırmağınızı xahış edirəm.

Adı çəkilən yazı ilə burdan tanış ola bilərsiniz:

http://milletim-az.com/index.php?mod=news&act=view&nid=913

“Millətim” qəzetinin baş redaktoru: Lalə Ramizqızı

Комментариев нет:

Отправить комментарий