20.12.2012

Sevmək səni

Kiyan XiyavKiyan Xiyav

Sevmək səni
Alına sürtmək əlini bitik kimi!...

Bir qəhvə kimi acımaq
Öz kimi, öykü kimi!...

Səni gözyaşı ağzıyla
Qan ağzıyla çağırmaq;
Dodaqlar tikilən öddə!...

Sənin
Yalnız sənin bəyəninə sığınmaq
Sevərsənsə
Bu tanınmaz, umudsuz ağızı barı!...


Səni sevmək
Yer kürəsi kimi
Saatda onmin kilometrə tovuyla
Başına dolanaraq!...

Başına dolanaraq
Və çevrələyərək
Saatda səkkizyüzmin kilometrə tovuyla
Gövdənin süd yolunu!...

Sevmək səni
Öndə bir yenələnmə uçurumukən!
Ard- ardına adını yenələmək!
Sevmək və sənə enmək
Yaşam zirvəsikən adına düşüklük!...

Səni sevmək
Sevmək səni
Sevmək acunun sonukən acunu!
Və sənsizkən
Siqaretdən boş bir pakat kimi atmaq yaşamı!...

Sevmək səni
Sevmək
Öpmək
Və ölmək!...

Комментариев нет:

Отправить комментарий