18.12.2012

Zaur Sahil - Bir gün görəcəksən


Bir gün görəcəksən ölüb getmişəm
Bu qədər dağları sinəmə çəkmə,
Bir gün görəcəksən ölüb getmişəm.
Bu qədər qəlbimdə tikanlar əkmə,

Bir gün görəcəksən ölüb getmişəm.
Demə sənli günlər yox olar bir gün,
Sənin tək insanlar çox olar bir gün.
Səni sıxacaqdı qorxular bir gün,

Bir gün görəcəksən ölüb getmişəm.
Sənin mənsiz qalar istəyin gözdə,
İçdən ağlayarsan gülsən də üzdə.
Ayağın büdrəyər gəzsən də düzdə,
Bir gün görəcəksən ölüb getmişəm.

Комментариев нет:

Отправить комментарий